Məhkəmə qərarları › İş №3(001)-123/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-123/2023

17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-123/2023 17.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən Serhat Karaisin vəkili Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Vəkil, Qərarından şikayət verilən orqanın - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Serhat Karaisin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Serhat Karais Azərbaycan Respublikası İXM-in 575.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 400 (dörd yüz) manat miqdarında cərimə edilmişdir. Serhat Karais həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasında şikayət verən Serhat Karaisin vəkili Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Vəkil şikayəti onunla əsaslandırmışdır ki, Serhat Karais ölkəyə qanunsuz giriş etməmiş, qanunsuz yaşamamışdır. Miqrasiya Xidməti heç bir əsas gətirmədən onu inzibati qaydada tənbeh etmişdir. Həmin qərar qanunsuz olduğundan şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Serhat Karaisin Azərbaycan Respublikası İXM-in 575.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 400 (dörd yüz) manat miqdarında cərimə edilməsinə dair qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X2 şikayəti əsassız hesab edərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən Serhat Karaisin Azərbaycan Respublikasında yaşama hüququ verən sənəd olmadan yaşamaşı müəyyən edildiyindən onun barəsində xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında o, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-in 575.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 400 (dörd yüz) manat miqdarında cərimə edilmişdir. Araşdırma zamanı verdiyi izahatında Serhat Karais inzibati xəta törətdiyini etiraf etmiş, xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasında yaşama hüququ verən sənəd olmadan yaşamaşını təsdiq etmişdir. Qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin vəkilini, qərarından şikayət verilmiş orqanın nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı X4 tərəfindən tərtib edilmiş MN № ******* nömrəli xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdən Serhat Karaisin Azərbaycan Respublikasında yaşama hüququ verən sənəd olmadan yaşamaşı müəyyən edildiyindən onun barəsində Azərbaycan Respublikası İXM-in 575.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. MN seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Serhat Karaisin xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasında yaşama hüququ verən sənəd olmadan yaşamaşı müəyyən edildiyindən o, Azərbaycan Respublikası İXM-in 575.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 400 (dörd yüz) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 575.1-ci maddəsinə görə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni: 575.1.1. Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayət verən şəxs Serhat Karaisə istinad edilən inzibati xətaya inzibatixətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 575.1.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, Serhat Karaisin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D I: Serhat Karaisin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar