Məhkəmə qərarları › İş №3(001)-129/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-129/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-129/2025 03.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X4, Şəxs nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* (00800-01168/24) nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.

2. Məhkəmə iclasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixli **********6236 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 1336 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti ixrac edilən mallar müqabilində vəsaitin bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. Tərəf bildirmişdir ki, texniki səhv edərək 1336 ABŞ dolları məbləğindəki malı konsiqnasiya kimi yox, başqa kod altında, yəni idxal ediləcək mal kimi qeydə almışdır. Onlar dəvət edilmişdir ki, həmin xüsusat aradan qaldırılsın. Amma cəmiyyət tərəfindən gələn olmamışdır. Halhazırda sistemdə həmin mal idxal edilməmiş kimi görünür. Tərəflərindən problemin aradan qaldırılması üçün hər cür şərait yaradılmışdır. Ona görə də, məhəkmədən cəmiyyət barəsində inzibati qaydada tənbeh təyin edilməsini xahiş etmişdir.

3. Məhkəmə iclasında Şəxs nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, xarici hüquqi şəxslə əldə edilmiş razılığa əsasən xx.xx.2023-cü il tarixli **********6236 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilmiş istifadəyə yararsız ehtiyyat hissələri qarşılığında qarşı tərəfdən xx.xx.2023-cü il tarixli **********3223 sorğu nömrəli gömrük bəyannaməsi ilə cəmiyyətin ünvanına yeni ehtiyyat hissələri idxal edilmişdir. Yeni ehtiyyat hissələrinin qarşılığında xarici hüquqi şəxsin bank hesabına 1636 ABŞ dolları məbləğində depozit ödəniş edilmişdir. Depozit ödəniş xx.xx.2023-cü il tarixli **********6236 sorğu nömrəli gömrük bəyannaməsi üzrə istifadəyə yararsız ehtiyyat hissələri ixrac oldunduqdan sonra cəmiyyətin bank hesabına qaytarılmışdır. Cəmiyyət tərəfindən sonda ödəniş olmamışdır. Sadəcə yararsız avadanlığın geri qaytarılması və yenisinin alınması əməliyyatı aparılmışdır. Lakin texniki səhv edərək 1336 ABŞ dolları məbləğindəki malı konsiqnasiya kimi yox, başqa kod altında, yəni idxal ediləcək mal kimi qeydə almışlar. Bu səbəbdən belə bir problem yaranmış və onu da aradan qaldırmaq mümkün deyildir. Ona görə də, məhkəmədən cəmiyyət barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:

4. Gömrük xidmətinin X2 Sisteminin “Konsiqnasiya əməliyyatları üzrə hesabat” bölməsinin portal çıxarışından görünür ki, Şəxs tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli **********6236 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına köçürülməli olan məbləğin qalığı 1336 ABŞ dolları təşkil edir.

5. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* (00800-01168/24) nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaiti (180 gün ərzində) xaricdən qaytarılmamışdır. Məhkəmənin əsaslandırması və mövqeyi:

6. Məhkəmə, iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki Şəxs İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 485.2-ci maddəsi ilə tövsif edilmişdir.

7. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxsnə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxsnə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir.

8. Belə ki, məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən müavilə üzrə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli **********6236 sorğu nömrəli gömrük bəyannaməsi ilə 1336 ABŞ dolları dəyərində mal xaricə ixrac edilmiş, lakin həmin məbləğ 180 gün ərzində Azərbaycan Respublikasının qanunverciliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bank hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmə həyata keçirilməmişdir.

9. “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri mallar müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil banklarda olan hesablarına köçürülməsini təmin etməlidir.

10. İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

11. Yuxarıda sadalanan iş materiallarından, eləcə də Gömrük Xidmətinin X2 sisteminin portal çıxarışından, elektron çıxarışlardan müəyyən edilmişdir ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixli **********6236 sorğu nömrəli gömrük bəyannaməsi ilə 1336 ABŞ dolları dəyərində yük xaricə ixrac edilmiş, lakin həmin məbləğ 180 gün ərzində Azərbaycan Respublikasının qanunverciliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bank hesabına məcburi qaydada köçürülməmişdir.

12. Göstərilənlərə əsasən məhkəmə, Şəxs İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir.

13. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində inzibati məsuliyyəti yüngüləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir.

14. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

15. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

16. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.

17. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.

18. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir.

19. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

20. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

21. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır.

22. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-50, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1336 (min üç yüz otuz altı) ABŞ dolları valyuta vəsaiti məbləğinin 30% (otuz faizi) miqdarında olan 400,80 (dörd yüz dollar səksən sent) ABŞ dolları, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları – 1,7 manat) 681,36 (altı yüz səksən bir manat otuz altı qəpik) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar