Məhkəmə qərarları › İş №3(001)-1238/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1238/2022

19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1238/2022 19.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 13.03.2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 13.03.2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Nəqliyyat Agentliyinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Bakı Nəqliyyat Agentliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 ərizə ilə müraciət edərək, şikayətə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 ərizəsi təmin edilməli, X1 inzibati tənbeh edilməsinə dair Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 13.03.2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: X1 ərizəsi təmin edilsin. X1 inzibati tənbeh edilməsinə dair Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 13.03.2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar