Məhkəmə qərarları › İş №3(001)-1213/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1213/2023

05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1213/2023 05.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə Şikayətçi X2 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 14 mart 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə şikayətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : X3 Mohammad Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 14 mart 2023-cü il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 14 mart 2023-cü il tarixli, MN ******* saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 575.1.6-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə edilməklə 90 gün ərzində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılması qərara alınmışdır.O, hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 14 mart 2023-cü il tarixli, MN ******* saylı qərarı qanunsuz və əsassızdır.Belə ki, o, İran İslam Respublikasının vətəndaşıdır.O, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qərarı ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin iddia tələbi rədd edilmişdir.Daha sonra, o Bakı İnzibati Məhkəməsinin qərarını götürərək apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti verməsinə baxmayaraq, onu ölkədən xaric etmişdirlər. Həmçinin, o bildirmişdir ki, təyyarə biletini özü almış və cəriməsini də tam ödəmişdir.Belə olan halda o, hesab edir ki, onun ölkəyə girişinə məhdudiyyət qoyulması qanunsuzdur.Eyni zamanda bildirmək istəyir ki, o, Azərbaycanda yaşamaq istəyir və yenidən ticarətlə məşğul olmaq fikri vardır. X3 Mohammad yuxarıda göstərilənləri nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 575.1.6-ci maddəsi ilə nəzərdə tutulmuş 400 manat məbləğində cərimə edilməklə 90 gün ərzində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmasına dair Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin 14 mart 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. X3 Mohammadə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin şikayətçi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən şikayətçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayətə yazılı etirazını təqdim edərək bildirmişdir ki, şikayət əsassız olduğuna görə təmin edilməməli və Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN0539222 saylı inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır.Belə ki, Shaabani Neda Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsində göstərilən əsasla müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir.Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarı ilə onun müraciəti təmin edilməyək müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilmişdir.Sözügedən qərarda onun üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarmaq öhdəliyi qoyulmuşdur.Lakin, Shaabani Neda Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarın ləğv edilərək müvəqqəti yaşamaq üçün icazənin verilməsi öhdəliyinin Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2068/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.Belə ki, İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsinə əsasən ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Shaabani Neda xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarın icrasından yayınaraq 10 gün ərzində ölkə ərazisini tərk etməkdən boyun qaçırdığına görə o, xx.xx.2023-cü il tarixli, MN0539222 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla 400 manat məbləğində cərimə edilmiş və onun ölkə ərazisinə gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır. Məhkəmə işdə iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət əsassız olduğundan rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 575.1.6-ci maddəsinə əsasən ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 14 mart 2023-cü il tarixli, MN ******* saylı qərarına əsasən məlum olur ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.6-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla 400 manat məbləğində cərimə edilmiş və onun ölkə ərazisinə gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 2068/2023 nömrəli qərarına əsasən məlum olur ki,iddiaçı Shaabani Nedanın cavabdeh AR Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin 26 iyul 2022-ci il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılaraq Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 106, 33 saylı mənzilə müvəqqəti qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Shaabani Neda Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsində göstərilən əsasla müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir.Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarı ilə onun müraciəti təmin edilməyək müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilmişdir.Sözügedən qərarda onun üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarmaq öhdəliyi qoyulmuşdur.Lakin, Shaabani Neda Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarın ləğv edilərək müvəqqəti yaşamaq üçün icazənin verilməsi öhdəliyinin Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2068/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.Belə ki, İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsinə əsasən ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Shaabani Neda xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarın icrasından yayınaraq 10 gün ərzində ölkə ərazisini tərk etməkdən boyun qaçırdığına görə o, xx.xx.2023-cü il tarixli, MN0539222 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla əsaslı olaraq 400 manat məbləğində cərimə edilmiş və onun ölkə ərazisinə gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır.Beləliklə, məhkəmə hesab edir ki, X5 Dövlət Miqrasiya Xidməti tərəfindən əsaslı olaraq cərimə edilmişdir və həmin cərimənin məhkəmə qaydasında ləğv edilməsi üçün hüquqi əsaslar mövcud deyil.Həmçinin, məhkəmə baxışı zamanı şikayətçi inzibati xəta törətməməsi barədə heç bir tutarlı sübutu iş materiallarına əlavə etməmişdir.Belə olan halda, məhkəmə hesab edir ki, şikayətçi X2 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 14 mart 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şikayətçi X2 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 14 mart 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar