Məhkəmə qərarları › İş №3(001)-130/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-130/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-130/2025 04.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs MMC, AZ1146, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə ŞTQ, Ruslan Allahverdiyev, ev 224, VÖEN ********** Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X1 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 09 dekabr 2024-cü il tarixli EP № ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 15 noyabr 2024-cü ildə Şəxs MMC-in adına idxal olunan və xx.xx.2024-cü il tarixli **********2856 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yüklərə AZ1146, ünvan 1 ünvanda baxış keçirilmişdir. Baxış zamanı **********2856 sorğu nömrəli gömrük bəyannaməsi üzrə “Flagovit 2ml Ampoule injection” markalı dərman vasitəsindən 2225 (iki min iki yüz iyirmi beş) ədədin (qutu), yerində olmadığı aşkar edilmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Araşdırma zamanı Şəxs MMC tərəfindən **********2856 sorğu nömrəli xx.xx.2024-cü il tarıxli gömrük bəyannaməsi üzrə istifadə edilməklə üzərində sərəncam verilmiş MA/24/005 nömrəli xx.xx.2024-cü il tarixli invoys üzrə “Flagovit 2ml Ampoule injection” adlı dərman vasitəsi yükünün 1 ədədinin (qutunun) dəyəri 2.20 ABŞ dolları olmaqla 2225 ədədinin (qutunun) dəyəri milli valyutaya nisbətdə 8321.5 (səkkiz min üç yüz iyirmi bir manat əlli qəpik) manat təşkil edən 4895 ABŞ dolları olduğu müəyyən edilmişdir. Beləliklə də, Şəxs MMC tərəfindən gömrük nəzarəti altında olan malların istifadə edilməklə onlar üzərində sərəncam verildiyi müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi və hüquqi şəxs Şəxs MMC nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə İnzibati xəta haqqında protokola Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və hüquqi şəxs Şəxs MMC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən cəmiyyət inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Monitorinqin nəticəsinə dair xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Şəxs MMC-in adına idxal olunan və xx.xx.2024-cü il tarixli **********2856 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yüklərə AZ1146, ünvan 1 ünvanda baxış keçirilmiş, baxış zamanı **********2856 sorğu nömrəli gömrük bəyannaməsi üzrə “Flagovit 2ml Ampoule injection” markalı dərman vasitəsindən 2225 (iki min iki yüz iyirmi beş) ədədin (qutu), yerində olmadığı aşkar edilmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. MA/24/005 nömrəli xx.xx.2024-cü il tarixli invoysdan görünür ki, “Flagovit 2ml Ampoule injection” adlı dərman vasitəsi yükünün 1 ədədinin (qutunun) dəyəri 2.20 ABŞ dolları olmaqla 2225 ədədinin (qutunun) dəyəri milli valyutaya nisbətdə 8321.5 (səkkiz min üç yüz iyirmi bir manat əlli qəpik) manat təşkil edən 4895 ABŞ dolları təşkil edir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-yə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs MMC-yə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, işdə olan hüquqi şəxsin nümayəndəsinin izahatı, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 491.1-ci maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in ilk dəfə bu xarakterli inzibati xətaya yol verdiyini və nümayəndəsinin səmimi etirafını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi miqdarında – 1468,5 ABŞ dolları – məzənnə üzrə manatla 2496 (iki min dörd yüz doxsan altı) manat məbləğdə cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar