Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-123/2021 04.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsindən daxil olmuş qərarın qanuniliyinin yoxlanılmasına dair işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru X1 rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Süleyman Qəşəmlinin ünvan 1 ünvanında yaşayan “Vüsal” adlı şəxslərin narkotik vasitələrin və psixatrop maddələrin istifadə etməsi barədə əməliyyat məlumatının yoxlanması və həmin şəxsin cinayət əməlinin ifşa edilməsi barədə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi dair qərarının qanuniliyinin yoxlanılması ilə əlaqədar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Süleyman Qəşəmli tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli “Təxirə salınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan «Vüsal” adlı şəxslərin narkotik vasitələrin və psixatrop maddələrin istifadə etməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. «Vüsal” adlı şəxsin təhqiqat üsulları ilə ifşa edilməsi qeyri-mümkün olduğundan onun cinayət başında yaxalanması üçün ƏAF haqqında qanunla nəzərdə tutulmuş bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarından göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hakim məhkəməyə qədər mərhələdə məhkəmə nəzarətini həyata keçirən zaman aşağıdakı səlahiyyətlərə malikdir: - əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə vermək və tədbirin keçirilməsinə dair qaldırılan vəsatəti təmin etmək və ya etməmək; - şəxsin konstitusiya hüquq və azadlıqlarının qanuni məhdudlaşdırılması haqqında qərarın qüvvədə olma müddətini uzatmaq; - əməliyyat-axtarış tədbirinin keçirilməsinin əsaslarına dair əlavə materialları tələb etmək; - hüquq və azadlığı məhdudlaşdırılan şəxsi dinləmək və ehtiyac olduğu halda (əməliyyat-axtarış tədbirlərinin gizli və ya aşkar keçirilməsindən asılı olaraq) ərizəçini ona qarşı aparılan əməliyyat-axtarış tədbirlərinin səbəbləri haqqında məlumatlandırmaq; - şəxsin konstitusiya hüquq və azadlıqlarının təminatı məqsədi ilə digər tədbirlər görmək. Nəzərə alınmalıdır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə, keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafiq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-in 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir: - CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər; - əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPMin tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb yuxarıda qeyd olunan tələbləri rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Süleyman Qəşəmli tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli “Təxirə salınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar qanuni hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 137, 445, 448-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R V E R D İ M: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Süleyman Qəşəmli tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli “Təxirə salınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar qanuni hesab edilsin. Qərardan 3 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-123/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-123/2021
04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver