Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1252/2022 20.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X14, Zərərçəkmiş şəxs X4, Zərərçəkmiş şəxs X6, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Vəkil iştirakı ilə xx.xx.1995-ci ildə Beyləqan rayonunun Milabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqasn rayonu, Yeni Mil Ə/D, Yeni Mil qəsəbəsi ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ Mədən, korpus 9, nömrəsiz fərdi yaşayış evi ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 26.03.2022-ci il tarixdə X8 məxsus Redmi 9 markalı mobil telefonu oğurlayaraq 500 manat maddi ziyan vurmuşdur. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən 19.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan 04.04.2022-ci il tarixli qərara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs 23.02.2022-ci il tarixdə X2 məxsus Xiaomi Redmi 9 Pro markalı mobil telefonu oğurlayaraq 200 manat maddi ziyan vurmuşdur. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən 19.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan 28.02.2022-ci il tarixli qərara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs 05.02.2022-ci il tarixdə X7 məxsus Samsung A30S markalı mobil telefonu oğurlayaraq 300 manat maddi ziyan vurmuşdur. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən 19.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan 15.02.2022-ci il tarixli qərara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs 23.02.2022-ci il tarixdə X9 məxsus Samsung A10 markalı mobil telefonu oğurlayaraq 150 manat maddi ziyan vurmuşdur. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən 19.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan 28.02.2022-ci il tarixli qərara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilən qərarlara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokollardakı əməlin törədilməsi müəyyən edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, maddi ehtiyacı ucbatından protokolda göstərilən əməli törətmiş, vətəndaşlara maddi ziyan vurmuşdur. Vurduğu ziyanı tam ödəməmişdir. Qısa müddətdə vuruan ziyanları ödəyəcəkdir. O bildirmişdir ki, iş üzrə zərərçəkmiş X1 telefonu özünə qaytarılmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X10 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Samsung A30S markalı mobil telefonu köhnə olmuşdur və qiyməti 300-350 manat olar. O, taksi fəaliyyəti ilə məşğul olur və müştəri kimi maşına əyləşmiş Şəxs telefonu söndüyü üçün ondan telefonunu istəmiş və o da inanaraq telefonu ona vermişdir. Nəqliyyat vasitəsindən düşüb həyətdə danışmağa başlamış və 10-15 dəqiqədən sonra Murad qayıtmadıqda aldadıldığını və telefonunun oğurlandığını başa düşmüşdür. Məhkəmə iclasında ərizə təqdim edərək Şəxs qardaşı tərəfindən ona vurulmuş ziyanın ödəniləcəyi barədə vəd aldığı üçün onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X12 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur və özünə məxsus Redmi 9 markalı aldadılaraq Şəxs tərəfindən oğurlanmışdır. Telefonun qiyməti 700-800 manatdır. Ona vurulmuş ziyan hələ də ödənilməmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Şəxs ona məxsus Xiaomi Redmi 9 Pro markalı mobil telefonu oğurlayaraq 200 manat maddi ziyan vurmuşdur. Lakin ona vurulmuş ziyan ödənilərək aradan qaldırılmışdır. Protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X18 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokollarda göstərilən əməlləri törətmişdir. Onun barəsində həmin əməllərə görə cinayət işinin başlanılması rədd edilmişdir, həmin qərarlar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməllərin törədilməsi müəyyən edilmişdir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarındakı 19.04.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs 19.04.2022-ci il tarixdə saat 16:40 radələrində tutulmuşdur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. AR İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. İş materiallarını araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, 19.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə material natamam olduğundan yenidən araşdırma aparılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsinə geri qaytarılmalıdır. İş materiallarından görünür ki, PB-də aparılan inzibati icraat zamanı sahə sahəsi iş üzrə zərərçəkmiş şəxsi dəvət edərək izahatını almamış və zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olub-olmamasını, onunla barışıb-barışmamasını, həmçinin dəymiş zərərin aradan qaldırılıb-qaldırılmamasını müəyyən etməmişdir. Bundan əlavə vurulmuş ziyanın məbləğinin hansı sübuta əsasən hesablandığını iş materialları ilə müəyyən etmək mümkün deyildir. Bundan əlavə protokolda zərərçəkmiş şəxsin şəxsiyyəti barədə məlumatlar göstərilməmişdir. Belə ki, protokolda ümumiyyətlə zərərçəkmiş şəxsin adı, yaşadığı yerin ünvanı göstərilməmişdir. Halbuki, İXM-nin 100.1.6-cı maddəsinə əsasən şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı inzibati xəta haqqında protokolda göstərilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi, yuxarıda qeyd edilən hallar araşdırılmadan şəxs barəsində inzibati icraat başlanmış və işin mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmamışdır. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarlardan görünür ki, digər hər hansı bir sübut araşdırılmamışdır. Qərarda yalnız vurulmuş ziyanın məbləği 500 manat olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Protokola talanmış əşyanın dəyərinin (dəymiş zərərin) müəyyən edilməsinə dair ekspert (mütəxəssis) rəyi (talanmış əşyaların ekspertə təqdim olunması mümkün olmadıqda eyni növ əşyanın hazırki bazar dəyəri barədə mütəxəssis arayışı) əlavə edilməmişdir. Həmin sübutlar təqdim edilmədən, yəni dəymiş zərər barədə mütəxəssis rəyi təqdim edilmədən törədilmiş əməlin inzibati xəta tərkibi və ya cinayət tərkibi yaratmasını müəyyən etmək mümkün deyildir. X11 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Sübutların kifayət qədər toplanmadığı təqdirdə işin məhkəmə baxışına verilməsi, son nəticədə məhkəmənin sübut toplamaq imkanı olmadığı üçün işə düzgün və vaxtında baxılmasında çətinliklər yaranacaqdır. Aparılan məhkəmə araşdırmasında Şəxs himayəsində 1 az yaşlı övladının olmasını, əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı qismən ödədiyini nəzərə alaraq bu halları oonun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə araşdırması zamanı onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün məhkəməyə verdiyi izahatı, məhkəməyədək verdiyi yazılı izahatı ilə qismən sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə şəxsə barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, o cümlədən ona təyin ediləcək inzibati tənbehin islah üçün kifayət edib-etməyəcəyini mütləq şəkildə müəyyən etməlidir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də 240 saat müddətində ictimai işlər növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Müdafiəçi Vəkil təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclasında iştirak edərək inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 6 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 36 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Şəxs 19.04.2022-ci il tarixli, MN 1385234, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. 19.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə material natamam olduğundan yenidən araşdırma aparılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsinə geri qaytarılsın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs həbsdən azad edilməsi hissəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati tənbeh tədbirinin əvvəli Şəxs ictimai işlərə cəlb olunduğu vaxtdan saatla hesablansın. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Vəkil məhkəmə baxışı zamanı 06 saat əmək haqqının məbləği 36 (otuz altı) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod-200156, VÖEN-**********, m/h AZ37NABZ********************. S.W.İ.F.T.B.İ.K: AİİBAZ2X, hesab № AZ48AİİB********************, VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-1252/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1252/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver