Məhkəmə qərarları › İş №3(001)-1201/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1201/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1201/2021 23.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin sahə inspektoru polis kapitanı X1 xx xxxxxx 2021-ci il tarixdə Şəxs barəsində MN №0961429 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə baxılması üçün təqdim edilmiş inzibati materialı araşdırarkən qanunvericiliyin tələblərinin pozulduğunu müəyyən etmişdir, ona görə də inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, protokol tərəfimdən araşdırılarkən müəyyən olunmuşdur ki, iş üzrə inzibati xəta törətmiş şəxs Şəxs izahatı alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı alınmalıdır. Azərbaycan Respublikasmın İXM-nin 109.1.6-cı maddəsinə əsasən, məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 100, 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs dərhal azad olunsun. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar