Məhkəmə qərarları › İş №3(001)-1271/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1271/2021

15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1271/2021 15.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi ilə xx.xx.2001-ci il tarixdə Yevlax şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan – Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.4cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsi tərəfindən Şəxs oğlu barəsində AP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan AP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 16:00 radələrində Şəxs oğlu idarə etdiyi VAZ-21013 markalı, ** LZ *** saylı dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 4-cü Dağlıq küçəsindən üzü R.İsmayılov küçəsinə doğru hərəkətdə olan zaman Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Dağlıq küçəsindən R.İsmayılov küçəsinə doğru hərəkətdə olan X3 tərəfindən idarə olunan Mersedes markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur və nəticədə VAZ-21013 markalı, ** LZ *** saylı dövlət qeydiyyat nişanlı avtomobildə qadın X2 (sürücünün bibisi) adlı sərnişin xəsarət almışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İnzibati xəta haqqında protokolu və iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən məlum olur ki, xx.xx.2020-ci il tarixdə saat 16:00 radələrində Şəxs oğlu idarə etdiyi VAZ-21013 markalı, ** LZ *** saylı dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 4-cü Dağlıq küçəsindən üzü R.İsmayılov küçəsinə doğru hərəkətdə olan zaman Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Dağlıq küçəsindən R.İsmayılov küçəsinə doğru hərəkətdə olan X3 tərəfindən idarə olunan Mersedes markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur və nəticədə VAZ-21013 markalı, ** LZ *** saylı dövlət qeydiyyat nişanlı avtomobildə qadın X2 (sürücünün bibisi) adlı sərnişin xəsarət almışdır.Hadisə baş verən zaman sürücü avtomobili saatda 5-10 km/saat sürətlə idarə etmişdir.Sürücü həmin avtomobili təxminən 3-4 metr məsafədən görmüşdür.Hadisə baş verən zaman avtomobildə sürücü X3 tək olmuş və heç bir bədən xəsarəti almamışdır.Hadisə zamanı sürücü avtomobili ayıq vəziyyətdə idarə etmişdir.Hadisə baş verən zaman hava işıqlı, yol örtüyü quru olmaqla düz asfalt olmuşdur. Araşdırma zamanı Şəxs izahatına göstərmişdir ki, VAZ 21013 markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur.O, həmin avtomobili sürücülük vəsiqəsi olmadan idarə edir.xx.xx.2020-ci il tarixdə saat 16.00 radələrində həmin avtomobili 4-cü Dağlıq küçəsindən üzü R.İsmayılov küçəsinə doğru hərəkətdə olan Mersedes markalı, **- XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.Hadisə baş verən zaman avtomobil saatda 5-10 km/saat surətlə idarə etmişdir.O, Mercedes markalı avtomobili hadisə baş verən zaman görmüşdür.Hadisə zamanı onun avtomobilində bibisi və həyat yoldaşı olmuşdurlar.Hadisə nəticəsində bibisi başından xəsarət almışdır.Hadisə baş verən zaman avtomobili ayıq vəziyətdə idarə etmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin xx.xx.2020-ci il tarixli, 2/121335 saylı aktından görünür ki, Şəxs hadisə baş verən zaman ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 332.4-cü madddəsinə görə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə- dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu və 332.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və inzibati tənbeh olaraq 400 (dörd yüz) manat inzibati qaydada cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar