Məhkəmə qərarları › İş №3(001)-1248/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1248/2022

19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1248/2022 19.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Saday oğlunun iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Ermənistan Quqark rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Saday oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs Saday oğlunun İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 19.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X5 izahat verərək bildirmişdir ki, Göygöl Rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli, 2(066)- 1780/2018 nömrəli icra qətnaməsinə əsasən 03 may 2013-cü il təvəllüdlü X1 və 22 oktyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 31 oktyabr 2018-ci il tarixdən başlayaraq cavabdeh Şəxs Saday oğlundan hər ay hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat, cəmi isə 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Bundan sonra X4 müraciəti əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.02.2021-ci tarixli, 2(001)-1222/2021 nömrəli qətnaməsi ilə Göygöl Rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli, 2(066)-1780/2018 nömrəli qətnaməsi üzrə müəyyən edilmiş alimentin miqdarı artırılmış, 22 oktyabr 2011-ci il təvəllüdlü X2 və 03 may 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs Saday oğlundan hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. Şəxs Saday oğlu icra sənədi üzrə aliment borcunu bu günə kimi tam icra etməmiş və nəticədə 9300 (doqquz min üç yüz) manat aliment borcu yaranmışdır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsi üçün Şəxs Saday oğlunun yaşadığı ünvana baxış keçirilmiş, baxış keçirilən zaman sonuncunun orada yaşamadığı müəyyən edilmişdir. Bundan sonra Şəxs Saday oğlu icra sənədi üzrə olan borcunu icra etməsi üçün barəsində axtarış elan edilmiş və sonuncu bu gün polis əməkdaşları tərəfindən saxlanılaraq ona təqdim edilmişdir. Şəxs Saday icra sənədi üzrə aliment borcunu icra etmədiyi və icra məmurunun qanuni tələblərinin yerinə yetirilmədiyi üçün barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs Saday oğlunun inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Saday oğlu izahat verərək bildirmişdir ki, Göygöl Rayon Məhkəməsinin qətnaməsinə əsasən 03 may 2013-cü il təvəllüdlü X1 və 22 oktyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 31 oktyabr 2018-ci il tarixdən başlayaraq ondan hər ay hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat, cəmi isə 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Bundan sonra X4 müraciəti əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə Göygöl Rayon Məhkəməsinin qətnaməsi üzrə müəyyən edilmiş alimentin miqdarı artırılmış və uşaq üçün 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. İcra sənədi üzrə bu günə kimi aliment borcunu tam ödəyə bilməməsinə səbəb maddi imkanının olmamasıdır. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək bildirmişdir ki, Göygöl Rayon Məhkəməsinin qətnaməsinə əsasən 03 may 2013-cü il təvəllüdlü X1 və 22 oktyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 31 oktyabr 2018-ci il tarixdən başlayaraq cavabdeh Şəxs Saday oğlundan hər ay hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat, cəmi isə 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Bundan sonra onun müraciəti əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə Göygöl Rayon Məhkəməsinin qətnaməsi üzrə müəyyən edilmiş alimentin miqdarı artırılmış və hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Şəxs Saday oğlu icra sənədi üzrə borcunu tam icra etmədiyindən hazırki günə ona 9300 (doqquz min üç yüz) manat aliment borcu var. O, Şəxs Saday oğlundan borcunu tələb edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən Şəxs Saday oğlunun inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Göygöl Rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli, 2(066)-1780/2018 nömrəli qətnaməsinə əsasən 03 may 2013-cü il təvəllüdlü X1 və 22 oktyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 31 oktyabr 2018-ci il tarixdən başlayaraq cavabdeh Şəxs Saday oğlundan hər ay hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat, cəmi isə 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.02.2021-ci tarixli, 2(001)-1222/2021 nömrəli qətnaməsi ilə Göygöl Rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli, 2(066)- 1780/2018 nömrəli qətnaməsi üzrə müəyyən edilmiş alimentin miqdarı artırılmış, 22 oktyabr 2011-ci il təvəllüdlü X2 və 03 may 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs Saday oğlundan hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. 08.02.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs Saday oğlu barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. 19.04.2022-ci il tarixli icra işlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Göygöl Rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli, 2(066)- 1780/2018 nömrəli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.02.2021-ci tarixli, 2(001)-1222/2021 nömrəli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. 19.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Saday oğlu tələbkar X6 Göygöl Rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli, 2(066)-1780/2018 nömrəli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.02.2021-ci tarixli, 2(001)-1222/2021 nömrəli icra sənədləri üzrə olan borcu ödəməmişdir. Nəticədə Şəxs Saday oğlu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Saday oğlu barəsində İXM-in 528.1ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cinoyev X7 Rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli, 2(066)-1780/2018 nömrəli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.02.2021-ci tarixli, 2(001)- 1222/2021 nömrəli icra sənədləri üzrə müəyyən edilmiş borcunu ödəməyərək sözügedən icra sənədlərini icra etməmiş və aliment borcunu maddi imkanının olmadığına görə ödəmədiyini bildirmişdir. Lakin məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs Saday oğlunun İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs Saday oğlunun səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs Saday oğlunun əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs Saday oğlunun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs Saday oğlu İXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona inzibati həbs növündə inzibati tənbehin təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Saday oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 19 aprel 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının p İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar