Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1205/2021 10.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X9 iclas katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə o, yaşadığı ünvandan idarə etdiyi avtomobili ilə tərk edən zaman pandemiya ilə bağlı yoxlama məntəqəsi qurulmuşdur.O, yoxlama məntəqəsinə çatdıqda sms icazənin yoxlanılması üçün şəxsiyyət vəsiqəsi tələb edildikdə, ona məlum olmuşdur ki, şəxsiyyət vəsiqəsi evdə qalmışdır. Tamirlan Baxşiyev şəxsiyyət vəsiqəsinin evdə olduğunu polis əməkdaşına bildirmiş və polis əməkdaşı maşından düşməyinə tələb etmişdir. O isə maşını tərk etməyəcəyini bildirmişdir. Daha sonra o, sms icazəsinin olduğunu polis əməkdaşlarına bildirsə də, polis əməkdaşları onu Binəqədi rayon Polis idarəsinin 43-cü Polis Bölməsinə gətirərək onun barəsində protokol tərtib etmişlər. O, buna etirazını bildirmiş və bu barədə “102” qaynar xəttinə zəng edərək şikayətini bildirmiş, lakin heç bir nəticə əldə etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü PBnin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X3 şikayətdə göstərilənləri nəzərə alaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü PB inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-nin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən məlum olur ki, araşdırma zamanı X7 tərəfindən qanunun qeyd edilən tələblərinə tam əməl olunmamış, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsininin tələbləri pozulmuş, xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar düzgün qərara alınmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sms çıxarışdan məlum olur ki, protokol tərtib olunan gün "İcazə.e-gov az" saytında X4 AZE 17294527 seriyalı şəxsiyyət vəsiqəsi ilə icazəsi olsa da, protokol tərtib edilən saatda, yəni 09:20 radələrində icazəsi olmamışdır. Belə ki, şikayətçinin şəxsən özü tərəfindən işə əlavə edilmiş sms çıxarışa əsasən aydın olur ki, X6 AZE 17294527 seriyalı şəxsiyyət vəsiqəsi ilə xx.xx.2021-ci il tarixdə, saat 10:36-da yaşayış yerini 3 saat ərzində tərk edə bilməsi barədə sms daxil olmuşdur.Yəni, X7 icazə barədə SMS cavabını gözləmədən yaşayış yerini tərk etmişdir, halbuki T.E.Baxşiyev sərtləşdirilmiş karantin rejiminin qaydalarına əsasən SMS icazənin cavabı gəldikdən sonra, yəni saat 10:36-dan sonra yaşayış yerini tərk edə bilərdi.Beləliklə də məlum olur ki, şikayətçi barədə tərtib edilmiş inzibati protokol əsaslı olaraq yazılmışdır. Buna görə də, şikayətin təmin olunması üçün əsaslar yoxdur, şikayət əsasssız olduğundan rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1205/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1205/2021
10.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver