Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-121/2023 01.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X7 iclas katibliyi, X1, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 iştirakı ilə X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin 28 noyabr 2022-ci il tarixli, 12000/9792 saylı qərarın ləğv olunması barədə şikayətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin 28 noyabr 2022-ci il tarixli, 12000/9792 saylı qərarından şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin 28 noyabr 2022-ci il tarixli, 12000/9792 saylı qərarı əsasında İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək 5 736.40 manat cərimə edilmişdir. Şikayətçi aşağıdakı səbəblərə görə həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, onun barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində Azərbaycan Respublikasi İXM-nin 483-cu maddəsi ilə 12 000-9464/22 sayli inzibati xəta haqqında iş üzrə inzibati tənbeh vermə haqqında 28.11.22 tarixli 12000/9792 saylı qərar qəbul olunmuşdur.(Əlavə №1)Bu qərarla ona inzibati xəta obyekti olan 11 472.79 manatin 50 faizi həddində, yəni 5 736,40 manat məbləğində cərimə tətbiq edilmişdir.Qərarın surəti poçt vasitəsilə xx.xx.2022-ci tarixdə ona çatdırılmışdır.Qərarda göstərilənlər yalan və böhtandan ibarət olmaqla, ona qarşı tam qərəzli şəkildə tərtib edilmişdir.Belə ki, qərara əsasən o, ixrac etdiyi malın dəyərini Azərbaycan Respublikasına müvəkkil bank hesabına qaytarmamişdır və guya bu tələblə xx.xx.2022 tarixdə onun ünvanına bildiriş göndərilmişdir.Halbuki, sözü gedən tam məbləğ onun ABB bankdakı hesabına 2 hissədə köçürülmüşdür və o bununla əlaqədar heç bir bildiriş məktubu almamışdır.Ona ilk sənəd xx.xx.2022-ci il tarixdə göndərilmiş və qeyd edilmişdir ki, onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, xx.xx.2022-ci il tarixdə Biləsuvar rayonu üzrə idarəyə yaxınlaşıb izahat verməlidir.O, təyin olunan vaxtda oraya gedib izahat vermiş, diskdə göndərdiyi malın nəmişlik səbəbindən xarab olduğunu sübut edən video görüntülər də daxil olmaqla bütün sənədləri təqdim etmişdir.O, bildirmişdir ki, sözü gedən xx.xx.2021-ci il tarixli, **********49 sayli ümumi dəyəri 6 748,70 ABŞ dolları (11472,79 AZN) olan YGB üzrə xx.xx.2022 tarixdə (yəni yük göndəriləndən 120 gün sonra) alıcı tərəfindən 5 000 ABŞ dolları göndərilmişdir.Bu məbləğ 7 ABŞ dolları bank faizi çıxılaraq, 4 993 ABŞ dolları miqdarında xx.xx.2022 tarixdə onun ABB bankdakı müvəkkil hesabına daxil olmuşdur.Alıcı ilə malın keyfiyyətinə dair mübahisələri olduğuna görə yerdə qalan 1 748.70 ABŞ dolları məbləği ödəməkdən imtina edir.X3 bildirmişdir ki, bu məsələnin həlli üçün Dubaya gedilməlidir, hal-hazırda onun maddi imkanı buna yol vermir.Yaxın günlərdə Dubayda yaşayan bir qohumumun köməyi ilə Dubay polisinin müdaxiləsi ilə bu mübahisə bitəcəkdir və qalıq məbləğ köçürülən kimi ABB bankdan hər 2 köçürməni təsdiq edən bank arayışını alıb göndərəcəkdir.6 gün sonra xx.xx.2022-ci il tarixdə alıcı tərəfindən 1 750 ABŞ dolları göndərilmişdir.xx.xx.2022-ci il tarixdə 7 ABŞ dolları bank faizi çıxılaraq, onun ABB bankdakı hesabına 1 743 ABŞ dolları vəsait daxil olmuşdur.ABB bank xx.xx.2022 tarixdə hər 2 köçürməni təsdiqləyən 321 saylı arayış vermişdir.Ona görə də, o, özünü təqsirli bilmir, hesab edir ki, barəsində çıxarılan qərar əsassızdır və ləğv edilməlidir. Eyni zamanda, şikayətçi göstərmişdir ki, bütün əlavə sənədləri telefon vasitəsilə təhqiqatçıya göndərmişdir.Təhqiqatçı demişdir ki, vəsait bank hesabına daxil olarsa, inzibati xəta haqqında işə xitam verilməlidir.O, 2-ci qrup əlildir, xəstəliyi üzündən təkrar Biləsuvar rayonuna gedə bilməmişdir.xx.xx.2022 tarixdə isə onun iştirakı olmadan baxılmış və belə bir qanunsuz qərar qəbul edilmişdir.Qalıq məbləğ 1 743 ABŞ dolları vəsaiti xx.xx.2022 tarixdə bank hesabına daxil olmuşdur.X10 isə 14 gün sonra işə baxaraq, yazir ki, guya X4 Sistemi resursuna baxış keçirilmiş və bununla sübut olunur ki, vəsait bank hesabına qaytarilmamışdır.Halbuki, o şəxsən özü Gömrük Komitəsinə bu məsələ barəsində səlahiyyətli olan əməkdaşın qəbuluna gedərək, sistemdə onun adina bu YGB üzrə heç bir borc olmadığını öyrənmişdir.Bütün bunlar bu qərarın qərəzli və haqsız şəkildə tərtib edildiyini sübut edir. Şikayətçi göstərmişdir ki, o, sahibkar kimi fəaliyyətində uzun zaman fasilə verdikdən sonra bu işə başlayarkən bankdan 20 000 AZN manat məbləğində biznes krediti götürmüşdür, işin alınacağını va müəyyən gəlir əldə edib müalicə ilə bağlı xərcləri ödəyə biləcəyini düşünmüşdür.Lakin əksinə olmuşdur.Bu gün də çox böyük çətinliklə onun faizlərini ödədiyini bildirmişdir.Pulun qayıdışının belə problemə düşməsi bir sahibkar kimi onu çox çətin vəziyyətə salmışdır. Şikayətçi yuxarıda göstərilənlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin 28 noyabr 2022-ci il tarixli, 12000/9792 saylı qərarın ləğv olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 bildirmişdir ki, Dubaya göndərilən malların bir qismi məhv olduğundan, onun özünə xeyli miqdarda maddi ziyan dəymişdir.Şikayətçi şikayət ərizəsində göstərilənləri nəzərə alaraq, onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin 28 noyabr 2022-ci il tarixli, 12000/9792 saylı qərarın qanunsuz və əsassız olduğundan ləğv olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X14 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, X6 tərəfindən rəsmiləşdirilən xx.xx.2021ci il tarixli **********4449 saylı bəyannamə üzrə ixrac etdiyi malların müqabilində köçürülməli olan məbləğ bank hesabına köçürülmədiyindən onun barəsində qanuni əsaslarla inzibati protokol tərtib olunmuşdur və buna görə də, şikayət əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin 28 noyabr 2022-ci il tarixli, 12000/9792 saylı qərarına əsasən məlum olur ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsinə uyğun olaraq, 11 472.79 manat məbləğin 50% həddində, yəni 5 736.40 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin 28 noyabr 2022-ci il tarixli, 12000/9792 saylı qərarına əsasən məlum olur ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə uyğun olaraq, 11 472.79 manat məbləğin 50% həddində, yəni 5 736.40 manat məbləğində cərimə edilmişdir.İş materialları araşdırılarkən məlum olmuşdur ki, şikayətçi Fəridə Həsənova tərəfindən həqiqətən AR İXM-nin 483-cü maddəsinin tələbləri pozulmuşdur.Belə ki, X6 apardığı xarici iqtisadi fəaliyyət nəticəsində ölkənin müvəkkil bank hesabına köçürülməli olan vəsaitləri apardığı fəaliyyətdən 180 gün keçənədək qaytarmalı olduğu halda qanunun tələblərinə riayət etməmişdir.Şikayətçi inzibati xəta törətməməsi və ya inzibati xəta haqqında qərarın qanunsuz olması barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəmədə təqdim etməmişdir.Belə olan halda, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin 28 noyabr 2022-ci il tarixli, 12000/9792 saylı qərarın ləğv olunması barədə verdiyi şikayət əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin 28 noyabr 2022-ci il tarixli, 12000/9792 saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan rəsmi qaydada verildikdən və ya təqdim olunduqdan sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-121/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-121/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver