Məhkəmə qərarları › İş №3(001)-1247/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1247/2021

10.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1247/2021 10.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi, X6 Vahid oğlunun iştirakı ilə, X1 Bakı şəhər DYPİ-nin Yol Patrul Xidmətinin baş inspektoru, polis leytenantı X7 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər DYPİ-nin Yol Patrul Xidmətinin baş inspektoru, polis leytenantı X7 tərəindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixində istifadəsində olan ** SX *** dövlət qeydiyyat nişanl, “Mercedes A 150” markalı minik avtomobillə Bakı şəhəri, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində hərəkətdə olarkən həmin istiqamətdə quraşdırılmış karantin postunda AR DİN-nin Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən salanılaraq karantin dövründə hərəkət etmək icazəsinin olub olmaması yoxlanılmışdır. O, həmin əməkdaşa rəsmi iş yerinin olduğunu və bununla əlaqədarda onun adının icaze.e-gov.az saytında yerləşdirildiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı onun şəxsiyyət vəsiqəsini alaraq adının icaze.e-gov.az saytında olub-olmamasını yoxlamış, lakin bir neçə dəfə cəhd etsə də, internetde yaranan problemlərlə əlaqədar texniki səbəblərdən adını həmin sistemdə yoxlaya bilməmiş, lakin buna baxmayaraq, heç bir əsas olmadan onun barəsində AR İXMnin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. O, polis əməkdaşına israrla onun barəsində olan məlumatları yenidən yoxlanılmasını xahiş etsə də, polis əməkdaşı əsassız olaraq bunu etməkdən yayınmış və onun barəsində qeyri – qanuni olaraq 200 manat məbləğində cərimə cəzasını tətbiq olunmasına protokol tərtib etmişdir. AR İXM-nin 53-cü maddəsinə görə hər hansı bir əməldə inzibati xəta haqqında işin materiallarının ətraflı araşdırmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdirsə, onda məhkəmə tərəfindən həmin şəxsin qəbul etdiyi inzibati xəta haqqında qərar ləğv edilir.O, rəsmi olaraq dönərxanada kuryer vəzifəsində çalışır və bununla əlaqədarda icaze.e-gov.az saytında adını yerləşdirərəkən karantin dövründə sərbəst hərəkət etməyi üçün rəsmi icazə alınmışdır. belə ki, onun əməlində AR İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri yoxdur. O,yuxarıda göstərilənlərə əsasən AR İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq, Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin baş inspektoru, polis leytenantı X7 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokol və protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 şikayətdə göstərilənləri nəzərə alaraq Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin baş inspektoru, polis leytenantı X7 tərəindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokoldan və protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Bakı şəhəri Bakı şəhər DYPİ Yol Patrul Xidmətinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin baş inspektoru, polis leytenantı X7 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokola əsasən məlum olur ki, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə karantin rejimlərinin pozulması ilə bağlı ona inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilmişdir. İş materiallarında olan Elektron Hökumətin İnkişafı Mərkəzinin icaze.e-gov.az saytında olan Dönərxanada kuryer vəzifəsində işləyən X8 oğlu barəsində məlumatdan görünür ki, 32CA3UQ Fin nömrəli, AZE 16368465 seriyalı şəxsiyyət vəsiqəsi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ölkə ərazisi üzrə xidməti icazəsi olmuşdur. Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət təmin olunmalıdır.Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinin tərkibi olmamışdır.Belə ki, Dönərxanada kuryer vəzifəsində işləyən X8 oğlu barəsində məlumatdan görünür ki, 32CA3UQ Fin nömrəli, AZE 16368465 seriyalı şəxsiyyət vəsiqəsi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ölkə ərazisi üzrə xidməti icazəsi olmuşdur.Belə olan halda, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X8 oğlunun Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə cərimələnməsi barədə Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin baş inspektoru, polis leytenantı X7 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin baş inspektoru, polis leytenantı X7 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim:Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar