Məhkəmə qərarları › İş №3(001)-1236/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1236/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1236/2023 10.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlu sədrliyi X3 iclas katibliyi ilə, xx.xx.1986-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Şamaxı rayonu, Şamaxı şəhərində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə İXMnin) 567.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola əsasən müəyyən edilir ki, ünvan 1 ünvanda yaşayan Şəxs vətəndaş X2 məxsus şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini girov saxlamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan fiziki şəxsə və Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər.Buna görə də, İXM-nin 112.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Protokola və ona əlavə edilmiş materialları araşdırılaraq Şəxs İXM-nin 567.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan vətəndaş X1 izahatına əsasən məlum olur ki, o, xx.xx.2022-ci il tarixdə Şəxs “Mercedes A class” markalı maşını 2 000 ödəməklə aylıq 470 manat olmaqla razılaşıb almışdır.Maşın alan zaman Şəxs maşının sürət qutusunu düzəldəcəyini bildirmişdir.Lakin 10 gün içində maşının mühərriki sıradan çıxmış, o, Şəxs zəng edərək maşını qaytarmaq istədiyini bildirmiş, Şəxs isə onu və ailəsini təhqir etmişdir.Eyni zamanda o bildirmişdir ki, onlar Baş Dövlət Yol Polis İdarəsində görüşən zaman Şəxs onun şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsini götürərək bildirmişdir ki, yeni etibarnamə almaq və yeni ödəniş cədvəli qurmaq üçün ona lazımdır. C.Bayramova ona inanaraq şəxsiyyət və sürücülük vəsiqələrini ona vermişdir. Daha sonra C.Bayramova ona zəng edərək vəsiqələrini geri qaytarmasını tələb etmişdir. Lakin Şəxs isə ödəniş edilmədiyi halda vəsiqələrini ona qaytarmayacağını bildirərək özündə girov saxlamışdır. İş materiallarında olan vətəndaş Şəxs izahatına əsasən məlum olur ki, o, özünə məxsus “Mercedes ” markalı maşınını Ceyran Bayramova satmışdır. Satan zaman ona bildirmişdir ki, maşının sürət qutusunda texniki nasazlıq vardır, onu düzəltdirəcəyinə söz vermişdir.O, maşının nasaz olan hissəsini təmir etdirmişdir. O, maşını satan zaman C.Bayramovaya ilkin ödəniş kimi 2000 manat, qalan məbləği isə hissə-hissə ayda 470 manat ödəməklə satacağını bildirmişdir.Lakin C.Bayramova isə nağd pulu olmadığını, ilkin ödəniş edə bilməyəcəyini bildirmişdir.O,ilkin ödəniş almadan maşını C.Bayramovaya vermişdir.Ceyran Bayramova ona nə ilkin ödəniş etmiş, nə də ki ona aylıq ödəniş etmişdir.İki aydır ki, maşın C.Bayramovadadır, lakin o, iki ayda cəmi yüz manat pul ödəmişdir. X4 idarəciliyində olan müddətdə yararsız hala düşmüşdür.Onlar maşının pulu ödəmədiklərinə görə o, Ceyran Bayramova məxsus şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini özündə saxalmışdır.Halhazırda, X2 məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi ondadır və maşını qaytardıqları təqdirdə o, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsini C.Bayramovaya qaytaracaqdır. İş materillarında olan xx.xx.2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs vətəndaş X2 məxsus şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini girov saxlamışdır. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda müvafiq icra hakimiyyəti orqanı, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti çağırışçının (kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq hərbi xidmət başa çatanadək saxlamaq və sonra sahibinə qaytarmaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Barəsində həbs, ev dustaqlığı və ya girov qətimkan tədbirləri seçilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilmiş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqanlar və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. Göstərilən əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə və ya onun qanuni nümayəndəsinə, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsə qaytarılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən bu Qanunun tələblərinə zidd olaraq şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsində, onun verilməsi üçün vətəndaşdan, qanuni nümayəndəsindən, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsdən nəzərdə tutulmayan sənədlər tələb edilməsində və ya şəxsiyyət vəsiqəsinin verilməsində (dəyişdirilməsində), vəsiqənin elektron daşıyıcısındakı məlumatların dəyişdirilməsində süründürməçilik edilməsində, habelə şəxsiyyət vəsiqəsinin oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 567.1-ci maddəsinə əsasən vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya pasportlarının verilməsindən (dəyişdirilməsindən) əsassız imtina edilməsinə, verilməsi (dəyişdirilməsi) üçün qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onların verilməsində (dəyişdirilməsində), habelə vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısındakı məlumatların dəyişdirilməsində süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, təqdim olunmuş materialları təhlil edərək belə nəticəyə gəlmək olar ki, Şəxs vətəndaş X2 məxsus şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini qanunsuz olaraq özündə saxlamaqla inzibati xəta törətmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə onun məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 567.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum məbləğdə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 567.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar