Məhkəmə qərarları › İş №3(001)-1308/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1308/2022

26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1308/2022 26.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X2, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, orta təhsilli, ünvan 1 1, inzibati bina ünvanında qeydiyyatda olan və ünvan 2siz evdə yaşayan, xxxxxxx FİN-ə malik olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsi tərəfindən İXM-in 535.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X5 izahat verərək bildirmişdir ki, 26.04.2022-ci il tarixdə, səhər saatlarında Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 2 nəfər şəxsin bir-biri ilə mübahisə etdiyini və dalaşmaq istədiyini görüb Binəqədi RPİ-nin CA üzrə kiçik inspektorları polis baş serjantı Anar Nəbiyev və polis baş serjantı Rza Məmmədov onlara yaxınlaşıb özlərini təqdim edərək sonuncuları nizam-intizama dəvət etsələr də, həmin şəxslərdən biri onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirərək söyüşlər söyməyi davam etdirmiş və qəsdən polisin qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyi üçün məcburi qaydada Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmişdir. Bölmədə şəxsiyyəti müəyyən olunduqdan sonra Şəxs barəsində onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, ona məxsus qazel markalı avtomobillə yük daşıma fəaliyyəti ilə məşğuldur. 26.02.2022-ci il tarixdə, səhər saatlarında yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsində bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq Sulutəpə qəsəbəsindən 7-ci mikrorayona 1 ədəd divan və kreslo aparılacağını və bunun müqabilində ona 10 manat pul verəcəyini bildirmişdir. Lakin o, yolun uzaq olması səbəbindən 20 manata gedəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs ona kobud ifadələr işlədərək söyüşlər söymüş və onu təhqir etmişdir. Bundan sonra o da həmin şəxsin ünvanına söyüşlər söymüş və bu vaxt polis əməkdaşları onlara yaxınlaşıb, özlərini təqdim edərək söyüş söyməməyi tələb etmiş, lakin o, çox əsəbi olduğuna görə həmin polislərə kobud cavab vermişdir. Bundan sonra polis əməkdaşları ondan şəxsiyyəti barədə məlumat verməsini və onlarla birlikdə polis bölməsinə getməyi tələb etmiş, o isə polisin bu tələbinə məhəl qoymamış və heç bir yerə getməyəcəyini, habelə şəxsiyyəti barədə məlumat verməyəcəyini demişdir. Buna görə o polis əməkdaşları tərəfindən məcburi qaydada 40-cı PB-nə gətirilmiş və orada da izahat verməkdən imtina etmişdir. Polis bölməsində barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, İİİ qrup əlil olmasını nəzərə alaraq, barəsində mümkün qədər yüngül tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs İİİ qrup əlil olmasını nəzərə alaraq, Şəxs barəsində mümkün qədər yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin cinayət axtarış üzrə kiçik inspektorı X6 bildirmişdir ki, 26.02.2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri Binəqədi RPİ-nin Cinayət Axtarış şöbəsində cinayət axtarış üzrə kiçik inspektor X7 ilə birlikdə xidmətdə olan zaman Binəqədi rayonu, Sulutəpə qəsəbəsində iki nəfər şəxsin bir biri ilə mübahisə etdiyini və dalaşmaq istədiklərini görüb yaxınlaşıb özlərini təqdim edərək onları nizam-intizama dəvət etsələr də, həmin şəxslərdən biri onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirərək söyüşlər söyməyi davam etdirmiş, onları da təhqir etmiş və habelə şəxsiyyəti barədə məlumat verməmişdir. Şəxs qəsdən onun qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyi üçün Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilərək orada şəxsiyyəti müəyyən olunduqdan sonra Şəxs barəsində qanuni tədbirlər görülməsi üçün müfaviq raport yazılmışdır. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi RPİ-nin Cinayət Axtarış şöbəsində cinayət axtarış üzrə kiçik inspektor X1 Rza Teymur oğlunun izahatına uyğun məzmunda izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 26.04.2022-ci il tarixli raportdan görünür ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün məcburi qaydada polis bölməsinə aparılmışdır. Şəxs barəsində tərtib edilmiş 26.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 26.04.2022-ci il tarixli AZA 000535 nömrəli protokoldan görünür ki, Şəxs 26.04.2022-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs oğlu əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsüf edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, Şəxs əməlində İXM-in 32 və 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 535-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs yalnız inzibati həbs növündə tənbeh təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Məhkəmə, işin həcmini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil müdafiəçi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 02 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 02 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (ay) müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxs göstərdiyi 02 (iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 (on iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar