Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-12/2025 17.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Zəngilan rayon prokurorluğunun nümayəndəsi X13, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə, Şəxs MMC-nin direktoru X20 müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Zəngilan rayon prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2024cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərar əsasında toplanmış material daxil olmuşdur.
2. Məhkəmə iclasında Zəngilan Rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən Teyyub Rəfiyev bildirmişdir ki, Şəxs MMC-nin direktoru Adnan Acarın avans məqsədilə işçilərinə verilməsi üçün təqdim etdiyi 7100 manat məbləğində pulun mənimsənilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat daxil olmuş, həmin məlumatın xx.xx.2024-cü il tarixdə “Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların qeydiyyatı” kitabında qeydiyyatı aparılaraq rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı Şəxsda briqadir vəzifəsində işləmiş X17 izahat verərək bildirmişdir ki, o və X14 xx.xx.2024-cü il tarixdən etibarən Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində yerləşən Şəxsın briqadiri vəzifəsində çalışmış, Adnan Acardan müxtəlif vaxtlarda aldığı 7100 manat pulu işçilərə ödəmişlər. Hal-hazırda Adnan Acarla bu anlaşılmazlığa aydınlıq gətirilmiş, bütün işçilərin əmək haqqı ödənilmiş və heç bir narazılıq qalmamışdır. X15 Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində işlərin görülməsi üçün cəlb olunmuşdur. Belə ki, X15 verdiyi hər iki izahatında göstərmişdir ki, 09 iyul 2024-cü il tarixdən 15 iyul 2024-cü il tarixə kimi Şəxs MMC-də işləyib, lakin onunla əmək müqaviləsi bağlanmayıb. O, bunu hər iki izahatında qeyd edib. Yəni birinci dəfə polisə verdiyi ifadəsində, ikinci dəfə isə prokurorluğa verdiyi ifadəsində. Hər iki ifadə eyni məzmunludur. Bundan əlavə həmin şirkətdə briqadir vəzifəsində işləmiş X21 və X14 öz izahatlarında göstərmişlər ki, X15 2024-cü ilin iyul ayı tarixindən təxminən bir həftə müddətində Şəxs MMC-də işləyib, lakin əmək müqaviləsi bağlanması ilə bağlı məlumatları olmayıb. Bundan əlavə elektron informasiya sistemindən əldə edilmiş məlumata görə Şəxs MMC ilə X15 arasında hər hansı müqavilə yoxdur. Zəngilan Rayon Polis Şöbəsinə verilmiş sorğu əsasında məlumat əldə olunmuşdur ki, X2 rayonuna daxil olmaq üçün Şəxs MMC tərəfindən nəzarət portalında qonaq kimi xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək qeydiyyata alınmışdır. Şəxs MMC-nin rəhbəri Adnan Acar izahatında qeyd edib ki, X9 tanımır, lakin portal məlumatları bunun əksini göstərir. Nümayəndə sonda onu bildirmişdir ki, fikrimizcə aparılan araşdırma ilə inzibati xətanın törədilməsi faktı tam sübut olunur. Məhz elə buna görə də xx.xx.2024-cü il tarixli qərarla Şəxs MMC barəsində İXMnin 192.1-ci maddəsi ilə icraat başlanmışdır.
3. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru Adnan Acar bildirmişdir ki, Teyyub Rəfiyev tərəfindən qeyd olunanların heç biri doğru deyildir. Teyyub Rəfiyev də bilir ki, Hafizin ərizəsi vardır. Hafizi özü iş yerinə zəng edilərək məcburi gətirilmişdir. Öz bildikləri formada izahatlar alınmış və bu izahatları sonradan əsas götürmüşlər. O izahatda bildirilmişdir ki, 9 iyul 2024 tarixindən 15 iyul 2024 tarixinədək X11 guya Şəxs MMC-də çalışıb. Amma müvafiq tarixlərdə X7 adına portal açılmışdır. Həmin şirkət bunun adına portal açmış və o iş bitənə qədər orda işləmişdir. Sonradan geri qayıtmış və Ağcabədi rayonunda 10 gün qalmışdır. 10 gün sonra gəlmiş və o portal icazəsinə əsasən Şəxs MMC-də işləmişdir. Şəxs MMC-də buna görə ona portal açmamışdır. Mən dünən aldığım qərardan bu məlumatları öyrənmişəm. Bu məlumatlar doğru deyil. Prokuror nümayəndəsindən soruşun o körpü şirkəti kimdir və o şirkətdə Hafiz uzun müddət işlədiyinə görə o bölgəyə 3 gündən artıq qonaq kimi gəlməyib. Digər tərəfdən əgər uzun müddət adına portal açılıbsa, həmin şəxsin o şirkətlə müqaviləsi olmalıydı. Amma burda DİN-in portalında görünür ki, qarşı tərəfin iddia etdiyi kimi 9 iyul 2024 tarixindən 15 iyul 2024 tarixinədək Şəxs MMC-də işləməyib. Eyni tarixlərdə 6 iyul 2024 tarixindən 15 iyul 2024 tarixinədək "xxxx" adlı MMC-də işləyib. Cahangirbəyli böyük ərazidir. Həmin ərazidə 1000-ə yaxın işçi işləyir. 50-yə yaxın briqada var. Bizim işlədiyimiz məktəb dörd korpusludur. Mən orda cəmi iki həftə olmuşam. 1 iyul tarixində işə başlamışıq 15 iyul tarixində işimizə xitam vermişik. O barədə sizə arayış təqdim etmişəm. Mənim işim 15 iyul 2024 tarixində bitibsə və mənim o bölgədən ayrılmağımla bağlı arayışım var. Həmin tarixdən sonra mənim kiməsə portal açmağım məntiqsizdir. O səhvən düşmüşdür, düzgün araşdırılmamışdır. Prokuror nümayəndəsi mənim izahatımı alarkən məlumat verməmişdir ki, Hafiz gəlib mənim haqqımda ərizə vermiş, guya mənimlə işlədiyini iddia edib, mən bu məsələyə münasibət bildirmişəm. Mənə elə bir məlumat verilməyib. Birinci məni dəvət etdikdən 5 ay keçdikdən sonra Fərdi adlı şəxsin guya bizim şirkətdə icazəsiz işlədiyini dedi. Onun ərizəsi olduğunu bildirdi. Mən özündən icazə aldım dedim ki, Fərdini tapıb gətirərəm. Fərdi ilə görüşdük getdik oraya. Fərdini heç görməyib, onu tanımadı. Dedim bəs ondan necə izahat almısınız. Dedi ki, mən polislərin izahatına əsasən o sözləri sizə dedim. Fərdi özü izahat verdi. Gördü ki, burda Fərdinin adı yoxdur. Fərdini çıxardı. 15 gün sonra digər adamı çağırdılar. Sual verdi mənə Hafiz adlı birini tanıyırsınızmı? Dedim tanımıram. Söhbət bu qədər olmuşdur. Amma burda iddia etdikləri haqqında mənə məlumat verilməmişdir. Hafiz Bünyadovu mən tanımıram onu işə dəvət etməmişəm. Qərarda yazılıb ki, guya mən onu dəvət etmişəm, onunla gününə 60 manat verəcəyimi danışmışam, guya ona 100 manat avans vermişəm. Mən nə belə bir adam tanıyıram, nə də ona pul təklif etmişəm. Digər tərəfdən Xəyyamla Rəmzi mənim briqadirim vəzifəsində çalışmayıblar. Teyyub bəy bunları araşdırmadan Xəyyam və Rəmzini Şəxs MMC-də birqadir olaraq təqdim etmişdir, guya Şəxs MMC adından bunlar işçi qəbul edə bilər və bunun kimi əsassız şeylər iddia edirlər. Bu şəxslər orda usta kimi işləyib. Ustada nə mənim yerimə kimisə çağıra bilər, nə də mənim yerimə kiməsə əmək haqqı verə bilər. Xəyyam orda bildirmişdir ki, buna pul verdiyini deyib izah etsin necə alıb pulu Xəyyamdan. Hafiz bəy 15 gün başqa yerdə işləyib orda pulu qalıb və gəlib rayona.
4. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Adnan Acar bu prosesin hakim Aytəkin İbrahimova tərəfindən aparılmasına etiraz edərək məhəkənin sədrinə məktub ünvanlamışdır. (Məhkəmə etiraza baxıldığını və etiraz üçün əsas olmadığından qərardad qəbul edildiyini bildirmişdir) Bundan başqa, materialların araşdırılması üçün əlavə vaxta ehtiyac olduğunu, əlavə sorğuların yazılmalı olduğunu, “6cı mərtəbə” müstəqil şirkətin də işə daxil olması üçün məhkəmə tərəfindən təşəbbüs irəli sürülməli olduğunu bildirmişdir. Məhkəmədən, Adnan Acarın özünün şəxsən prosesdə iştirak etməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, “proses vaxtından bir qədər gec başladığı üçün Adnan müəllimin səhhətində problem yarandı və o getməli oldu.” Bundan başqa, prokurorluqda material araşdırılarkən Adnan Acarın tərcümə hüququnun pozulmasını, sonda isə Adnan Acarın maddi durumunun pis vəziyyətdə olduğunu və bugün o cəriməni ödəmək iqtidarında olmadığını bildirərək qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında məhkəmə tərəfindən dövlət hesabına Adnan Acara təyin edilmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X15 bildirmişdir ki, o Şəxs MMC-dən şikayət etməmişdir. O, Zəngilan rayonu, Cahangirbəyli kəndində təxminən 5-6 gün işləmiş, pulu Xəyyamda olmuşdur. Ondan alacağı var idi. Ümumiyyətlə başqa briqadirlə işləmişdir. Onlar da pulu gecikdirmişlər. Bu vaxt o rayonda olmuş ona çatası pulun çatdırılması üçün Xəyyama verilməsini istəmişdir. Xəyyam isə pulunu xərcləmiş, bir iki nəfər Şəxsdan şikayət etdikdə o da şikayət etmişdir.
7. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X14 bildirmişdir ki, o briqadir vəzifəsində çalışmır, qəlibçi kimi fəaliyyət göstərmişdir və inşaatda təxminən 15 gün işləmişdir. Orada 3-5 nəfər tanıdığı işçilər olub və onlar arasında isə Hafiz yox idi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:
8. Zəngilan rayon prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır.
9. Zəngilan rayon prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs şirkətinin direktoru Acar Adnanın avans məqsədi ilə işçilərinə verilməsi üçün təqdim etdiyi 7100 manat məbləğində pulun mənimsənilməsi barədə toplanmış 77-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
10. Zəngilan rayon prokurorluğu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Baxış aparılması haqqında” protokoldan görünür ki, X7 “X4 Sistemin”dən əldə edilmiş əmək müqaviləsi məlumatlarına görə sonuncu ilə Şəxs MMC arasında əmək müqaviləsi bağlanılmamışdır.
11. Zəngilan rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-119/2-6053/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X7 xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs şirkətində qonaq kimi Zəngilan rayonuna daxil olmaq üçün portal icazəsi aktivləşdirilmişdir.
12. X10 tərəfindən Zəngilan rayon prokurorluğuna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, 2024-cü ilin iyulun axırı və ya avqust ayında Adnan Acar və Xəyyam adlı şəxslə Nərimanov parkında görüşərək digər narazı qalan işçilər kimi əmək haqqını almış və buna görə də, heç kəsdən şikayəti yoxdur. Məhkəmənin əsaslandırması və mövqeyi
13. Məhkəmə, proses iştirakçılarını dinləyib iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki Şəxs MMC-nin İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, ona əlavə edilmiş digər sübutlarla, eləcə də məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmiş və cəmiyyətin əməli düzgün olaraq həmin Məcəllənin 192.1-ci maddəsi ilə tövsif edilmişdir.
14. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
15. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.
17. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
18. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
19. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan görünür ki, X10 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Şəxsda əmək müqaviləsi bağlanmadan dəmirçi kimi tikinti işlərinə cəlb edilmişdir. Bu hal Zəngilan Rayon Polis idarəsinə və Zəngilan Rayon X1 tərəfindən verilən ifadələrlə də öz təsdiqini tapır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Adnan Acar tərəfindən şahid kimi məhkəməyə gətirilən X10 ifadə verərkən bildirmişdir ki, prokurorluqdakı ifadəni o verməmiş belə bir ifadədən xəbəri yoxdur. Onun adından belə məzmunda ifadə yazılmışdır. Lakin məhkəmə tərəfindən verdiyi ifadə ona təqdim edilmiş və imzanın ona məxsus olub-olmaması soruşulduqda isə imzanın ona məxsus olması təsdiqləmiş, ifadəsini isə xatırlamamasını bildirərək verdiyi ifadələr arasında ziddiyyət yaratmışdır. Bundan başqa X10 prokurorluqda verdiyi ifadənin kompüterdə yazıldığını özünün yazmadığını əsas gətirsə də eyni məzmunlu ifadəni öz xətti ilə Zəngilan Rayon Polis idarəsində yazaraq imzası ilə təsdiq etmişdir.
20. Şəxsın hər iki işçisi X17 və X14 qəlibçi vəzifəsində çalışsalar da, öz ifadələrində faktiki olaraq briqadir vəzifəsini yerinə yetirdiklərini bildirmiş və ifadələrində onu da əlavə etmişlər ki, işin tez başa çatması üçün digər şirkətlərdən işi olmayan işçilər dəvət edilərək onlarla əmək müqaviləsi bağlanmadan əvvəlcədən razılaşdırılmış məbləğdə işə cəlb etmişlər. Məhkəmə qeyd etmək istəyir ki, bu ifadələr həm prokurorluqda, həm də polisdə eyni məzmunda verilmişdir.
21. Məhkəmə onu qeyd etməyi vacib hesab edir ki, Daxili İşlər Nazirliyi tərəfindən Zəngilan Rayon Polis şöbəsinə təqdim edilən xx.xx.2024-cü il tarixli 3-13-119/2-6053/2024 saylı məktubla bildirmişdir ki, X6 xx.xx.2024-xx.xx.2024-cü il tarixinədək “Taha” inşaatda fəhlə, xx.xx.2024-xx.xx.2024-cü il tarixinədək “Rahm” qrup şirkətində usta, xx.xx.2024xx.xx.2024-cü il tarixədək “Amal” qrup şirkətində hörgüçü, xx.xx.2024 -xx.xx.2024-cü il tarixinədək Şəxs da qonaq kimi Zəngilan rayonuna daxil olmaq üçün portal icazəsi alınmışdır. Portal çıxarışı ilə bağlı rəsmi təqdim edilmiş bu məktubdan fərqli olaraq, Adnan Acar tərəfindən də məhkəməyə portal çıxarışı təqdim edilmişdir. Lakin həmin sənəd bu məlumatlarla nəinki ziddiyyət yaradır, eyni zamanda sənədin hardan əldə edildiyini də müəyyən etmək olmur. Bu baxımdan məhkəmə hesab edir ki, sonuncunun təqdim etdiyi sənəd mötəbər hesab edilə bilməz.
22. “Hünər İnşaat” tərəfindən Şəxs a verilən xx.xx.2024-cü il tarixli arayışa əsasən “6-cı mərtəbə” müstəqil şirkəti ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli subpodrat müqaviləsinə əsasən iki şirkət arasında işgüzar münasibətlər xx.xx.2024xx.xx.2024-cü il tarixlərini əhatə etdiyi göstərilmişdir. Bu arayışa istinad edərək Adnan Acar bildirmişdir ki, onun şirkəti yalnız qeyd edilən aralıqda Qarabağda fəaliyyət göstərmişdir. X30 xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında xx.xx.2024-xx.xx.2024-cü il tarixinədək Zəngilanda fəaliyyət göstərdiklərini bildirmiş, bununla da X5 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Acar-inşaatda əmək müqaviləsi bağlanmadan dəmirçi kimi tikinti işlərinə cəlb edildiyi dövrdə Acar-inşaatın hələ də Zəngilanda fəaliyyətdə olduğunu sübuta yetirmişdir.
23. Məhkəmə araşdırılması zamanı Şəxs MMC-nin direktoru Adnan Acar prosesin gedişatına müxtəlif üsullarla maneçilik törətməyə çalışmışdır ki, bu da onun məsuliyyətdən yayınmaq istəyini təsdiq edir. Belə ki, xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında ifadə vermək istədikdə ona türk vətəndaşı olması və tərcüməçi ilə təmin olunmaq üçün təklif edilsə də sonuncu 30 ildən uzun müddətdir ki, Azərbaycanda yaşadığını, Azərbaycanda ailə qurduğunu, övladlarının burda təhsil aldığını, hətta valideynlərinin də azərbaycan türkcəsində səlist danışdığını, iddia edərək, məhkəmədən iclası təxirə salmamasını xahiş etmiş, məhkəməyə dəvət etdiyi şahidlərin rayondan gəldiyini, bir daha gəlmək şansının olmamasını və ifadəsinin alınmasını xahiş etmişdir. Məhkəmə onun bu xahişini təmin etmişdir. Buna baxmayaraq ikinci iclasda prokurorluqda iş araşdırılan zaman onun tərcümə hüququnun pozulduğunu iddia etmiş, Zəngilan Rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən Teyyub Rəfiyev isə bu zaman məhkəməyə bildirmişdir ki, ilk iclasda tərcüməçi ilə bağlı fikirlərini istintaqda da səsləndirmiş ona görə Adnan Acara tərcüməçi təyin olunmamışdır. Məhkəmə Adnan Acarın tərcüməçi ilə bağlı fikrini bir daha dəqiqləşdirdikdə isə o tərcüməçi deyil hüquqlarının müdafiəsi üçün vəkil tutacağını bildirmiş, məhkəmənin dövlət hesabına onu tərcüməçi ilə növbəti iclasda təmin edəcəyini bildirdikdə isə “öz vəkilimi istəyirəm” deyərək uyğunsuz, bir-birinə zidd cavablar verməyə başlamışdır. Məhkəmə bu zaman yerindəcə qərar qəbul edərək Adnan Acarı dövlət hesabına həm vəkillə təmin etmiş, həm də ona tərcüməçi təyin etmişdir. Tərcüməçi Bakı Dövlət Universitetinin dosenti, türk dili qrupu üzrə filoloq X18, vəkil isə 11 saylı vəkil bürosunun vəkili X8 təyin olunmuşdur. Bundan sonra tərəfə dövlət hesabına vəkillə və tərcüməçi ilə təmin edildiyi bildirilmiş, sonuncu məhkəmə iclasında iştirak etməkdən yayınmışdır. Hətta sonuncu iclasında Nümayəndə dövlət hesabına vəkilə Adnan Acarın etiraz etdiyini bildirmişdir.
24. İXM-nin 49.2-ci maddəsinə görə işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. Məhkəmə qeyd etmək istəyir ki, barəsində inzibati icraat aparılan şəxs Adnan Acar deyil Şəxs dır. Prokurorluq tərəfindən hüquqi şəxs barəsində inizbati tənbehin tətbiq edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Buna baxmayaraq məhkəmə Adnan Acarı tərcüməçi ilə də təmin etmişdir.
25. Bundan başqa, Adnan Acar MPM-in 19-cu maddəsinə istinad edərək ərizə ilə məhkəməyə müraciət etmiş, hakimə etiraz etdiyini və onun işdən kənarlaşdırılmasını xahiş etmişdir. Daha sonra ərizə ilə məhkəməyə müraciət edərək Baş Prokurorluğa şikayət verdiyini bu səbəbdən də hazırkı inzibati iş üzrə icraatı dayandırmağı tələb etmişdir.
26. Adnan Acar yenə ərizə ilə məhkəməyə müraciət edərək etibarnamə üzrə Nümayəndə məhkəmədə iştirak etməsini xahiş etmiş, sonuncunun Türkiyədə olduğunu iclası təxirə salmağı istəmişdir. Sonradan bu uyğunsuzluq aradan qaldırılsa da məhkəməyə hətta bununla bağlı təqdim etdiyi ərizə xx.xx.2025, etibarnamə isə xx.xx.2025-ci il tarixində verilmişdir. Nümayəndənin iclasda iştirakı üçün proses xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. Nümayəndə iclasa vaxtından əvvəl gəlmiş iş materialları ilə tanış olmaq istəyini bildirmiş, məhkəmə tərəfindən ona zəruri şərait yaradılmışdır. Bundan sonra materiallarda olan özlərinin təqdim etdikləri arayışları istəmiş, məhkəmənin prosesi uzadırsınız niyə hazırlıqsız gəlmisiniz sualına isə “siz bizi zəruri materiallarla təmin etmirsiniz Adnan müəllim hakimin işə baxmasına etiraz edir, proses təxirə salınmalıdır” deyərək prosesin təxirə salınmasını istəmişdir.
27. Məhkəmə qeyd edir ki, Adnan Acar son iki iclas məhkəmədə olsa da zala daxil olmamış, xx.xx.2025-ci il tarixində məhkəmə son çıxış üçün tərəflərə söz verdikdən sonra müşavirəyə getmiş, daha sonra qərarı elan etmək üçün zala daxil olduqda Adnan Acarın zalda olduğunu, sonuncu qarnı ağrıdığını bu səbəbdən aşağıda olduğunu Nümayəndə onun adından çıxış etmək hüququnun olmadığını bildirərək yekun nəticənin elan edilməsinə maneçilik törətməyə çalışmışdır.
28. Məhkəmə iclasında toplanmış sübutlardan görünür ki, Zəngilan Rayon Prokurorluğu təkcə DİN portal çıxarışı və ƏƏSMN-nin alt sisteminə baxış keçiməklə kifayətlənməmiş, işin düzgün həlli üçün, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, xüsusilə adları qeyd edilən şəxslərin həqiqətən də işğaldan azad olunmuş rayona gedibgəlməsi, hüquqi şəxs tərəfindən orada işə cəlb edilməsini alınan izahatlarla araşdırmışdır. Aparılan araşdırma nəticəsində X10 ilə hər-hansı bir əmək münasibətinin yaranıbyaranmaması dəqiqləşdirilmişdir. Bununla da Şəxsın təqsirliliyini sübuta yetirən kifayət qədər dəlillər toplanılmaqla, Zəngilan Rayon Prokuorluğu tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmuşdur.
29. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
30. Qeyd olunanlara əsasən məhkəmə, Şəxs MMC-nə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu məhz Şəxs MMC-nə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir.
31. Qeyd edilməlidir ki, Şəxs MMC-nin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir.
32. Məhkəmə, Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir.
33. Həmçinin məhkəmə Şəxs MMC-nə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.
34. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
35. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik törətmiş) şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
36. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.
37. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.
38. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir.
39. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
40. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
41. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
42. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
43. İXM-nin 99.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması əsaslarından biri də inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərarın qəbul edilməsidir.
44. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarınd gösətirlir ki, inzibati xəta haqqında iş üzrə icraatın yekununda məhkəmə tərəfindən şəxsin hüquq və azadlıqlarını məhdudlaşdıra biləcək qərar qəbul oluna bilər. Həmin qərarda hakim tərəfindən şəxsin hansı inzibati xəta törətməsi müəyyən edilməli, müvafiq inzibati tənbeh tədbiri (inzibati cəza) seçilərək, bunun hüquqi nəticələri öz əksini tapmalıdır.
45. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir.
46. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 000 (iyirmi min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova