Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1269/2021 15.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli rayonu, H.Aslanov küçəsi ev 15 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 329.1 və 333.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, Müəyyən etdim: Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan, alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi üçün Azərbaycan Respublikası İXM-nın 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ X6 İdarəsi tərəfindən barəsində inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ X6 İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, idarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə, idarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən Şəxs xx.xx.2021-ci il tarixində, səhər saat 07:00 raddələrində Mehdiabad qəsəbəsində DYP-si əməkdaşları tərəfindən onun idarə etdiyi avtomobilə heç bir qayda pozuntusu olmadan saxla əmri verilmişdir. O, avtomobili yolun kənarına sıxaraq saxlamışdır. DYP əməkdaşı ona yaxınlaşaraq içkili olub-olmadığını soruşmuş o içkili olmadığını bildirmişdir. DYP əməkdaşı ondan ümumiyyətlə içki içib içməməyini soruşmuş və o ona bildirmişdir ki, toyda bayramda içki içir sırağa gün 05 fevralda tarixində içki içdiyini bildirmişdir. DYP əməkdaşı bildirib ki, aparata üfürməlidir o da, üfürmüş aparatdan müayinə qəbzi çıxmış, DYP əməkdaşı ona 1 faiz dərəcəsində içkili olduğunu bildirmişdir. Ondan qəbzi tələb etmiş o isə qəbzi yerə ataraq demişdir ki, ona protokol tərtib edir amma bu protokol xəbərdarlıq barədədir yaz ki, içkili sürətdə maşın sürməyəcəyəm və müayinəyə ehtiyac yoxdur. O da, DYP əməkdaşının dediyi kimi yazmışdır. DYP əməkdaşı ona protokolu təqdim etməmişdir. Sonra onu aldadaraq avtomobilini cərimə meydançasına qoymuşlar. Bundan sonra o DYP əməkdaşlarının onu aldatdığını başa düşüb saat 09:27-də sərxoşluq vəziyyətinin tibbi müayinəsi üçün müayinə mərkəzinə getmiş və orada müayinə olunmuşdur. Müayinə nəticəsində onda sərxoşluq aşkarlanmamışdır və bu fakt 2/2947 saylı, xx.xx.2021-ci il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə öz təsdiqini tapır. Göstərilənlərə əsasən DYP tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu və protokola dair verilmiş qərarın ləğv edilməsini, İXM-nin 333.1 və 329.1-ci maddələrinə əsasən aparılan inzibati xəta haqqında işin içraatma xitam verilərək məni aldadan DYP əməkdaşları barəsində tədbir görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli alkotestrdən çıxarışdan görünür ki, Şəxs 0,437% alkoqol aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ X5 İdarəsinə bilavasitə tabe olan YPX Alayının 11-ci tağımının YPX inspektoru polis serjantı X1 tərəfindən tərtib edilmiş Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* saylı protokoldan görünür ki, Şəxs bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəyinə, həkimə getməyə ehtiyac olmadığını, alko testin nəticəsi ilə tanış olduğunu bildirmişdir. İş materiallarında olan inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2021-ci tarixli aktdan görünür ki, X2 ayıqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərlə təsdiq edilir ki, Şəxs tərəfindən Azərbaycan Respubllikasını İnzibati Xətalar Məcələsinin 329.1 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və bu barədə xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati protokol tərtib olunmuşdur. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq məsuliyyətdən yayınmaq üçün seçdiyi üsul kimi qiymətləndirir. Bundan başqa məhkəmə sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında akta hüquqi qiymət verərək hesab edir aktda müayinənin aparılması saatı dəqiq qeyd olunmadığı üçün müayinənin aparıldığı vaxtla alkotestin keçirildiyi vaxtın arasında hansı müddətin keçdiyini müəyyən etmək olmur. Məhkəmə inzibati xətaların xarakterini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən İXM-nin 333.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli, İXP ******* saylı protokol üzrə 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1269/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1269/2021
15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver