Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1249/2022 19.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı X11, Zərərçəkmiş şəxs X5, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xxxxxxx FİN-ə malik olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi tərəfindən 18.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolu tərtib etmiş şəxs X15 oğlu məhkəməyə verdiyi izahatında qeyd etmişdir ki, X1 RPİ-nin 6-cı polis bölməsinə ərizə ilə müraciə edərək 13.02.2022-ci il tarixdə Biləcəri qəsəbəsi, “Ağ Saray” şadlıq sarayının yaxınlığında yaşayan Fərman adlı şəxsdən Biləcəri qəsəbəsi, dəmir yolunun yaxınlığında avtomobil ehtiyat hissələri almaq üçün 700 manat pul vermiş, sonuncu 350 manat dəyərində məhsulu verməyərək dələduzluq etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13.03.2022-ci il tarixli qərar qəbul olunduqdan sonra Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, 6 aya yaxındır ki, işlənmiş avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olur. O, şikayətçi X6 müştəri kimi tanımışdır. R.Salamov onun iş yerinə gələrək ondan “Mercedes” markalı avtomobil üçün işlənmiş ehtiyat hissələri almış, ona 700 manat pul vermişdir. Həmin pulun muqabilində ona 450 manat dəyərində ehtiyat hissələri vermişdir. Qalan ehitiyat hissələrinidə bir neçə günə verəcəyini bildirmişdir. Lakin, həmin ehtiyat hissələrini tapıb verə bilməmişdir. O, X2 versə də onun pulunu qaytara bilməmişdir. Hazırda isə 150 manat ödəniş edə bilər. Ona görə də, məhkəmədən səmimi peşmançılığını və əməlini etiraf etməsini nəzərə almaqla barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X10 məhkəmə iclasında izahatında qeyd etmişdir ki, 13.02.2022-ci il tarixdə Biləcəri qəsəbəsi, “Ağ Saray” şadlıq sarayının yaxınlığında yaşayan Şəxs Biləcəri qəsəbəsi, dəmir yolunun yaxınlığında avtomobil ehtiyat hissələri almaq üçün 750 manat pul vermişdir. Bunun müqabilində verilmiş ehtiyat hissələri isə xarab vəziyyətdə olmuşdur. Sonradan həmin şəxs onun telefon zənglərini açmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ona dəymiş zərərdən cəmi 200 manat pul vermişdir. Deyilənlərin nəzərə alınaraq məhkəmədən X3 inzibati qaydada həbs olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil məhkəməyə verdiyi izahatında bildirmişdir ki, məhkəmədən Şəxs səmimi peşmançılığını və əməlini etiraf etməsini nəzərə almaqla onun barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13.03.2022-ci il tarixli qərardan görünür ki, ünvan 2 ünvanında yaşayan X10 03.03.2022-ci il tarixdə saat 21:32də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinin Sisteminə istifadəsində olan ***-***-**-** saylı mobil telefon vasitəsilə məlumat verərək, 13.02.2022-ci il tarixdə Biləcəri qəsəbəsi, “Ağ sara” şadlıq sarayının yaxınlığında yaşayan Fərman adlı şəxsdən Biləcəri dəmir yolunun yaxınlığında avtomobil ehtiyat hisəsini almaq üçün 700 manat pul verməsi, sonuncudan 350 manat dəyərində məhsulu təhvil verməməsi, telefonlara açmaması barədə məlumat vermişdir. Təhqiqat araşdırması zamanı vət. X10 03.03.2022-ci il tarixdə ərizə ilə Binəqədi RPİ-nin 6-cı PB-nə müraciət edərək bildirmişdir ki, 13.02.2022-ci il tarixdə Biləcəri qəsəbəsi, “Ağ saray” şadlıq sarayının yaxınlığında yaşayan Fərman adlı şəxsdən Biləcəri dəmir yolunun yaxınlığında avtomobil ehtiyat hisəsini almaq üçün 700 manat pul verməsi, sonuncudan 350 manat dəyərində məhsulu təhvil verməməsi telefonlara cavab verməyərək Fərman adlı şəxs tərəfindən dələduzluq faktına məruz qaldığını bildirmişdir. Vət. X10 ərizəsinin sonunda ona qarşı dələduzluq edən Fərman adlı şəxsi müəyyən edilərək, məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Aparılmış təhqiqat araşdırması zamanı vətəndaş X8 müraciəti əsasında, dələduzluq hadisəsi baş verdiyi yerə baxış keçirilmiş, baxış zamanı foto şəkillər çəkilmiş, həmçinin baxış protokolu tərtib olunmuşdur. Beləliklə toplanmış materialdan görünür ki, X5 ərizəsi əsasında ona qarşı edilmiş dələduzluq faktı ilə bağlı ona 120 manat maddi ziyan dəydiyindən AR-nın CM-nin 178-ci maddəsinin tərkib hissəsini yaratmır. Ona görə də cinayət işinin başlanılması rədd edilmişdir. 18.04.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13.03.2022-ci il tarixdə X4 Biləcəri qəsəbəsi, dəmir yolunun yaxınlığında 700 manat alaraq 350 manat dəyərində avtomobil ehtiyyat hissələrini vermiş, qalan hissəsini verməmişdir. Buna görə də, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmişin izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata işdə cinayətin əlamətləri olduğundan xitam verilməli, X5 ərizəsi əsasında toplanmış HK-1/341 saylı material üzrə araşdırma aparılmasının təmin edilməsi üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Müdafiəçi Vəkil təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 5 saat vaxt sərf etmişdir. İXM-in 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə, işin həcmini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil müdafiəçi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 5 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 5 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, Vəkil Azərbaycan Respublikasının dövlət büdcəsinə vəsaiti hesabına işin materialları ilə tanış olduğu və məhkəmə iclasında iştirak etdiyi 5 saata görə 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata işdə cinayətin əlamətləri olduğundan xitam verilsin və müvafiq materiallar üzrə araşdırma aparılmasının təmin edilməsi üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Şəxs göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-1249/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1249/2022
19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver