Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1183/2025 01.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi “Zəfər” Vəkil Bürosunun vəkili Vəkil2 və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs müdafiəçisi “Fortiori” Vəkil Bürosunun vəkili Vəkil1 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.
2. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir.
3. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Ali Məhkəmənin xx.xx.2024cü il tarixli müvəqqəti xarakterli müdafiə tədbiri barədə Qərarına əsasən mübahisə üzrə yekun məhkəmə qərarı qanuni qüvvə alanadək 3-cü şəxs X4 və onunla əlaqəli olan üçüncü şəxslərin mübahisə edilən torpaq sahəsinə hər hansı müdaxiləsi və torpaq sahəsi ilə bağlı istənilən qanunsuz istifadəsi və hərəkəti qadağan edilmişdir. Bununla bağlı icraata başlanılmış, istifadə və qadağan olunma ilə bağlı tərəflərə bildiriş göndərilmişdir. İstifadə və qadağaya baxmayaraq, borclu tərəf həmin anbarı açaraq, yenidən istifadə etmişdir. İş materiallarında torpaq sahəsinin yerləşmə cizgisi var. Həmin obyektlər də onun üzərində yerləşdir. Boş torpaq sahəsi yox üzərindəki, obyektlər istifadədir. Bu səbəbdən də protokol tərtib olunmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, icra tədbirləri tərəflər arasında Yusubov Eldənizlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlandıqdan sonra noyabr ayında başlanılmışdır. Belə ki, Ali Məhkəmə 27 sentyabr 2024-cü il tarixdə qərar qəbul etmiş, tərəflər arasında icarə müqaviləsi 30 oktyabr 2024-cü il tarixdə bağlanmış, 23 noyabr 2024-cü il tarixdə icra vərəqəsi icraata qəbul edilmişdir. İcra məmurları isə əraziyə ilk dəfə noyabr ayında getmişlər. Mübahisəli məsələ isə hazırda Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasındadır. Bundan başqa məhkəmənin sualına icra məmuru cavab olaraq bildirmişdir ki, orda müqavilə əsasında digər istifadəçilər olsa da icra tədbirləri, yalnız "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs barəsində başlanılmışdır.
4. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs bildirmişdir ki, Yusifov Eldənizlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında icarə müqaviləsi bağlanan zaman həmin cəmiyyətin direktoru olmamışdır. Yusifov Eldənizin əmlak sahibi olmasına dair sənədi var və onunla əmlak sahibi kimi müqavilə bağlanmışdır. Eyni torpaq sahəsində dair 2 nəfər şəxsin sənədi var. Tərəflər torpaqla bağlı bələdiyyə qərarını məhkəmədə mübahisələndirmişlər. Məhkəmə də, hər iki tərəfə mübahisə həll olunana qədər torpaqdan istifadəyə qadağa qoymuşdur. Lakin onun bu mübahisədən sonradan xəbəri olmuşdur. Belə ki, hüquqi şəxsin əvvəlki direktoru da icra tədbirləri başlamamışdan əvvəl bu müqaviləni bağlamış, o özü isə sonradan bu şirkətin icraçı direktoru olmuşdur. Onlar müqaviləni qanunun tələblərinə uyğun bağlamışlar. İcarəçi kimi hüquqlarının qorunmasını xahiş edən Şəxs torpaqdan istifadənin qanunsuz olmamasını nəzərə alaraq, məhkəmədən barəsində aparılan inzibati xəta ilə bağlı icraata xitam verilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin müdafiəçisi “Fortiori” Vəkil Bürosunun vəkili Vəkil1 bildirmişdir ki, həmin mübahisə predmetinin tərəfi deyillər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin mübahisədən məlumatsız olmuşdur. Cəmiyyətə ərazi lazım olmuş, Eldəniz adlı şəxsin icarəyə veriləsi yeri olduğundan sonuncu ilə cəmiyyət arasında icrarə müqaviləsi bağlanılmışdır. Həmin müqavilə əsasında göstərilən ərazi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsindədir və cəmiyyət hər ay 5000 manat icarə haqqı ödəyir. Müqavilə bağlanıldıqdan 6 ay sonra icra məmuru gəlib demişdir ki, cəmiyyət həmin yerdən çıxmalıdır və Eldənizlə bağlı üçüncü şəxslərin qanunsuz istifadəsi qadağandır. Onlar da qanunsuz istifadənin olmadığını, müqavilələrinin olduğunu və müqavilə əsasında istifadə etdiklərini demişlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, dəfələrlə Eldəniz Yusifovdan müvafiq orqanlara şikayət etmişlər. İcra məmuru anbarın həmin torpaq sahəsinə aid olmasını sübut edə bilmir. İcra sənədində torpaq sahəsində olan saxlanc yerinin möhürlənməsi yoxdur. İcra məmuru həmin yerləri özbaşına möhürləmişdir. Onların həmin yerlərə aidiyyəti yoxdur. Çünki torpaqdan istifadə edirlər. İcra vərəqəsində qeyd olunmuşdur ki, torpaq sahəsindən qanunsuz istifadə qadağan olunsun. Lakin onların torpaq sahəsindən istifadə etməyə dair icarə müqavilələri vardır. Onlar arasında icarə müqaviləsi xx.xx.2024-cü il tarixində bağlanılmışdır. Müqavilə bağlanan zaman hüquqlarını müdafiə etdiyi Şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmamışdır. O zamankı rəhbərlik Hicran Xudafirimov olmuşdur. İcarə müqaviləsində göstərilmişdir ki, müqavilənin müddəti xx.xx.2025-ci il tarixində bitir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli müvəqqəti xarakterli müdafiə tədbiri barədə Qərarına əsasən mübahisə üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək üçüncü şəxs X1 və onunla əlaqəli üçüncü şəxslərin mübahisə edilən torpaq sahəsinə hər hansı müdaxiləsi və torpaq sahəsi ilə bağlı istənilən qanunsuz istifadəsi və hərəkəti qadağan edilmişdir. Qərarın nəticə hissəsindən də göründüyü kimi məhkəmə qanunsuz istifadəni qadağan etmişdir. Lakin hüquqlarını müdafiə etdiyi hüquqi şəxsin direktoru Şəxs torpaqdan istifadəsi qanuni olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən icraata xitam verilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, torpaq sahəsini dostuna vermişdir ki, oraya rəhbərlik etsin. O da öz qohumlarını gizlicə başına yığıb onlara məxsus olan qanuni bələdiyyədən aldıqları torpaqdan süni şəkildə istifadə edərək, özünə əlavə saxta sənəd düzəltdirib ələ keçirmişdir. Dostuna inanıb həmin torpaq sahəsinə çıxarış almamışdır. Düşünmüşlər ki, çıxarış olmasa da bələdiyyə sənədi vardır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Eldəniz Yusifovu tanımamışdır. Torpaq sahəsini dostu Elçinə etibar etmişdir. Sonradan bu hadisələr baş vermişdir. Məhkəmədən müvafiq protokolla bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi “Zəfər” Vəkil Bürosunun vəkili Vəkil2 bildirmişdir ki, 2007-ci il tarixdə Binəqədi rayon Bələdiyyəsi müvafiq qərarla hüquqlarını müdafiə etdiyi şəxs Zərərçəkmiş şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün torpaq sahəsi ayırmışdır. 2007-ci ildən bəri Məmməd müəllim həmin torpaq sahəsindən istifadə etmişdir. Torpaq sahəsinin arxa tərəfi çıxarışlı tır parkıdır və orada tırları təmir etmək üçün sahələr vardır. Torpaq sahəsinin qabaq hissəsi isə 2007-ci il bələdiyyə qərarı ilə istifadəyə verilmiş torpaq sahəsidir. Həmin torpaq sahəsində icra sənədi üzrə üçüncü şəxs Eldəniz müəllim oranı işlətməklə istifadə etmişdir. O, Milli Arxiv İdarəsinin Bakı filalına sorğu vermişdir. Sorğusuna cavab olaraq, 2005-ci ilin Bələdiyyə qərarının 2023-cü ilin sentyabr ayının axırında Milli Arxiv İdarəsinə təhvil verildiyi, ondan 20 gün sonra məhkəməyə müraciət edildiyi bildirilmişdir. Bakı İnzibati Məhkəməsində araşdırma aparılmadan cəmi 2 məhkəmə iclasından sonra onların bələdiyyə qərarı ləğv olunmuşdur. Hazırda Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasında iş obyektiv araşdırılmaqdadır. Tərəfindən verilmiş vəsatətlər təmin olunmuş və arxiv idarəsinə sorğular göndərilmiş, imzalarla bağlı xəttşünaslıq ekspertizası təyin edilərək ekspert rəyi alınmışdır. MTT-yə gəldikdə isə Bakı İnzibati Məhkəməsində işə baxılarkən torpaq sahəsindən istifadələrinə qadağa qoyulmuşdur. İcra məmuru əraziyə gəlmiş və orada direktor Vüsal müəllim olmuşdur. Vüsal müəllimə bildirmişlər ki, heç nəyə əl vurmadan oradan çıxmalıdırlar, çünki onların torpaqdan istifadəsinə qadağa qoyulmuşdur. Daha sonra onlar məhkəməyə müraciət edib, qarşılıqlı olaraq onların da istifadəsinə qadağan qoyulması ilə bağlı ərizə vermişlər. Ali Məhkəmə də ərizələrini təmin etmişdir. Ondan sonra icra məmuru gəlmiş, möhür vurularaq istifadəyə qadağa qoyulmuşdur. İcra məmurları ora gəlib qadağa qoymaq istədikdə qarşı tərəfin vəkili Kənan müəllim demişdir ki, oranın bir hissəsini o icarəyə götürmüşdür. Qadağa qoyulmasına baxmayaraq, həmin torpaqdan istifadə edilir. Hər dəfə bir şəxs gəlib demişdir ki, Eldəniz müəllimlə müqavilə bağlanmışdır. İzah edə bilmir ki, Ali Məhkəmənin qərarında Yusifov Eldəniz və onunla əlaqəli üçüncü şəxslərə qadağa qoyulmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, müvəqqəti təminat tədbiri Bakı İnzibati Məhkəməsinin qərarı ilə qoyulmuşdur. Şəxs də üçüncü şəxsdir. Müvəqqəti təminat tədbiri ilə bağlı qərar 27 sentyabr 2024-cü ildə qəbul edilmişdir. 30 oktyabr 2024-cü ildə müqavilə bağlanmışdır. Torpaq sahəsində yerləşən bütün obyektlərlə müqavilələr hüquqlarını müdafiə etdiyi şəxslə bağlanmışdır. Müqavilələrə diqqətlə baxılarsa, orada hətta torpaq sahəsi də qeyd olunmuşdur. Bələdiyyənin hansı qərarı ilə Məmməd müəlimə verilmiş torpaq sahəsinin üzərində yerləşən obyektlərin icarəsidir. Mübahisə olunan torpaq sahəsi Tır parkıdır. Ali Məhkəmənin müvafiq qərarını icra etmək üçün icra məmurları ilk dəfə həmin əraziyə getdikdə, qarşı tərəfin vəkili Vəkil1 qarşısına çıxaraq, onun o torpağa dair icarə müqaviləsinin olduğunu bildirmişdir. O da Kənan bəydən soruşmuşdur ki, vəkildir yoxsa sahibkar? O da qanunun onlara sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa qadağa qoymadığını, sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklərini bildirmişdir. Daha sonra icra məmuru həmin yeri möhüləmişdir. Bir müddət sonra isə görmüşlər ki, möhürlər aradan qaldırılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 15(112)-78/2024 nömrəli icra sənədindən görünür ki, mübahisə üzrə yekun məhkəmə qərarı qəbul edilənədək üçüncü şəxs X1 və onunla əlaqəli üçüncü şəxslərin mübahisə edilən torpaq sahəsinə hər hansı müdaxiləsi və torpaq sahəsi ilə bağlı istənilən qanunsuz istifadəsi və hərəkətinin qadağan edilməsi qərara alınmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 15(102)- 135/2024 nömrəli qərarından görünür ki, mübahisə üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək üçüncü şəxs X1 və onunla əlaqəli üçüncü şəxslərin mübahisə edilən torpaq sahəsinə hər hansı müdaxiləsi və torpaq sahəsi ilə bağlı istənilən qanunsuz istifadəsi və hərəkətinin qadağan edilməsi qərara alınmışdır.
10. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 15(112)-78/2024 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.
11. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 15(112)-78/2024 nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün X3 məlumat verilmişdir.
12. xx.xx.2024-cü il tarixli, 001/24 nömrəli icarə müqaviləsindən görünür ki, X3 Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11a nömrəli qərarı ilə ayrılmış, xüsusi mülkiyyətində olan 3000 kv. m. torpaq sahəsinin Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 858 nömrəli qərarı ilə ona ayrılmış, xüsusi mülkiyyətində olan 3300 kv. m. torpaq sahəsini anbar və saxlanc fəaliyyəti məqsədi ilə xx.xx.2024-cü il tarixdən etibarən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilməsinə dair X5 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru arasında icarə müqaviləsi bağlanılmışdır.
13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 15(112)-475/2023 nömrəli qərarından görünür ki, iddiaçı X1 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı cavabdehin xx.xx.2007-ci il tarixli 828/a saylı qərarının ləğv edilməsi barədə iddia ərizəsi üzrə inzibati iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək üçüncü şəxs Zərərçəkmiş şəxs və onunla əlaqəli üçüncü şəxslərin mübahisə edilən torpaq sahəsinə hər hansı müdaxiləsi və torpaq sahəsi ilə bağlı istənilən qanunsuz istifadəsi və hərəkətinin qadağan edilməsi qərara alınmışdır. Məhkəmənin əsaslandırması və mövqeyi
14. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.
15. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir.
14. Qeyd edilməlidir ki, məhkəmədə toplanmış sübutlarla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs barəsində olan icra sənədi üzrə hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Başqa sözlə desək şəxsin təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Əksinə, məhkəmə iclasında aşkar edilmiş xüsusatlardan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs əməlində sözügedən inzibati xəta tərkibinin olmamasına dair kifayət qədər sübutların mövcud olması müəyyən edilmişdir. Çünki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs sözügedən torpaq sahəsinə hər hansı müdaxiləsi və torpaq sahəsi ilə bağlı istənilən qanunsuz istifadəsi və hərəkəti müəyyən edilmir. Belə ki, istər Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 15(112)-78/2024 nömrəli icra sənədində, istərsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 15(102)-135/2024 nömrəli qərarında iş üzrə üçüncü şəxs X1 və onunla əlaqəli üçüncü şəxslərin mübahisə edilən torpaq sahəsinə hər hansı müdaxiləsi və torpaq sahəsi ilə bağlı istənilən qanunsuz istifadəsi və hərəkətinin qadağan edilməsi qərara alınmışdır. Eləcə də, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən olunur ki, X3 Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11a nömrəli qərarı ilə ayrılmış, xüsusi mülkiyyətində olan 3000 kv. m. torpaq sahəsinin Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 858 nömrəli qərarı ilə ona ayrılmış, xüsusi mülkiyyətində olan 3300 kv. m. torpaq sahəsini anbar və saxlanc fəaliyyəti məqsədi ilə xx.xx.2024-cü il tarixdən etibarən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilməsinə dair X5 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru arasında xx.xx.2024-cü il tarixli, 001/24 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Göründüyü kimi icra tədbirləri tərəflər arasında Yusubov Eldənizlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlandıqdan sonra noyabr ayında başlanılmışdır. Belə ki, Ali Məhkəmə 27 sentyabr 2024-cü il tarixdə qərar qəbul etmiş, tərəflər arasında icarə müqaviləsi 30 oktyabr 2024-cü il tarixdə bağlanmış, 23 noyabr 2024-cü il tarixdə icra vərəqəsi icraata qəbul edilmişdir. İcra məmurları icra tədbirləri üçün əraziyə ilk dəfə noyabr ayında gəlmişlər. Nəzərə alsaq ki, icarəçi torpağın mülkiyyətçisi deyil, onun icra tədbirləri başlayanədək torpağın mübahisəli olmasından, torpaqla bağlı məhkəmə qərarından xəbərdar olması da mümkün olmayacaqdır. Bundan başqa müqavilə bağlanan zaman "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Şəxs deyil, Hicran Xudafirimov olmuşdur. Belə ki, Şəxs 2024-cü ilin dekabr ayından sözügedən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsini daşımaqdadır. İcarə müqaviləsində göstərilmişdir ki, müqavilənin müddəti xx.xx.2025-ci il tarixində bitir. Tərəflər arasında bağlanan xx.xx.2024-cü il tarixli, 001/24 nömrəli icarə müqaviləsindən isə müəyyən edilir ki, icarəçi və icarəyə verən arasında Mülki Məcəllənin 706-cı maddəsinin tələblərinə uyğun icarə müqaviləsi bağlanmışdır. Bu da bir daha sübut edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs sözügedən torpaq sahəsinə dair hər hansı müdaxiləsi və torpaq sahəsi ilə bağlı istənilən qanunsuz istifadəsi və hərəkəti mövcud deyildir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlaməti mövcud deyildir.
15. Digər tərəfdən qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.
16. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun.
17. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir.
18. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
19. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
20. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
21. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
22. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
23. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova