Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1265/2021 14.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə, xx xxxxx 2021-ci il tarixdə Bakı şəhərində X1 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin xx.xx.2021-ci i tarixli, MN ******* saylı protokolu əsasında qəbul edilmiş qərarından verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin xx.xx.2021-ci i tarixli, MN ******* saylı protokolu əsasında qəbul edilmiş qərarından şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, xx.xx.2021-ci il tarix saat 16:40 radələrində Bakı şəhəri, Azadlıq prospekti 27 (“28 Mall” ticarət mərkəzinin yanı) ünvanında yaxın bir dostunu gözləyərkən 2 polis əməkdaşı ona yaxınlaşaraq ondan sənədlərini tələb etmişdirlər.Sənədləri üstündə olmadığından o, şəxsi məlumatlarını özü bildirmişdir. O, polis əməkdaşlarından hansı əsaslarla ona cərimə yazacaqlarını soruşsa da, ona heç bir cavab verməmişdirlər.Bundan sonra, polis əməkdaşları hətta özlərini təqdim etmədən, vəziyyəti araşdırmadan ona Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən ona cərimə yazmışlar. Şikayətçi yuxarıda qeyd edilənlərə əsasən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin xx.xx.2021-ci i tarixli, MN ******* saylı protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 bildirmişdir ki, şikayətçi siqarət çəkmək üçün xüsusi ayrılmış yerdə siqaret çəkmək üçün maskanı qısa müddətə çıxarmışdır.Belə olan halda ona polis tərəfindən protokol yazılması qanuni olmamışdır.Şikayətçinin nümayəndəsi şikayətdə göstərilənləri nəzərə alaraq Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin xx.xx.2021-ci i tarixli, MN ******* saylı protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci PB-nin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir.İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçinin nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin xx.xx.2021-ci i tarixli, MN ******* saylı protokolun surətinə əsasən məlum olur ki, X7 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin xx.xx.2021-ci i tarixli, MN ******* saylı protokolun surətinə əsasən məlum olur ki, X7 Azərbaycan Respublikası İXM-nin 211.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur.Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 tərəfindən qanunun qeyd edilən tələblərinə tam əməl olunmamış, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsininin tələbləri pozulmuş, ona əsaslı olaraq cərimə yazılmışdır.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabr ayının 19-da qəbul etdiyi yeni qaydalara əsasən məlum olur ki, həmin tarixdən Azərbaycan Respublikasında açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi müəyyən olunmuşdur.Həmin qaydalara əsasən məlum olur ki, tibbi maskadan düzgün istifadə edilməməsi də (məsələn: üz nahiyyəsinin, yəni-ağız və burun nahiyyəsinin natamam örtülməsi, maskanın aşağı çəkilməsi, çənədə saxlanılması və sair) İXM-nin 211.2-ci maddəsinin tərkibini yaradır.Buna görə də, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin xx.xx.2021-ci i tarixli, MN ******* saylı protokolu əsasında qəbul edilmiş qərarından verdiyi şikayət əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin xx.xx.2021-ci i tarixli, MN ******* saylı protokolu əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarından verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1265/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1265/2021
14.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver