Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1228/2023 29.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu Hüquqi şəxs olan Bakı Şəhər İcra Hakimiyyəti Baytarlıq idarəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixdə tərtib edilmiş İXP ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olmuş, protokol düzgün tərtib edilməmişdir. Belə ki, protokolda Bakı Şəhər İcra Hakimiyyəti Baytarlıq idarəsinin faktiki ünvanı heç bir əsas göstərilmədən ünvan 2kəmə tərəfindən iş materialları nəzərdən keçirilən zaman Bakı Şəhər İcra Hakimiyyəti Baytarlıq idarəsinin faktiki ünvanının Binəqədi rayonu ərazisində yerləşdiyi öz təsdiqini tapmamış, bununla bağlı hər hansı sübut iş materiallarında mövcud olmamışdır. Bundan başqa iş materiallarına əsasən (vergi ödəyicilərinin məlumatları barədə çıxarış) hüquqi şəxs olan Bakı Şəhər İcra Hakimiyyəti Baytarlıq idarəsinin hüquqi ünvanı ünvan 5 tərtib edilmiş protokolun Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli 3-13-53/2-13814/2023 saylı məktubda həmin məktubun surətinin idarənin ünvan 6 ünvanına göndərilməsi qeyd edilmişdir. Göründüyü kimi idarənin hüquqi ünvanını təsdiq edən kifayət qədər sübut olsa da, faktiki ünvanı təsdiq edən heç bir sübut əlavə edilməmiş, sadəcə protokolda əlyazma ilə “faktiki ünvan: Binəqədi rayonu, Ağababa 117” sözləri qeyd edilmişdir. Halbu ki, həmin protokolda hüquqi ünavn Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev 4 olaraq göstərilmişdir. Həmin inzibati tənbeh qərarı İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi ilə əlaqədar olduğundan, bu cür inzibati xəta hərəkətsizliklə törədilir. Buna görə də sözügedən inzibati xəta hüquqi şəxsin hüquqi ünvanı üzrə törədilmiş olur. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xətalar iki qrupa bölünür: formal və maddi tərkibli xətalar. Formal tərkibli inzibati xətanın obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli inzibati xətalar qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir və məsuliyyətə cəlb etmək üçün ödənilməməsi və ya ödənilməli olan gömrük ödənişlərinin məbləğinin azaldılması və s. kimi mənfi nəticələrin baş verməsi mütləq deyil. Maddi tərkibli inzibati xətalarda isə xətanın obyektiv cəhətinə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən zərərli nəticə də daxil edilir. Maddi tərkibli inzibati xətalar üzrə məsuliyyətin yaranması üçün zərərli nəticənin baş verməsi tələb olunur və belə inzibati xəta tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır. Bu baxımdan ilkin olaraq inzibati hüquq pozuntusunun (hərəkət və ya hərəkətsizliyin) başa çatdığı vaxt, daha sonra baş verdiyi yer müəyyən edilməlidir. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Göstərilənlərə əsasən də inzibati xətanın törədildiyi yer hüquqi şəxsin həmin hüquqi ünvanı hesab edilir. Yəni protokolda göstərilən həmin inzibati xəta hərəkətsizliklə törədildiyindən, bu cür inzibati xəta hüquqi şəxsin hüquqi ünvanı üzrə törədilmiş olur. Bu səbəbdən də protokolda hüquqi şəxsin hüquqi ünvanı ünvan 8 kimi qeyd edilən Binəqədi rayonu, Ağababa küçəsi 117 kimi göstərilməsini təsdiq edən hər hansı sübut yoxdur. Qeyd edilənlərə əsasən hüquqi şəxsin hüquqi ünvanı düzgün müəyyən edilməli, həmin ünvana sorğu göndərilməli, sorğunun hüquqi şəxsə rəsmi qaydada çatdırılması təsdiq edilməli, həmin sorğuya 5 gün ərzində cavab verilmə müddəti gözlənilməli, həmçinin sorğuya cavabın poçt vasitəsilə göndərilməsi halında həmin cavabın poçt xidmətinə 5 gün ərzində təhvil veridiyi təqdirdə, poçt xidmətinin həmin cavabın DYP-yə çatdırması üçün ağlabatan müddət gözlənilməli, bütün bu tələblərə əməl edildikdən sonra, əgər sorğuya cavab verilmədiyi təqdirdə, həmin hüquqi şəxs barədə İXM-nin 347-ci maddəsi ilə protokol tərtib edilə bilər. Həmin protokol hüquqi şəxsin hüquqi ünvanı üzrə rayon məhkəməsində baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Protokola əlavə edimiş "xxxx" MMC tərəfindən verilən xəbərnamədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Baytarlıq İdarəsinə xx.xx.2023-cü il tarixdə göndərilmiş HQ 924742 nömrəli sorğu Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev 4 ünvanına göndərilmiş və xx.xx.2023-cü il tarixdə etibarnamə üzrə “Səfərov E.” kimi qeyd edilən şəxsə təhvil verilmişdir. Lakin həmin məktubun göndərilməsinin izlənməsi üçün https://www.azerpost.az/az/tracking/ saytına baxış keçirilərkən SS819306029AZ tranzaksiya nömrəli həmin məktubun xx.xx.2023-cü il tarixdə saat 10:01-də mübadilə məntəqəsinə daxil olduğu, həmin gün saat 18:13-də “çatdırma cəhdi uğursuz olub, səbəb: Başqa Göndəriş göndəriciyə qaytarılıb” qeydi ilə geri qaytarıldığı, xx.xx.2023-cü il tarixdə saat 17:20-də məktubu göndərmiş Yasamal rayon Polis İdarəsinə çatdırıldığı, “Abbasov” adlı şəxs tərəfindən təhvil alındığı müəyyın edilmişdir. Göründüyü kimi həmin bildiriş hüquqi şəxsin ünvanına çatdırılmadan geri qaytarılmış, polis orqanı tərəfindən işə əlavə edilmiş poçt qəbzində isə qeyd edilənlər dəyişdirilmişdir. Yəni xx.xx.2023-cü il tarixli sorğunun poçta təqdim edilməsi tarixi xx.xx.2023-cü il tarix qeyd edilməsinə baxmayaraq, həmin göndərişin xx.xx.2023-cü il tarixdə “Səfərov E.” kimi qeyd edilən şəxs tərəfindən qəbul edilməsi mümkün deyildir. Ümumiyyətlə qeyd edilən sorğu xx.xx.2023-cü il tarixdə onu göndərən Yasamal Polis İdarəsinə geri qaytarılmasına, polis orqanı tərəfindən həmin sorğunun ona qaytarılmasından məlumatlı olmasına baxmayaraq qeyd edilən protokol 21 gün sonra, yəni xx.xx.2023-cü il tarixli 3-13-53/2-13814/2023 saylı məktubla Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Belə olan halda protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalı və daha sonra səlahiyyətli məhkəməyə təqdim etməlidir. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Bakı Şəhər İcra Hakimiyyəti Baytarlıq idarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-1228/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1228/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver