Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1243/2022 04.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin 08.04.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə şikayətə Binəqədi Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin 22.02.2022-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş 08.04.2022-ci il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, Bakı şəhər X9 idarəsi tərəfindən idarə etdiyi “PORSCHE CAYENNE” markalı, “10NJ100” dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 22.02.2022-ci ii tarixində, saat 10:25 radələrində Bakı şəhəri, Mehdi Abbasov küçəsi 111 ərazisində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə əsası ilə barəsində protokol tərtib edilmişdir.Həmin protokol əsassız olaraq tərtib edildiyindən Azərbaycan Respublikası Baş X9 idarəsinin elektron portalı vasitəsi ilə şikayət vermişdir.Lakin həmin şikayəti əsassız olaraq təmin edilməmiş və barəsində 08.04.2022-ci il tarixli TP4951044 №-li qərar tərtib edilmişdir.Həmin qərara əsasən, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində qeyd olunan inzibati xətanı törətməyi qeyd edilmişdir və buna müvafiq olaraq da 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq ediımişdir.Halbuki, müvafiq inzibati xəta ilə bağlı barəsində protokol tərtib edilərkən DYP-nin əməkdaşları tərəfindən protokolun tərtib edilməsinə əsas olan sübutedici vasitələr ona təqdim edilməmiş, sadəcə olaraq, şifahi formada açıqlama edilmişdir.Sübutedici vasitələrlə bağlı DYP-nin əməkdaşlarına etdiyi müraciətlər isə cavabsız qalmışdır. X2 yuxarıda göstərilənlərini rəhbər tutaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin 08.04.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin şikayətçi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən şikayətçi və İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş AR DİN-nin Baş X10 İdarəsinin 08.04.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, X4 22.02.2022-ci il tarixdə, saat 10.25-də “PORSCHE CAYENNE” markalı, “**-NJ-***” dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin 08.04.2022-ci il tarixli, TP ******* saylı qərarına əsasən məlum olur ki, X4 22.02.2022-ci il tarixdə, saat 10.25-də “PORSCHE CAYENNE” markalı, “**-NJ-***” dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir.Şikayətçi inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəməyə gələrək təqdim etməmişdir.Belə olan halda, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş Baş X10 İdarəsinin 08.04.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin 08.04.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1243/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1243/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver