Məhkəmə qərarları › İş №3(001)-122/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-122/2023

12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-122/2023 12.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X2, şikayət vermiş şəxs X3 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 məhkəməyə müraciət edərək, inzibati qaydada məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarla o, vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi səbəbinə görə barəsində 1500 (min beş yüz) AZN inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Barəsində aparılmış yoxlama zamanı ona vəzifəli şəxs kimi əvvəlcədən heç bir rəsmi bildiriş gəlmədən, aparılmış yoxlamaya dəvət edilmədən, izahatı alınmadan, hüquq və vəzifələri izah edilmədən barəsində əsassız olaraq inzibati tənbeh verilmişdir. Belə ki, "xxxx" MMC-nin direktoru rəsmi olaraq X1 olduğu halda, sözügedən qərar direktor müavini kimi onun barəsində qəbul edilmişdir. Qərar qəbul edilərkən onun vəzifəsi "xxxx" MMC-nin kadrlar üzrə direktor müavini olduğu halda, qərarda direktor müavini kimi qeyd edilmişdir. Bu da X9 Xidməti Bakı şəhər idarəsinin qəbul etdiyi bu qərarda çoxsaylı pozuntu hallarına yol verdiyini sübut edir. Barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol və həmin protokol əsasında qərar qəbul edilərkən həmin inzibati xətanın törədilib- törədilməməsi, əməlində inzibati xəta tərkibinin olub-olmaması, inzibati xəta törətməkdə onun təqsirinin olub-olmaması müəyyən edilməmiş və nəticədə X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən birtərəfli qaydada aparılmış əsassız araşdırma əsasında inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Baş vermiş hadisə tam, obyektiv, hərətəfli araşdırılmadan, vəzifəli şəxs kimi idarəyə çağırılmadan, izahatı alınmadan qərar qəbul edilmişdir. X9 Xidməti Bakı şəhəri idarəsi tərəfindən göndərilən məktub və bildiriş xx.xx.2022-ci il tarixində, sözügedən qərar isə xx.xx.2022-ci il tarixində poçt vasitəsi ilə göndərilərək xx.xx.2022-ci il tarixində yaşadığı ünvana çatdırılmışdır. Bu da bildiriş məktubunun ona daha gec göndərilməsini göstərir və X9 Xidmətinin onun hüquqlarını bilərəkdən pozaraq, birtərəfli araşdırma aparmasını və ona qarşı məqsədli hərəkət etməsini bir daha sübut etmiş olur. Onun əməlində inzibati xəta tərkibinin olmaması, inzibati xəta törətməkdə onun təqsirinin müəyyən edilməməsi, hətta dinlənilmədən və protokola qeydləri yazılmadan X9 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X4 onun barəsində tərtib etdiyi MN ******* nömrəli, xx.xx.2022- ci il tarixli İnzibati tənbeh vermə haqqında qərar qanunvericliyin tələblərinə uyğun deyildir. Bundan başqa xx.xx.2020-ci il tarixindən pandemiya səbəbindən bugünkü günə kimi fəaliyyətləri dayandırmışdır. Hal- hazırda da karantin müddəti xx.xx.2023-cü il tarixə qədər qüvvədə olduğu üçün fəaliyyət göstərmirlər. Belə ki, "xxxx" MMC olaraq Dəmir yolları ilə aralarında bağlanılmış müvafiq müqaviləyə əsasən Dəmir yolunun yataq tipli sərnişin qatarlarında istifadə olunan ağ yataq dəstlərinin yuyulması xidmətinin göstərməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin məlum qərarlarına əsasən dəmir yolu nəqliyyatı ilə yataq tipli sərnişin qatarlarının fəaliyyəti xx.xx.2020-ci ildən başlayaraq bugünkü günə kimi dayandırılmışdır. Bu səbəbdən də həmin qurum üçün ağ yataq dəstlərinin yuyulması xidmətini apara bilməmişlər. Belə olduğu halda, onun vəzifəli şəxs kimi 1500 (min beş yüz) AZN məbləğində cərimə olunmağı məqsədəuyğun, 3 ilə yaxın işləməməyi səbəbi ilə bu cərimənin ödənilməsi maliyyə imkanları baxımından da mümkün olmamışdır. X9 Xidmətinin Bakı şəhər idarəsinin onun barəsində cərimə ilə əlaqədar qərar qəbul edərkən bu amilləri nəzərə almamışdır. "xxxx" MMC-də işləyən işçilərin əksəriyyəti məcburi köçkün, qaçqın, əlillər, aztəminatlı ailələrin üzvlərindən və kiçik bir kollektivdən ibarətdir. Özü də Azərbaycan Respublikasının Müharibə Veteranıdır.Müharibədə yaxından iştirak etmiş, xüsusi xidmətlər olmuş, nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında xx.xx.2022-ci il tarixli müqavilə bağlanılmışdır. "xxxx" MMC-nin 3 ilə yaxın fəaliyyət göstərməsini, hazırki ağır maliyyə vəziyyətini nəzərə alaraq, xx.xx.2022-ci il tarixində aldığım təqaüd hesabına xx.xx.2022-ci il tarixində işçiləri sığortalamışdır. Əgər Bakı şəhər idarəsi vaxtında araşdırmanı onun iştirakı ilə aparmış olsaydı, xx.xx.2022-ci il tarixində işçilərin sığortalanması ilə bağlı müqaviləni təqdim edə bilərdi. Hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X9 Xidməti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli, xx.xx.2022- ci il tarixli qərar əsassız olmuş və ləğv edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X7 şikayət ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X8 bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225.1-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. "xxxx" MMC tərəfindən isə işçiləri sığortalanmamışdır. Həmin sığorta müqavilələri "xxxx" MMC-nin kadrlar üzrə direktor müavini, işəgötürən səlahiyyətlərini yerinə yetirən X7 tərəfindən bağlanmalıdır. Xidmət tərəfindən "xxxx" MMCnin kadrlar üzrə direktor müavini X7 barəsində aparılan icraatla əlaqədar telefonoqram göndərilmiş, həmin telefonoqramı "xxxx" MMC-nin mühasibi X1 tərəfindən qəbul edilmiş, lakin Abbas Quliyev barəsində aparılan icraatda iştirak etməmişdir. Tərəflərindən aparılmış araşdırmanın nəticəsi olaraq, "xxxx" MMC-nin kadrlar üzrə direktor müavini X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, xx.xx.2022-ci il tarixdə inzibati qaydada tənbeh edilmişdir. Ona görə də, məhkəmədən şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli 1BAP0UF000104 nömrəli Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X7 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində kadrlar üzrə direktor müavini vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixli **********1 nömrəli bildirişdən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2022-ci il saat 11:30-a təyin olunmuş və bu barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində "xxxx" MMC-nin direktor müavini X5 məlumat verilmişdir. Poçt göndərişlərinin izlənməsi sistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli **********1 nömrəli bildirişin göndərildiyi SS81650841AZ reyestr nömrəli zərf xx.xx.2022-ci il tarixdə saat 10:41-də "xxxx" MMC-yə çatdırılmışdır. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin kadrlar üzrə direktor müavini X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X7 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən "xxxx" MMCnin kadrlar üzrə direktor müavini X7 barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat zamanı hər tərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən "xxxx" MMC-nin kadrlar üzrə direktor müavini X7 barəsində inzibati xəta haqqında iş üzrə araşdırma aparılan zaman icraat barəsində şəxsin sübutlar təqdim etməsinə, öz fikir və mülahizələrini bildirməsinə və sair hərəkətlərin yerinə yetirilməsinə şərait yaradılmadan cəmiyyətin direktor müavininin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmədən icraat aparılaraq inzibati tənbeh tətbiqetmə haqqında qərar qəbul edilmişdir. Bununla da, şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraatda iştirak edib öz hüquqlarından istifadə edə bilməmişdir. Qeyd olunan halın baş verməsi isə X3 icraatda iştirak etmək, etiraz etmək, icraatla tanış olmaq, hər hansı sübut təqdim etmək və digər bu kimi hüquqlarının pozulması deməkdir ki, bu da öz növbəsində səlahiyyətli vəzifəli şəxsin inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən şəxsi iş materialları ilə lazımi qaydada tanış etməyərək səthi araşdırma aparmaqla onun hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul edilməsini göstərir. Halbuki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X7 barəsində olan inzibati xəta haqqında iş üzrə icraat Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X3 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, onun inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar