Məhkəmə qərarları › İş №3(001)-119/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-119/2024

12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-119/2024 12.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin polis sahə inspektoru, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi – Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx.xx.1990-cı il tarixdə Sabirabad rayonu, Xəlfəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, taksi sürücüsü vəzifəsində çalışan, hal-hazırda subay, himayəsində 5 (beş) yetkinlik yaşına çatmayan övladı olan, Xızı rayonu, Altıağac qəsəbəsində qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, X5 nömrəsiz evdə yaşayan Şəxs Əbutalib oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 456 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində tanımadığı qadına ev şəraitində istehsal edilmiş spirtli içki satdığı üçün saxlanılmışdır.Belə ki, xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu inzibati ərazisində xidmət aparan zaman bir nəfər şəxsin A.Kunanbayev küçəsində ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışı ilə məşğul olması aşkar edilmişdir.Polis əməkdaşları həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, şəxsiyyətini müəyyən etmək üçün şəxsiyyət vəsiqəsini istədikdə, o, heç bir sənəd təqdim etməyəcəyini bildirmiş, “siz kimsiniz ki, sizə sənəd təqdim edim” cümləsi işlədərək polisin qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin polis sahə inspektoru,polis kapitanı X6 tərəfindən xx.xx.2024-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək özünü təqsirli hesab etmədiyini və polis əməkdaşlarının onu qanunsuz olaraq saxladığını, bu səbəbdən də polis əməkdaşları ilə mübahisə etdiyni, onun heç bir təqsirinin olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi X4 hüquqlarını müdafiə etdiyi şəxs Şəxs özünü təqsirli hesab etmədiyini və buna görə də polis əməkdaşlarının onu qanunsuz olaraq saxladığını, bu səbəbdən də polis əməkdaşları ilə mübahisə etdiyni, onun heç bir təqsirinin olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin polis sahə inspektoru, polis kapitanı X6 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində tanımadığı qadına ev şəraitində istehsal edilmiş spirtli içki satdığı üçün saxlanılmışdır.Belə ki, xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu inzibati ərazisində xidmət aparan zaman bir nəfər şəxsin A.Kunanbayev küçəsində ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışı ilə məşğul olması aşkar edilmişdir.Polis əməkdaşları həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, şəxsiyyətini müəyyən etmək üçün şəxsiyyət vəsiqəsini istədikdə, o, heç bir sənəd təqdim etməyəcəyini bildirmiş, “siz kimsiniz ki, sizə sənəd təqdim edim” cümləsi işlədərək polisin qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərmişdir.Buna görə də, məhkəmədən həmin şəxsə inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 456 və 535.1ci maddələri ilə təqsirli hesab olunmalıdır. Belə ki, iş materiallarında olan inzibati qaydada tutmaq haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsinə görə ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir.Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmçinin, İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrindən müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəzasını yüngülləşdirən hallar kimi - il ərzində ilk dəfə inzibati xəta törətməsini və himayəsində 5 yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 456 və 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir.Belə ki, inzibati xəta haqqında protokola, iş materiallarına və tərəflərin izahatlarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində tanımadığı qadına ev şəraitində istehsal edilmiş spirtli içki satdığı üçün saxlanılmışdır.Belə ki, xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu inzibati ərazisində xidmət aparan zaman bir nəfər şəxsin A.Kunanbayev küçəsində ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışı ilə məşğul olması aşkar edilmişdir.Polis əməkdaşları həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, şəxsiyyətini müəyyən etmək üçün şəxsiyyət vəsiqəsini istədikdə, o, heç bir sənəd təqdim etməyəcəyini bildirmiş, “siz kimsiniz ki, sizə sənəd təqdim edim” cümləsi işlədərək polisin qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun daha ağır cəza nəzərdə tutulan İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Əbutalib oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 456-cı maddələri ilə təqsirli bilinsin və 200 (iki yüz) manat cərimə edisin. Şəxs Əbutalib oğlu inzibati tutulmadan azad edilsin. 3(001)-119/2024 saylı inzibati işi üzrə müdafiəçi X1 məhkəmə baxışı zamanı 5 saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASC-nin Binəqədi filialına(kod200156,VÖEN**********, m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.KAİİBAZ2X,hesab№AZ48AİİB*************** *****,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar