Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1222/2024 28.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsi ilə Bakı şəhəri Binəqədi rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında toplanmış materiala məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqnda iş üzrə icraatın başlanması haqqında 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, vəzifəli şəxs Şəxs "xxxx" MMC-də binalarının tikintisi və layihəsi üzrə inşaatçı vəzifəsində işləyərkən xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan 230 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus yeni tikilməkdə olan hündürmərtəbəli yaşayış binasında tikinti işlərinin icrası zamanı texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə olunduğu halda, həmin qaydaları pozmaqla işin təhlükəsiz aparılması üçün müvafiq konstruksiya, maşın və mexanizmlərin tətbiq olunmasını təmin etməməsi nəticəsində ehtiyatsızlıqdan qəlibçi vəzifəsinə işləyən X9 iş yerində yıxılaraq az ağır xəsarət almış bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunanlar X3, Şəxs, X7, X2, X4nun izahatı və toplanmış digər sənədlərlə təsdiq edilir. X9 izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən tikilməkdə olan 4 nömrəli binanın 8-ci mərtəbəsində qəlibləmə işləri aparan zaman təhlükəsizlik kəmərini bağlama kəndir olmadığı üçün döşəmədən 280 sm hündürlükdə yıxılaraq xəsarət almışdır. X8 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə X9 "xxxx" MMC tərəfindən tikilməkdə olan 4 nömrəli binanın 8-ci mərtəbəsindərigerin dəqiqləşdirməsini aparıb bərkitmə işləri aparmışdır. Yəni taxta sütunların üzərinə riger altı taxtalar qoyulmuş, daha sonra həmin taxtalar sütunlara mismarlanmışdır. Qəlibləmə işləri aparan zaman 280 sm hündürlükdə yıxılaraq xəsarət almışdır. Aparılan araşdırma zamanı Şəxs, X13, X1 Nizami Cəmil oğlu ilə eyni məzmunlu izahat vermişlər. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 2165 saylı rəyindən görünür ki, X3 bədənində aşkar olunmuş xəsarətlər xx.xx.2023-cü il tarixdə onun hündürlükdən yıxılaraq yerin bərk səthidə və eləcə də bərk küt əşyalara zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 01 fevral 2024-cü il tarixli 3-16-16/2-10/615 saylı rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan 230 ünvanında inşa edilən 4 nömrəli binanın 8-ci mərtəbəsində döşəmədən 280 sm hündürlükdə qəlib qurulması işinin aparıldığı sahədə əməyin mühafizəsi qaydalarının tələblərinə uyğun iş şəraitinin yaradılmasını, konkret halda işin təhlükəsiz aparılması üçün müvafiq konstruksiya, maşın və mexanizmlərin tətbiq olunmasını təmin etmədiyinə görə, «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 3.1 bəndinin tələbləri xx.xx.2023-cü il tarixli 06 nömrəli əmrə əsasən tikinti sahəsində qəlib- dəmir-beton işlərinin görülməsi zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikasının təşkilinin həyata keçirilməsi sahədə əməyin-təhlükəsiz icra olunmasına nəzarət həvalə edilmiş "xxxx" MMC-də yaşayış binalarının tikintisi və layihəsi üzrə inşaatçı işləyən Şəxs tərəfindən pozulmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Bakı şəhər prokurorluğundan daxil olmuş məlumat əsasında toplanmış material olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Binəqədi rayon prokurorluğunun müstəntiqi, ll dərəcəli hüquqşünas X5 inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 15 fevral 2024-cü il tarixli qərarın məzmununa uyğun çıxış edərək Şəxs İXM-in 198.3-cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs çıxış edərək bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən onun barəsində 22 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-620/2024 saylı qərarı ilə o, İXM-in 198.3-cü maddəsi ilə təqsirli bilinib, 1500 manat cərimə edilmişdir. Bu səbəbdən, onun barəsində başlanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan 230 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilən hündürmərtəbəli binanın 8-ci mərtəbəsidir. xx.xx.2023-cü il tarixli, 2165 nömrəli canlı şəxsin ekspertizasına dair ekspert rəyindən görünür ki, X3 bədənində aşkar olunmuş xəsarətlər xx.xx.2023-cü il tarixdə onun hündürlükdən yıxılaraq yerin bərk səthidə və eləcə də bərk küt əşyalara zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan 230 ünvanında inşa edilən 4 nömrəli binanın 8-ci mərtəbəsində döşəmədən 280 sm hündürlükdə qəlib qurulması işinin aparıldığı sahədə əməyin mühafizəsi qaydalarının tələblərinə uyğun iş şəraitinin yaradılmasını, konkret halda işin təhlükəsiz aparılması üçün müvafiq konstruksiya, maşın və mexanizmlərin tətbiq olunmasını təmin etmədiyinə görə, «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 3.1 bəndinin tələbləri xx.xx.2023-cü il tarixli 06 nömrəli əmrə əsasən tikinti sahəsində qəlib-dəmir-beton işlərinin görülməsi zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikasının təşkilinin həyata keçirilməsinə, sahədə əməyin-təhlükəsiz icra olunmasına nəzarət həvalə edilmiş "xxxx" MMC-də yaşayış binalarının tikintisi və layihəsi üzrə inşaatçı işləyən Şəxs tərəfindən pozulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X3 xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanması CPM-in 39.1.2-ci maddəsinə əsasən yəni əməldə cinayət tərkibi olmaması əsası ilə rədd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-620/2024 saylı qərarından görünür ki, Şəxs İXM-in 198.3-cü maddəsi ilə təqsirli bilinib, 1500 manat cərimə edilmişdir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. İXM-in 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi Şəxs barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən 22 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-620/2024 saylı qərarı ilə o, İXM-in 198.3-cü maddəsi ilə təqsirli bilinib, 1500 manat cərimə edilmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilmişdir. Beləliklə, Şəxs tərəfindən törədilmiş inzibati xəta hadisəsi faktına görə inzibati tənbeh etmək haqqında hakimin ləğv edilməmiş qərarı olduğundan, Şəxs barəsində qəbul edilmiş 15 fevral 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 9, 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında Binəqədi rayon prokuroru tərəfindən qəbul edilmiş 15 fevral 2024-cü il tarixli qərar üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-1222/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1222/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver