Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1260/2023 28.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X7 iclas katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə, X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 03 fevral 2023-cü il tarixli MN seriyalı, № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı X5 cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 03 fevral 2023-cü il tarixli, MN seriyalı № ******* nömrəli qərarına əsasən X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 4 000 (dörd min) manat məbləğində cərimə edilmiş, yoxlama zamanı aşkar olunmuş nöqsanlar tam aradan qaldırılmadığı üçün İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qüvvəyə minmişdir.Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 şikayət vermişdir. X2 şikayətində göstərmişdir ki, tərəflərindən edilən xx.xx.2022-ci il tarixli, İD********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş xx.xx.2022-ci il istehsal tarixli, xx.xx.2023-cü il son istifadə tarixli “emsal kuru yemiş fahri-uyduran şirkətinin” istehsalı olan ümumi çəkisi 19 114 kq çiy yerfisdığı içi məhsulu qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsindən imtina edilməsi və həmin məhsul partiyasının qərarın hüquqi qüvvəyə mindiyi gündən 30 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilməsi və ya istehsal edildiyi ölkəyə qaytarılması barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixli 084 nömrəli qərar qəbul edilmişdir.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi X9 tərəfindən xx.xx.2022-ci il tarixli, 084 nömrəli qərarı icra etmədiyinə görə barəsində inzibati cərimənin şərti tətbiq olunması barədə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərar qəbul edilmişdir.Həmin qərarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi əsas gətirilərək 4 000 (dörd min) məbləğində cərimə olunması öz əksini tapmışdır.Şikayətdə göstərilən hallara əsasən hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır.Belə ki, sözügedən qərar tamamilə formal və təhrif edilmiş məlumatlardan ibarət olmaqla bərabər heç bir hüquqi əsası yoxdur.Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2022-ci il tarixli, 084 nömrəli qərarının tərəflərindən icra edilməməsinin bir sıra səbəbləri mövcuddur.Belə ki, sözügedən malların istehsal edildiyi ölkə Türkiyə Cümhuriyyətidir.Türkiyə Cümhuriyyətinin müxtəlif şəhərlərində baş verən zəlzələ nəticəsində tərəflərindən həmin malların istehsal edildiyi şəhərlərə vaxtında təslim edilməsi mümkün olmamışdır.Belə ki, Türkiyə Cümhuriyyətində baş verən zəlzələ onlardan asılı olmayan bir haldır.Həmçinin, həmin vaxt orada müxtəlif axtarışxilasetmə əməliyyatlarının aparılması və yenidən sözügedən bölgələrdə zəlzələnin baş vermə riski tərəflərindən malların həmin şəhərlərə verilməsini mümkünsüz edirdi.Əlavə olaraq bildirmişdir ki, “emsal kuruyemiş fahri-uyduran şirkəti” tərəfindən ona xx.xx.2023-cü il tarixli məktub da ünvanlanmışdır.Həmin məktubda 19000 kg miqdarında çiy yerfısdığı içi məhsulunun istehsal edildiyi ölkəyə qaytarılması barədə tərəflərindən müraciət edilməsi, lakin baş verən zəlzələnin Osmaniye şəhərinə də ciddi təsir etdiyindən malların aprel ayında təslim alına biləcəyi göstərilmişdir.İşin hallarından göründüyü kimi, sözügedən malların istehsal edildiyi ölkəyə təslim edilməməsinin səbəbi onlardan asılı olmamışdır.Buna görə də, o, hesab edir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi X9 tərəfindən qəbul edilən xx.xx.2023-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilməli və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şikayətçi yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı; 60-cı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 03 fevral 2023-cü il tarixli, MN seriyalı № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X11 şikayətdə göstərilənləri müdafiə edərək bildirmişdir ki, Türkiyə Cümhuriyyətinin 10 vilayətində baş verən zəlzələ nəticəsində tərəflərindən həmin malların istehsal edildiyi şəhərə vaxtında təslim edilməsi mümkün olmamışdır.Hal-hazırda, mallar Türkiyə Respublikasına geri qaytarılmışdır.Belə ki, malların vaxtında geri qaytarılmaması onlardan asılı olmayan səbəblərlə əlaqədar olduğundan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 03 fevral 2023-cü il tarixli, MN seriyalı, № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin nümayəndəsi məhkəmənin sonuncu iclasına gəlməmişdir.Buna görə də, məhkəmə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin nümayəndəsini dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 24 yanvar 2023-cü il tarixli, MN ******* saylı protokoluna əsasən məlum olur ki, AQTA-nın Bakı regional Bölməsi tərəfindən çıxarılmış qərar X10 tərəfindən icra olunmadığından onun barəsində Azərbaycan Respublikası İXMnin 544.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan MN seriyalı, № ******* saylı 03 fevral 2023-cü il tarixli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, vəzifəli şəxsi X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə 4 000 (dörd min) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən olunmuşdur.Bu müddətdə hüquqpozma aradan qaldırılırsa, inzibati cərimə ödənilmir.Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Beləliklə, işin təsvir edilmiş hallarından görünür ki, tərəflərindən edilən xx.xx.2022-ci il tarixli, İD********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş xx.xx.2022-ci il istehsal tarixli, xx.xx.2023-cü il son istifadə tarixli “emsal kuruyemiş fahri-uyduran şirkətinin” istehsalı olan ümumi çəkisi 19 114 kq çiy yerfisdığı içi məhsulu qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsindən imtina edilməsi və həmin məhsul partiyasının qərarın hüquqi qüvvəyə mindiyi gündən 30 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilməsi və ya istehsal edildiyi ölkəyə qaytarılması barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixli, 084 nömrəli qərar qəbul edilmişdir.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi X9 tərəfindən xx.xx.2022-ci il tarixli, 084 nömrəli qərarı icra etmədiyinə görə barəsində inzibati cərimənin şərti tətbiq olunması barədə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2022-ci il tarixli, 084 nömrəli qərarının tərəflərindən vaxtında icra edilməməsi üzürlü səbəbdən baş vermişdir.Belə ki, sözügedən malların istehsal edildiyi ölkə Türkiyə Cümhuriyyətidir.Məlum olduğu kimi, Türkiyə Cümhuriyyətinin müxtəlif şəhərlərində baş verən zəlzələ nəticəsində tərəflərindən həmin malların istehsal edildiyi şəhərlərə vaxtında təslim edilməsi mümkün olmamışdır.Belə ki, Türkiyə Cümhuriyyətində baş verən zəlzələ onlardan asılı olmayan bir haldır.Həmçinin, həmin vaxt orada müxtəlif axtarış-xilasetmə əməliyyatlarının aparılması və yenidən sözügedən bölgələrdə zəlzələnin baş vermə riski tərəfilərindən malların həmin şəhərlərə verilməsini mümkünsüz edirdi.Bundan başqa, “emsal kuruyemiş fahri- uyduran şirkəti” tərəfindən şikayətçiyə xx.xx.2023-cü il tarixli məktub göndərilmiş və həmin məktubda 19 000 kg miqdarında çiy yerfısdığı içi məhsulunun istehsal edildiyi ölkəyə qaytarılması barədə tərəflərindən müraciət edilməsi, lakin baş verən zəlzələnin Osmaniye şəhərinə də ciddi təsir etdiyindən malların aprel ayında təslim alına biləcəyi göstərilmişdir.Beləliklə, müəyyən edilir ki, sözügedən malların istehsal edildiyi ölkəyə vaxtında təslim edilməməsinin səbəbi şikayətçinin iradəsindən asılı olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 59-cu maddəsinə görə hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə görə sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə sahibkarlıq fəaliyyətinə nəzarət həmin fəaliyyətin səmərəli həyata keçirilməsinə maneələr yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi qaydalarını nizamlayan 116-cı maddəsi bu halda (fəaliyyətini dayandırmış ictimai iaşə obyektlərinə münasibətdə) qərarın qüvvəsini birbaşa tənzimləməsə də, 116.3cü maddənin üçüncü cümləsinin (Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir) mənası baxımından məhkəmə hesab edir ki, sonuncu yoxlama zamanı aşkar edilmiş pozuntuların aradan qaldırması öhdəliyi fəaliyyətdə olan şəxslərə aiddir və qanunun burada məqsədi nöqsanlı fəaliyyətin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 116.1-ci maddəsinə görə eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3- 540.5, 541-544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İXM-nin 116.2-ci maddəsinə görə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur.Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. İXM-nin 116.3-cü maddəsinə görə bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir.Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 05 dekabr 2022-ci il tarixli qərarı X2ndan asılı olmayan səbəblərlə əlaqədar olaraq vaxtında icra edilmədiyindən, bundan başqa artıq həmin nöqsanlar aradan qaldırıldığından, yəni mallar Tükiyə Respublikasına geri qaytarıldığından şikayət təmin edilməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 03 fevral 2023-cü il tarixli, MN seriyalı, № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 03 fevral 2023-cü il tarixli, MN seriyalı № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada təqdim olunduqdan və ya verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəslə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1260/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1260/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver