Məhkəmə qərarları › İş №3(001)-1292/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1292/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1292/2025 17.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X13 Xidmətinin nümayəndəsi X8, şikayət vermiş şəxs "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" MMC-nin direktoru X17 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. "xxxx" MMC-nin direktoru X17 nümayəndəsi Nümayəndə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 3000 manat məbləğdə cərimə olunması barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X17 nümayəndəsi Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, onların MMC-si Qarabağda işğaldan azad olan ərazilərdə fəaliyyət göstərməklə "xxxx" şirkətinin subpotradçısıdır. "AS İNŞAAT” MMC ilə aralarında bağlanmış 14 may 2024-cü il tarixli, ASİ/P/023/24 saylı podrat müqaviləsinə əsasən "xxxx" MMC Zəngilan rayonu, Ağalı kəndinin birinci fazasının ikinci mərhələsi və ikinci fazasının yenidən qurulması ərazinin 1 saylı Əlavəsində göstərilən tikinti-quraşdırma işlərinin icrasını öz öhdəsinə götürmüşdür. Həmin tikinti-quraşdırma işlərinin həyata keçirilməsi üçün "xxxx" MMC olaraq yeni əməkdaşlar işə götürülmüşdür. Belə ki, xx.xx.2024-cü il tarixində X14 və X11, xx.xx.2024-cü il tarixində X2, xx.xx.2024-cü il tarixində X15, xx.xx.2025-ci il tarixində isə X9 işə qəbul barəsində ərizə ilə "xxxx" MMC-yə müraciət etmişlər. Daha sonra "ABADLİQ Təmir Tikinti Quraşdırma" X3 18 noyabr 2024-cü il tarixli, 486 nömrəli əmri ilə X1 18 noyabr 2024-cü il tarixindən etibarən, 12 dekabr 2024cü il tarixli, 537 nömrəli əmri ilə X10 12 dekabr 2024-cü il tarixindən etibarən, 09 yanvar 2025-ci il tarixli, 12 nömrəli əmri ilə isə X4 09 yanvar 2025-ci il tarixindən, 06 noyabr 2024cü il tarixli, 457 nömrəli əmri X14 və X7 06 noyabr 2024-cü il tarixindən etibarən bağlanmış əmək müqaviləsinin nəzərdə tutulan şərtlərinə uyğun olaraq, işəmuzd aylıq əmək haqqın 450 (dörd yüz əlli) manat olmaqla işə qəbul edilmələri əmri edilmişdir.Onu da qeyd etmək lazımdır ki, X2 ilə 3N9MS6H000800 nömrəli, X11 ilə 2F05D8M000200 nömrəli, X15 ilə 1AU948J000700 nömrəli, X9 ilə 2RFHMJ2000300 nömrəli, X14 ilə 60A5BA2000700 nömrəli əmək müqavilələri bağlanmış, hətta bundan sonra "xxxx" MMC tərəfindən adı çəkilən şəxslərin Ağalı kəndinin birinci fazasının ikinci mərhələsi və Ağalı kəndinin ikinci fazasının yenidən qurulması layihəsi ərazisinə daxil olmaları üçün icazə də alınmışdır. Daha sonra 14 noyabr 2024-cü il tarixində X14, 14 yanvar 2025-ci il tarixində X9, 17 yanvar 2025-ci il tarixində X15, 15 noyabr 2024-cü il tarixində X11, 02 dekabr 2024-cü il tarixində isə X2 əmək müqavilələrinə xitam verilməsi ilə bağlı ABADLİQ-R TTQ" MMC-yə ərizə ünvanlamışlar. Buna görə də, xx.xx.2024-cü il tarixli, 516 nömrəli əmr ilə X2 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən, xx.xx.2024-cü il tarixli 482 nömrəli əmr ilə X11 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən, xx.xx.2025 tarixli, 59 nömrəli əmr ilə X15 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən, xx.xx.2025-ci il tarixli 25 nömrəli əmr ilə X9 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən, xx.xx.2024-cü il tarixli, 472 nömrəli əmr ilə X14 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 "a"-tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən xitam verilmiş, işçilərin işlədikləri dövr ərzində istifadə edilməmiş məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə həvalə edilməsi əmr edilmişdir. Bu barədə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri də mövcuddur. Göründüyü kimi bütün proses qanuni şəkildə həyata keçirilmiş, adı çəkilən şəxslərin hər biri ilə qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanmış və həmin əmək müqavilələrinə yenə qanuna uyğun olaraq xitam verilmiş, bununla da "xxxx" MMC olaraq heç bir hüquq pozuntusu törədilməmişdir. DİN portalında qeyd edilməsi üçün siyahını özləri birbaşa deyil "xxxx" vasitəsilə göndərmişlər. Sonda onu da bildirmişdir ki, bu məsələ ilə bağlı onlara əvvəlcədən məlumat və xəbərdarlıq edilməmiş, telefona 3000 (üç min) manat cərimə ilə bağlı sms gələndə məlumatlı olmuşlar. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Məhkmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X13 Xidmətinin nümayəndəsi X5 və X16 verilmiş şikayətin əsassız olduğunu qeyd edib, məhkəmədən onun təmin edilməməsini xahiş etmişdir. X5 və X16 fikrini onunla əsaslandırmışdır ki, ölkə üzrə ən səlahiyyətli qurum Daxili İşlər Nazirliyidir və Qarabağ ərazisinə girişə icazə də yalnız onlara həvalə edilən portalla mümkün olur. Bu portalda statusu müəyyənləşdirəcək alt sistemlər mövcuddur və əgər şəxsə portalda icazə işçi statusu ilə icazə verilibsə bunu təsdiq edəcək əmək müqaviləsi olmalıdır. X13 Xidməti isə müəyyən dövr aralığında portaldan əldə etdikləri çıxarışlarla əmək müqavilələrini tutuşdurur və ziddiyyət mövcuddursa müvafiq cərimələr tətbiq edirlər. Hər iki nümayəndə onu da qeyd etmişlər ki, X13 Xidməti üçün sübut əhəmiyyəti kəsb edən portal çıxarışıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərində əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, 11 noyabr 2024-cü il tarixdən X14, 14 yanvar 2025-ci il tarixində X9, 21 yanvar 2025-ci il tarixində X15, 15 noyabr 2024-cü il tarixində X11, 03 dekabr 2024-cü il tarixində isə X2 hazırki tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir.

5. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X11 oğlu işə qəbul olunmaqla bağlı ərizə ilə "xxxx" MMC -yə müraciət etmişdir.

6. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X14 işə qəbul olunmaqla bağlı ərizə ilə "xxxx" MMC -yə müraciət etmişdir. 7.xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X2 işə qəbul olunmaqla bağlı ərizə ilə "xxxx" MMC -yə müraciət etmişdir.

8. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X15 işə qəbul olunmaqla bağlı ərizə ilə "xxxx" MMC -yə müraciət etmişdir.

9. xx.xx.2025-cü il tarixli ərizədən görünür ki, X9 işə qəbul olunmaqla bağlı ərizə ilə "xxxx" MMC -yə müraciət etmişdir.

10. 18 noyabr 2024-cü il tarixli, 486 nömrəli əmri ilə X1 18 noyabr 2024-cü il tarixindən etibarən, 12 dekabr 2024-cü il tarixli, 537 nömrəli əmri ilə X10 12 dekabr 2024cü il tarixindən etibarən, 09 yanvar 2025-ci il tarixli, 12 nömrəli əmri ilə isə X4 09 yanvar 2025-ci il tarixindən, 06 noyabr 2024-cü il tarixli, 457 nömrəli əmri X14 və X7 06 noyabr 2024-cü il tarixindən etibarən bağlanmış əmək müqaviləsinin nəzərdə tutulan şərtlərinə uyğun olaraq, işəmuzd aylıq əmək haqqın 450 (dörd yüz əlli) manat olmaqla işə qəbul edilmələri əmri edilmişdir.

11. X2 ilə 3N9MS6H000800 nömrəli, X11 ilə 2F05D8M000200 nömrəli, X15 ilə 1AU948J000700 nömrəli, X9 ilə 2RFHMJ2000300 nömrəli, X14 ilə 60A5BA2000700 nömrəli əmək müqavilələri bağlanmışdır.

12. xx.xx.2024-cü il tarixli, 516 nömrəli əmr ilə X2 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən, xx.xx.2024-cü il tarixli 482 nömrəli əmr ilə X11 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən, xx.xx.2025 tarixli, 59 nömrəli əmr ilə X15 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən, xx.xx.2025-ci il tarixli 25 nömrəli əmr ilə X9 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən, xx.xx.2024-cü il tarixli, 472 nömrəli əmr ilə X14 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 "a"-tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən xitam verilmişdir.

13. "xxxx" şirkəti tərəfindən "xxxx" MMC-yə ünvanlanmış № 108, 14 mart 2025-ci il tarixli məktubdan görünür ki, mövcud anlaşılmazlığın aradanq qaldırılması məqsədilə DİN göndərdikləri siyahını "xxxx" MMC-yə təqdim edirlər. Məhkəmənin əsaslandırması və mövqeyi

14. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti iş materialları ilə birlikdə əhatəli şəkildə araşdıraraq hesab edir ki, "xxxx" MMC- direktoru X20 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

15. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.

18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

19. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

20. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmamışdır. Belə ki, səlahiyyətli orqan tərəfindən toplanmış sübutlar "xxxx" MMC Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətinin olması üçün kifayət etmir. Çünki, səlahiyyətli orqan tərəfindən "xxxx" MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılmış olsa da, X14, X9, X15, X11, X2 cəmiyyətlə aralarında olan müqavilənin nə zaman bağlanıb xitam verilməsi ilə bağlı hər hansı bir araşdırma aparılmamış, qeyd edilən şəxslərin ifadələri alınmamışdır. Göstərilən həmin hallar "xxxx" MMC-nin İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini şübhə altına alır və qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir və sübutetmə yükü səlahiyyətli orqanın üzərinə düşür. Lakin səlahiyyətli orqan tərəfindən göstərilən hallarla bağlı heç bir sübut təqdim edilməmişdir.

21. Bundan başqa məhkəmə iclasında toplanmış sübutlardan görünür ki, "xxxx" MMC Qarabağ bölgəsində fəaliyyət göstərən şirkətlərdən biridir. İşğaldan azad edilmiş ərazilərə iş icazəsinın alınması ilə bağlı "xxxx" MMC-nin səlahiyyəti yoxdur. İşçilərin iş icazələri ilə Azərbaycan Respublikası "xxxx" məşğul olur. Toplanmış sübutlarla müəyyən edilir ki, Qarabağ bölgəsinə giriş icazəsi üçün göndərilmiş müraciətə bir neçə həftə ərzində cavablar gəlir, müraciət əvvəlcə "xxxx" göndərilir, daha sonra "xxxx" isə DİN-ə göndərir. Bu səbəbdən icazə uzun müddətə əldə edilir. İcazənin uzun müddətə əmələ gəlməsi həmin müddət kəsiyində isə işçinin işdən könüllü ayrılması və ya işdən çıxarılma halının ola bilməsi mövcud vəziyyətin yaranmasına səbəb olur. Nəticədə də Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi zəruri araşdırma aparmadan yalnız portal çıxarışına əsasən inzibati xətanı aşkarlayaraq protokol tərtib edir.

22. Məhkəmə qeyd edir ki, hər bir halda protokol tərtib etməmişdən əvvəl inzibati xəta onu törədənin diqqətinə çatdırılmalı, barəsində protokol tərtib edən şəxsə hüquq və vəzifələri izah edilməlidir. Qanunvericiliyin bu tələbi prosessual qənaət prinsipinə tam uyğun olmaqla gələcəkdə tərəflər arasında yaranacaq anlaşılmazlıqların həllinə də xidmət edir.

23. Qərardan şikayət verən tərəfin məhkəməyə təqdim etdiyi sübutlar və əsaslandırmasına baxmayaraq, "xxxx" MMC-nin direktoru X20 tərəfindən "xxxx" MMC-nin bəzi əməkdaşlarının əmək müqavilələri Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi "xxxx" MMC-nin direktoru X20 barəsində inzibati xəta haqqında protokol tərtib edərkən yalnız DİN tərəfindən verilmiş məlumata əsaslanmış və X13 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, müxtəlif zamanlarda "xxxx" MMC-də çalışmış işçilərin əmək müqaviləsinə “tərəflərdən birinin təşəbbüsü” əsası ilə xitam verilmişdir. Bununla da, "xxxx" MMC-nin bəzi əməkdaşlarının əmək müqaviləsi olmadan hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilməmişdir.

24. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

25. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

27. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

28. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

29. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

30. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

31. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir.

32. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X20 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

33. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

"xxxx" MMC-nin direktoru X20 tərəfindən verilmiş şikayət təmin edilsin. "xxxx" MMC-nin direktoru X20 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar