Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1211/2023 19.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X8 katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Baş X10 İdarəsi Xüsusi Tağım Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 18 yanvar 2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Baş X10 İdarəsi Xüsusi Tağım Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 18 yanvar 2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırmışdır ki, 16 yanvar 2023-cü il tarixdə Xüsusi Tağım Yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında 13 yanvar 2023-cü il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. O, 18 yanvar 2023- cü il tarixli TP ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. Bildirmək istəyir ki, barəsində qəbul edilən qərar tam qanunsuzdur və o, özünü qərarda öz əksini tapan həmin maddə ilə təqsirli bilmir. Belə ki, o, 16 yanvar 2023-cü il tarixdə idarə etdiyi “BMW 320” minik markalı ** MY *** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonu ərazisində hərəkətdə olarkən heç bir yol hərəkəti qaydasını pozmadığı halda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşlarından saxlanılma səbəbini soruşduqda onlar ona avtomobilinə quraşdırılan “led” işıqlarının qanunsuz olduğunu bildirdilər və onu polis idarəsinə dəvət edərək sənədlərini götürdülər. Polis İdarəsinə getdikdən sonra polis əməkdaşlarından sənədlərini geri qaytarmalarını xahiş etmiş və bildirmişdir ki, əgər inzibati xəta törətmişdirsə, barəsində qanuna uyğun olaraq cəza tətbiq etsinlər. Buna baxmayaraq, polis əməkdaşları nə avtomobilini cərimə meydançasına aparmış, nə də ki sənədlərini geri qaytarmışlar. Polis İdarəsindən çıxdıqdan sonra o, bu barədə, yəni polis əməkdaşlarının qanunsuz hərəkətlərindən şikayət etmişdir. Səhəri gün həmin yerdə avtomobili ilə hərəkətdə olarkən yenidən polis əməkdaşları tərəfindən saxlanılmış və guya onlara tabe olmayaraq qaçması bildirilmişdir. Halbuki, o, heç bir qanun pozuntusuna yol verməmişdir. Əksinə olaraq polis əməkdaşları hansı xətanı törətdiyinə aydınlıq gətirməmiş, öz maraqları naminə onu təkrar saxlayaraq hüquqlarını pozmuşlar. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən bu barədə ona heç bir məlumat verilməmiş, iştirak etməyi üçün heç bir bildiriş göndərilməmişdir. Sadəcə “AsanPaydan” daxil olan mesajdan ona məlum olmuşdur ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Qeyd olunanlardan da göründüyü kimi barəsində tərtib edilmiş protokol və onun əsasında qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Belə olan halda hesab edir ki, barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 18 yanvar 2023-cü il tarixli TP ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi X5 şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Baş X10 İdarəsi Xüsusi Tağım Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 18 yanvar 2023cü il tarixli, TP ******* saylı qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Baş X10 İdarəsi Xüsusi Tağım Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X4 məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Baş X10 İdarəsi Xüsusi Tağım Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X5 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X5 barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikası Baş X10 İdarəsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqında qərardan görünür ki, X5 İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, X5 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün onun barəsində xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqında qərar ilə X5 İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilən zaman onun təqsiri müəyyən edilməmiş, yəni inzibati xəta hesab edilən əməli təqsirli olaraq qəsdən və ya ehtiyatsızlıqdan törətməsi araşdırılmamışdir. Belə ki, məhkəmə iclasında şikayətçinin izahatı iş materialları ilə əlaqəli şəkildə araşdırılarkən müəyyən olunmuşdur ki, X3 idarə etdiyi “BMW 320” minik markalı, ** MY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi avtomobilə qanunsuz olaraq led işıqlar quraşdırılması səbəbi ilə saxlanılmış və barəsində İXM-in 342.2.2-ci maddəsi ilə inzibati xəta haqqında prtokol tərtib edilmişdir. Lakin, avtomobilə led işıq quraşdırılıb-quraşdırılmamasını müəyyən etmək xüsusi bilik tələb edən hal olduğu üçün avtomobil ilk növbədə müvəqqəti duracağa yerləşdirilməli, daha sonra texniki müayinədən keçirilməli idi. Yalnız bundan sonra avtomobilə quraşdırılan işığın led işıq olub-olmaması, eyni zamanda şəxs tərəfindən həmin işıqların qəsdən quraşdırılıb-quraşdırılmaması məsələsinə aydınlıq gətirmək mümkün olardı. Buna baxmayaraq, belə araşdırılma aparılmadan 18 yanvar 2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu səbəbdən, inzibati xəta haqqında protokol tərtib edilən zaman ilk öncə tərəfin təqsiri müəyyən edilməli və yaxud əməlin şəxs tərəfindən təqsirli olaraq qəsdən və ya ehtiyatsızlıqdan törətməsi kimi hallar nəzərə alınmalı idi. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X5 barəsində “BMW 320” minik markalı, ** MY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Baş X10 İdarəsinə qaytarılmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına- normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 1211.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə, məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X5 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Baş X10 İdarəsi Xüsusi Tağım Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 16 yanvar 2023-cü il tarixli İXP ******* saylı protokol və onun əsasında qəbul edilmiş 18 yanvar 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-1211/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1211/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver