Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1184/2022 15.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X3, fərdi qaydada fəaliyyət göstərən Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Milla süd zavodunda maşinist vəzifəsində işləyən, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə Y/S, R.Allahverdiyev küçəsi 117B, ev 13, mənzil 25 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 15.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X2 izahat verərək bildirmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli, 2(041)-2298/2021 nömrəli icra sənədinə əsasən işə mahiyyəti üzrə baxılıb qurtaranadək, 08.05.2018-ci il tarixdə anadan olmuş X5 anası, iş üzrə iddiaçı X8 ilə hər həftənin şənbə günləri saat 11-00-dan 18-00-dək ünsiyyətdə olması üçün cavabdeh Şəxs tərəfindən yaradılan maneələr ona qadağan edilmişdir. Lakin Mehdiyev X6 Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli, 2(041)- 2298/2021 nömrəli icra sənədi üzrə olan öhdəliyi müxtəlif bəhanələr gətirərək qəsdən icra etməkdən imtina etmişdir. Şəxs isə icra sənədi üzrə borcunu ödəməmək üçün müxtəlif bəhanələr göstərərək bundan yayınmağa çalışmışdır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq, Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli, 2(041)-2298/2021 nömrəli icra sənədinə əsasən uşaqlarının anaları ilə görüşməsinə mane olmaması qərara alınmışdır. Lakin bir neçə görüşdən sonra X8 övladı Filiz Mehdiyevanı görüş zamanı qaçırmış və hazırda qızı Filiz onda yox anasının himayəsində qalmışdır. O da ehtiyat edir ki, digər qızı Fidan Mehdiyeva da anası tərəfindən qaçırılar. Ona görə görüşün baş tutmasına etiraz edir. Odur ki, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında fərdi qaydada fəaliyyət göstərən Vəkil bildirmişdir ki, hüquqlarını müadafiə etdiyi Şəxs əməlində heç bir inzibati xəta tərkibi yoxdur. Belə ki, Mehdiyev X6 Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli, 2(041)-2298/2021 nömrəli icra sənədi üzrə üzərinə qoyulmuş öhdəliyi icra etməkdən yayınmamış və bir neçə dəfə görüş təşkil edilmişdir. Lakin həmin iş üzrə icra məmuru Məhəmməd adlı şəxsin onlarla qərəzi olduğundan 27 sentyabr 2020-ci il təvəllüdlü X7 anası X8 tərəfindən qaçırılmasına şərait yaratmışdır. Hal-hazırda 27 sentyabr 2020-ci il təvəllüdlü X7 anası X8 tərəfindən qaçırılmış və onun himayəsində qalmışdır. X3 uşaqla görüşü barəsində təhlükəsizlik tədbirləri icra məmuru tərəfindən həyata keçirilmədiyindən və digər qızı 08 may 2018-ci il təvəllüdlü X5 da anası tərəfindən qaçırılması təhlükəsi olduğundan uşaqla görüşünə müəyyən məhdudiyyətlər yaratmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 məhkəmədən Kürdəmir Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli, 2(041)-2298/2021 nömrəli icra sənədi olan öhdəliyin icra olunması məqsədi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kürdəmir Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli, 2(041)-2298/2021 nömrəli icra sənədindən və müvafiq qərardaddan görünür ki, işə mahiyyəti üzrə baxılıb qurtaranadək, 08.05.2018-ci il tarixdə anadan olmuş X5 anası, iş üzrə iddiaçı X8 ilə hər həftənin şənbə günləri saat 11-00-dan 18-00-dək ünsiyyətdə olması üçün cavabdeh Şəxs tərəfindən yaradılan maneələr ona qadağan edilmişdir. İcraata başlamaq haqqında 18.11.2021-ci il tarixli qərardan görünür ki, Kürdəmir rayon məhkəməsi tərəfindən verilmiş 2(041)-2298/2021 saylı, 18 noyabr 2021-ci il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında 18.11.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Kürdəmir rayon məhkəməsi tərəfindən verilmiş 2(041)-2298/2021 saylı, 18 noyabr 2021-ci il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs məlumat verilmişdir. 08.12.2021-ci il tarixli Aktın surətindən görünür ki, həmin gün Binəqədi rayon icra Şöbəsinin inzibati binasında tələbkar X3 uşaqları ilə ünsiyyətdə olması üçün zəruri şəraitin yaradılmışdır. 18.12.2021-ci il tarixli Aktın surətindən görünür ki, həmin gün Binəqədi rayon icra Şöbəsinin inzibati binasında tələbkar X3 uşaqları ilə ünsiyyətdə olması üçün zəruri şəraitin yaradılmışdır. 25.12.2021-ci il tarixli Aktın surətindən görünür ki, həmin gün Binəqədi rayon icra Şöbəsinin inzibati binasında tələbkar X3 uşaqları ilə ünsiyyətdə olması üçün zəruri şəraitin yaradılmışdır. 27.12.2021-ci il tarixli Borclunun axtarılması barədə qərardan görünür ki, Şəxs barəsində icra məmuru tərəfindən axtarış elan edilmişdir. 29.12.2021-ci il tarixli Aktın surətindən görünür ki, həmin gün Binəqədi rayon icra Şöbəsinin inzibati binasında tələbkar X3 uşaqları ilə ünsiyyətdə olması üçün iltizam verilib görüşə razı olunsa da uşaqlar Şəxs tərəfindən görüşə gətirilməmişdir. 05.01.2021-ci il tarixli Aktın surətindən görünür ki, həmin gün Binəqədi rayon icra Şöbəsinin inzibati binasında tələbkar X3 uşaqları ilə ünsiyyətdə olması üçün iltizam verilib görüşə razı olunsa da uşaqlar Şəxs tərəfindən görüşə gətirilməmişdir. 08.01.2021-ci il tarixli Aktın surətindən görünür ki, həmin gün Binəqədi rayon icra Şöbəsinin inzibati binasında tələbkar X3 uşaqları ilə ünsiyyətdə olması üçün iltizam verilib görüşə razı olunsa da uşaqlar Şəxs tərəfindən görüşə gətirilməmişdir. 15.01.2022-ci il tarixli Aktın surətindən görünür ki, həmin gün Binəqədi rayon icra Şöbəsinin inzibati binasında tələbkar X3 uşaqları ilə ünsiyyətdə olması üçün zəruri şəraitin yaradılmışdır. 22.01.2022-ci il tarixli Aktın surətindən görünür ki, həmin gün Binəqədi rayon icra Şöbəsinin inzibati binasında tələbkar X3 uşaqları ilə ünsiyyətdə olması üçün zəruri şəraitin yaradılmışdır. 28.03.2022-ci il tarixli Aktın surətindən görünür ki, icra sənədinin icrsı ilə əlaqədar Şəxs ilə əlaqə yaradlmış və sonuncu telefona cavab verməmişdir. 28.03.2022-ci il tarixli Borclunun axtarılması barədə qərardan görünür ki, Şəxs barəsində icra məmuru tərəfindən axtarış elan edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Mehdiyev X6 Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli, 2(041)-2298/2021 nömrəli icra sənədini üzrlü səbəb olmadan və qərəzli şəkildə icra etməmiş, eləcə də həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd edilməlidir ki, Şəxs və onun müadiəçisi tərəfindən məhkəmə iclasında icra sənədinin icrası ilə bağlı müəyyən səbəblər göstərilsə də, məhkəmə həmin xüsusatları icra sənədinin icra olunmaması üçün üzrlü hal hesab etmir. Bununla yanaşı qeyd edilməlidir ki, Şəxs tərəfindən məhkəmə iclasında östərdiyi xüsusatlarla bağlı qanuni tədbir görülməməsi və ya məhkəmə qərarından narazı qaldığı təqdirdə onu mübahisələndirməməsi sonuncu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyini göstərir. Qeyd edilməlidir ki, məhkəmədə Şəxs hərəkətlərində icra sənədinin üzrlü səbəbdən icra edilməməsinə dair heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 15 aprel 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-1184/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1184/2022
15.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver