Məhkəmə qərarları › İş №3(001)-1223/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1223/2021

19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1223/2021 19.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs barəsində İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş 06.02.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 3(001)- 1223/2021 nömrəli qərarı ilə Şəxs İXM-in 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş 06.02.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmişdir. Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 3(001)-1223/2021 nömrəli qərarından verilmiş apellyasiya şikayəti əsasında inzibati xəta haqqında iş materialı baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16.09.2021-ci il tarixli, 3(103)-2109/2021 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 3(001)- 1223/2021 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, proses iştirakçıları məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: DİN-nin DYP portal çıxarışından və SS650580600AZ kodlu Bakı şəhər Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən Şəxsnə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, Şəxsnə mülkiyyətində olan “Hyundai HD72” yük markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş fiziki şəxs barədə məlumat verilməsinin xahiş olunmasına dair Bakı şəhər Binəqədi RPİ-nin DYPŞ tərəfindən sorğu verilmiş və həmin sorğu 25.01.2021-ci il tarixdə Bəkirov soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. 06.02.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25.01.2021-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumat vermədiyindən barəsində İXM-in 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs direktoru Orxan Allahverdiyev tərəfindən məhkəməyə verilmiş 01.04.2021-ci il tarixli ərizədən görünür ki, Bakı şəhər Binəqədi RPİ-nin DYPŞ tərəfindən gönrəilmiş sorğular müəssisənin köhnə əməkdaşı X2 tərəfindən qəbul edilmişdir. X1 23.01.2021-ci il tarixli ərizəsi əsasında sonuncu ilə cəmiyyət arasında olan əmək müqaviləsinə 25.01.2021-ci il tarixdə xitam verilmişdir. Həmin şəxs işdən ayrılması ilə əlaqədar əmək funksiyalarından irəli gələn öhdəliklərə qeyri-ciddi yanaşmış, Bakı şəhər Binəqədi RPİ-nin DYPŞ-dən gəlmiş sorğuları qəbul etməsinə baxmayaraq, müvafiq struktur bölmələrinə təqdim etməmişdir. Bu səbəbdən də belə bir vəziyyət yaranmışdır. Şəxs direktoru Orxan Allahverdiyev tərəfindən məhkəməyə verilmiş ərizə və ona əlavə edilmiş siyahılardan görünür ki, həmin siyahılar 17.11.2020-ci il tarixdən 31.12.2020ci il tarixədək, 10.09.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək, 01.03.2021-ci il tarixdən 31.12.2021-ci il tarixədək olan dövrləri əhatə etməklə Şəxs balansında olan avtomobillərin sürücüləri barədə məlumatlardan ibarətdir. Qeyd olunan ilk iki siyahıya “Binəqədi RPİ X4 şöbəsi” qeydi olan ştamp vurulmuş və “P.Allahverdiyev” adlı şəxs tərəfindən 11.09.2020-ci il və 17.11.2020-ci il tarixlərdə qəbul edilmişdir. Lakin 01.03.2021-ci il tarixdən 31.12.2021ci il tarixədək olan dövrü əhatə edən siyahıda isə həmin siyahının Binəqədi RPİ X4 şöbəsi tərəfindən qəbul edilməsinə dair hər hansı sübut yoxdur. Məhkəmə, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, toplanmış iş materialları ilə Şəxs İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən “Hyundai HD72” yük markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs barəsində verilmiş sorğu 25 yanvar 2021-ci il tarixdə alınmasına baxmayaraq, cəmiyyət şəxs barəsində olan məlumatı 5 gün müddətində səlahiyyətli orqana verməmişdir. Həmçinin müəyyən edilmişdir ki, Şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədə də cəmiyyətin Bakı şəhər Binəqədi RPİ-nin DYPŞ tərəfindən onun ünvanına göndərilmiş sorğu tərəflərindən qəbul edilmiş lakin daxili məsələlərə görə qeyd olunan sorğuya cavab verilməmişdir. Qeyd edilməlidir ki, İXM-in 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, qanunvericilik İXM-in 347-ci maddəsi ilə olan inzibati xətanı yalnız səlahiyyətli orqanın sorğusunun daxil olduğu, yəni alındığı vaxtdan 5 gün müddətində vəzifəli şəxs tərəfindən sorğu verənə göndərilməməsinə görə nəzərdə tutmuşdur. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu zaman sorğuya əvvəlcədən məlumat verilməsi və ya sorğuya hər hansı üzrlü səbəbdən cavab verilməməsi kimi hallar şəxsi sözügedən inzibati xətadan azad edə bilmir. Çünki qanunvericiliyik, İXM-in 347-ci maddəsinin dispozisiyasında konkret olaraq şəxsin müvafiq orqandan daxil olmuş sorğunu aldığı gündən 5 gün müddətində cavab verməməsi halında sözügedən inzibati xətanı törətmiş olması kimi nəzərdə tutulmuş və həmin maddənin dispozisiyasında başqa hal nəzərdə tutulmamışdır. Ona görə də, məhkəmə göstərilənləri və qanunvericiliyin tələblərini rəhbər tutaraq, Şəxs barəsində İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun əsaslı olması səbəbindən cəmiyyətin həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs hüquqi şəxs qismində İXM-in 347-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar