Məhkəmə qərarları › İş №3(001)-1207/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1207/2021

04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1207/2021 04.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Məmmədov Vüqar Nemət oğlu, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayətçi X12 oğlunun iştirakı ilə, X12 oğlunun inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Dövlət Yol Polis İdarəsinin polis leytenantı X5 oğlu tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayətçi X12 oğlu Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Dövlət Yol Polisi İdarəsinin polis leytenantı X5 oğlu tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X12 oğlu şikayətini onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2021-ci il tarixdə “xxxx” MMC-ə məxsus, yol vərəqəsi əsasında idarə etdiyi "Karsan Atak'' markalı, 99JP246 dövlət qeydiyyat nişanlı avtobusla Binəqədi rayonu, Elman Rüstəmov küçəsi 26a ünvanında hərəkətdə olarkən Binəqədi DYP əməkdaşları tərəfindən avtobus saxlanılmış və ayaq üstə sərnişin daşıdığına görə AR İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmaqda təqsirli bilinib (sərnişindaşıma qaydalarının pozulması) 60 manat, 3 bal məbləğində cərimə edilmişdir. Barəsində İXP3754236 saylı protokol tərtib edilərək, TP4166567 saylı inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. (16 Fevral tarixində qərar tərəfindən rəsmi qaydada götürülmüşdür) Avtobusda ayaqüstə sərnişin daşımağın inzibati xəta olduğunu sürücülük təcrübəsində ilk dəfə görür. Bildirir ki, hər bir avtobus üçün oturacaq yeri və ayaqüstü yer olaraq avtomobilin pasportunda qeyd aparılır. Karsan Atak markalı avtobuslar da illərdir ölkə ərazisində sərnişindaşıma üçün geniş istifadə edilir və iritutumlu avtobus hesab edilir. Ümumiyyətlə avtobusda ayaqüstə sərnişin daşımağın inzibati xəta olmaması bir qırağa, idarə etdiyi avobusda cəmi 10-12 nəfər ayaq üstə dayanıb və heç bir sıxlıq da olmayıb. Ümumimiyyətlə nəqliyyat vasitələri ilə bağlı qanunverciliyin heç bir yerində ayaq üstə sərnişindaşımağın inzibati xəta olduğu qeyd edilməyib. Qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin polis leytenantı X5 oğlu tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Bakı şəhər Binəqədi rayon Dövlət Yol Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhər Binəqədi rayon Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Bakı şəhər Binəqədi rayon Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X12 oğlu şikayətini müdafiə edərək bildirmişdir ki, barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə onun heç bir günahı yoxdur və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərar əsassızdır. Göstərilənləri nəzərə alaraq barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Dövlət Yol Polisi İdarəsinin polis leytenantı X5 oğlu tərəfindən xx.xx.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X7 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Dövlət Yol Polisi İdarəsi Yol polis leytenantı X5 oğlu tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X12 oğlu Azərbaycan respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında X12 oğlunun izahatından müəyyən edilmişdir ki, Binəqədi rayonu, Elman Rüstəmov küçəsi 26a ünvanında şəhər kameraları vasitəsilə qeydə alınmış videoyazıya polis tərəfindən baxış keçirilsəydi onun təqsirsizliyi sübuta yetirilərdi. Lakin buna baxmayaraq Bakı şəhəri Binəqədi rayon Dövlət Yol Polisi İdarəsinin polis leytenantı X5 oğlu tərəfindən mövcud hallar düzgün araşdırılmadan X12 oğlu inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 122.4-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-in 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Sadalanan qanunvericiliyin tələblərinə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən X12 oğlunu lazımi qaydada çağırmamış, onun iştirakı ilə araşdırma aparılmamış, o cümlədən hadisənin görüntülərini əldə edib tədqiq etməmiş, və bir sözlə səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X12 oğlu barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayətçi X12 oğlunun hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X12 oğlu inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Dövlət Yol Polisi İdarəsinin polis leytenantı X5 oğlu tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla, videogörüntüyə baxış keçirilməklə yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və İXM-in 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X12 oğlunun inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Dövlət Yol Polisi İdarəsinin polis leytenantı X5 oğlu tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar