Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1269/2024 13.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X15 katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi Nümayəndə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 07 noyabr 2023-cü il tarixli, EQ 17922748 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 07 noyabr 2023-cü il tarixli, EQ 17922748 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X4 şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus JAC J6 markalı ** XL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 07 noyabr 2023-cü il tarixində yoldaşı X9 idarə etmişdir. Binəqədi rayonu, Binəqədi şosesi Azpetrol YDM ilə zavodun arası Binəqədi istiqamətində idarə edən zaman inzibati tənbeh vermə haqqında EQ 17922748 saylı qərar qəbul olunmuşdur. Onun sürücülük hüququ olmadığından və nəqliyyat vasitəsini idarə etmək bacarığı olmamasına baxmayaraq sözügedən qərar oun barəsində qəbul edilmişdir. Bu səbəbdən, 07 noyabr 2023-cü il tarixli, EQ 17922748 saylı inzibati tənbeh vermə qərar haqqında tamamilə əsassızdır. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş EQ 17922748 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, X4 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla bağlı araşdırılmalı olan məsələlər vardır, şikayətçi sürücülük vəsiqəsinin olmadığını bildirir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: BB246282 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Osmanov Şamil xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək qüvvədə olan sürücülük vəsiqəsi verilmişdir. Nikahın bağlanması haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, X12 ilə X5 arasında xx.xx.2014-cü il tarixdə rəsmi nikah bağlanmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** XL *** dövlət qeydiyyat nişanlı JAC J6 minik markalı nəqliyyat vasitəsi X3 adına qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli, EQ 17922748 nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X4 İXM-in 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, **-XL-*** dövlət qeydiyyat nişanlı JAC J6 minik markalı nəqliyyat vasitəsi X3 adına qeydiyyata alınmışdır. X4 tərəfindən mülkiyyətində olan avtomobilə dair X8 nəqliyyat vasitəsindən istifadə edilməsi hüququnu nəzərdə tutan etibarnamə verilmişdir. X2 həmin nəqliyyat vasitəsi birgə nikah dövründə alındığından və mülkiyyətçisinin arvadı olması səbəbindən istifadə hüququnun nəzərdə tutulduğu etibarnamə olmadan idarə etmişdir. Sözügedən avtomobili şikayətçinin həyat yoldaşı X6 idarə etməsinə baxmayaraq, İXM-in 469.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman əlavə olaraq sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsinə görə tənbeh tətbiq edilmiş və 300 manat məbəğində inzibati cərimə olunmuşdur. Lakin, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X4 barəsində inzibati təbehvermə haqqında qərar qəbul edilən zaman sözügedən avtomobilin onun tərəfindən idarə olunub-olunmaması araşdırılmadan, sürücülük hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi əsası ilə daha ağır inzibati xətaya görə tənbeh tətbiq edilmişdir. İXM-in 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-in 125.1-ci çaddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. İXM-in 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: -müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; -eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; -inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. İXM-in 125.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 – 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir. İXM-in 125.4-cü maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərilir. İXM-in 125.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər (dövlət qurumları) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsi sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə, onları 3 gün müddətində yeniləməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi, habelə nəqliyyat vasitəsinə bir neçə şəxsin sahiblik hüququ olduqda həmin şəxslərdən birinin elektron müraciəti əsasında onun bu Məcəllənin 122.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin istifadəçisi qismində qəbul edilməsi və inzibati xəta haqqında elektron qərarların onun barəsində çıxarılması üçün müvafiq imkanların olmasını təmin etməlidir. İXM-in 125.6-cı maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə daxil edilmiş, bu Məcəllənin 125.5-ci maddəsində nəzərdə tutulmuş məlumatlar müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə də göndərilir. İXM-in 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; İXM-nin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 07 noyabr 2023cü il tarixli, EQ 17922748 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 07 noyabr 2023-cü il tarixli, EQ 17922748 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-1269/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1269/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver