Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-124/2023 13.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi ilə, Karais Serhatın vəkili Vəkil Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakları ilə Karais Serhatın vəkili Vəkil inzibati xəta haqında iş üzrə qərardan verdiyi şikayətə dair inzibati işə baxaraq, MÜƏYYƏN ETDİ: Karais Serhatın vəkili Vəkil tərəfindən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin şöbə rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmişdir. Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 qeyd etmişdir ki, əcnəbi vətəndaşın Azərbaycan Respublikasında sonuncu yaşayış yeri ünvan 1 ünvanı olmuşdur. Qeyd edilən səbəbə görə hazırki şikayətə Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Karais Serhatın vəkili hüquqlarını müdafiə etdiyi şəxsin sonuncu yaşayış yeri barədə məlumatı olmadığını, ona verilmiş şifahi məlumatda şikayətin Binəqədi rayon məhkəməsinə aid olduğunu bildirmişdir. Hüquqlarını müdafiə etdiyi şəxsin sonuncu yaşayış yeri barədə hazırki məhkəmə iclasında məlumatı olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayətə Karais Serhatın yaşayış yeri üzrə rayon məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Karais Serhatın sonuncu yaşayış yeri ünvan 1 ünvanıdır. İXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İXM-in 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 118, 129-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Karais Serhatın vəkili Vəkil tərəfindən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin şöbə rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti üzrə iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-124/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-124/2023
13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver