Məhkəmə qərarları › İş №3(001)-1320/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1320/2020

10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1320/2020 10.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X6 müdafiəçisi X7, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin tabeli qurumu olan Şirvan Milli Parkının baş mütəxəssisi (hüquqi məsələlər üzrə) X5 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Milli Parkının direktoru Musayev Göycə Oqtay oğlunun xx.xx.2019-cu il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: X1 Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Altıağac Milli Parkının direktoru Musayev Göycə Oqtay oğlu xx.xx.2019-cu tarixli ******* nömrəli qərarı ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ******* nömrəli xx xxxxxx 2019-cu il tarixli protokol əsasında müəyyən olunmuşdur ki, guya o, Altıağac Milli Parkının Siyəzən ərazisində xx xxxxxx 2019-cu il tarixində qanunsuz ov etmişdir və buna görə də barəsində xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.2ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir və protokol əsasında o, 1000 (min) manat cərimə olunmuşdur. Həmin qərardan Binəqədi Rayon Məhkəməsinə şikayət verilmiş və Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə şikayətə əlavə olunmuş sənədlər icraata qəbul edilmədən ona geri qaytarılmışdır. Həmin qərardan o, Bakı Apellyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə şikayət təmin edilmiş və Binəqədi Rayon Məhkəməsinin qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Altıağac Milli Parkının direktoru Musayev Göycə Oqtay oğlu tərəfindən qəbul edilmiş xx.xx.2019-cu tarixli ******* nömrəli qərarı ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması qərara alınmışdır. Həmin qərardan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə qismən təmin edələrək Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Binəqədi rayon məhkəməsinə qaytarılması qərara alınmışdır. Bundan başqa şikayətdə qeyd olunmuşdur ki, Altıağac Milli Parkının direktoru Musayev Göycə Oqtay oğlunun onunla şəxsi düşmənçiliyi və ədavətinə görə qanunsuz olaraq barəsində belə bir inzibati xəta haqqında protokol və qərar qəbul edilmişdir. O, qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərardan şikayət vermiş X6 müdafiəçisi X14 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. O, şikayətini onunla əsaslandırmışdır ki, nümayəndəsi olduğu şəxsin barəsində protokol tərtib olunarkən İXM-nin bir sıra normaları kobud surətdə pozulmuşdur. Cabbarov Seymur əsassız olaraq iki dəfə eyni əmələ görə İXM-nin müxtəlif maddələri ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin tabeli qurumu olan Şirvan Milli Parkının baş mütəxəssisi (hüquqi məsələlər üzrə) X8 şikayətin təmin olunmamasını xahiş etmişdir. İş materialların əlavə olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli qərardan məlum olrur ki, X12 İXM-nin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, S.Cabbarov xx.xx.2019-cu il tarixdə Altağac Milli Parkının Siyəzən şöbəsində qanunsuz ov etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 3(059)-74/2019-№ li qərardan görünür ki, X12 İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinərək xx xxxxxx 2019-cu il tarixdə Altıağac Milli Parkının Siyəzən rayon ərazisində ov etdiyi üçün inzibati xətanın törədilməsində alət olmuş 1970-ci il istehsalı İJ 27 E markalı ov tüfəngi müsadirə olunmaqla 90 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə olunmaş Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının məzmunundan məlum olur ki, inzibati qərar və müddətin bərpasına dair ərizə şikayətə əlavə olunmadığı üçün şikayət geri qaytarılmışdır. İş mateiallarına əlavə olanmuş Bakı Apellyisiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından məlum olur ki, S.Cabbarovun şikayəti qismən təmin olunaraq Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv olunaraq yenidən baxılması üçün Binəqədi rayon məhkəməsinə qaytarılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardan məlum olur ki, X6 Azərbaycan Respublikası Ekologiya və X11 Altağac Milli Parkı tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli şikayəti təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarından məlum olur ki, apellyasiya şikayəti təmin olunaraq Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ləğv olunaraq iş yenidən baxılması üçün hakimə göndərilməsi qərara alınmışdır. Qərarın ləğv olunmasının əsası kimi xx xxxxxx 2019-cu il tarixli tənbeh vermə haqqında qərarda X12 qanunsuz ov etdiyi göstərilsə də qərarda İXM-nin 272.2-ci maddəsi göstərilmişdir. İş materiallarına əlavə olunmuş inzibati xəta haqqında MN ******* saylı xx xxxxxx 2019-cu il tarixli İnzibati xəta haqqında protokoldan məlum olur ki, X12 İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün barəsində protokol tərtib edilmişdir. Protokoldan məlum olur ki, X12 izahat verməkdən imtina etmişdir və protokolun surəti həmin gün onun ünvanına göndərildiyi qeyd olunmuşdur. X12 barəsində tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokol məhkəmə prosesndə öyrənilərkən müəyyən edilmişdir ki, protokol İXM-nin tələbləri pozulması ilə tərtib edilmişdir. Belə ki, inzibati protokolda xətanın törədildiyi vaxt dəqiq qeyd olunmamışdır; protokol inzibati xəta törədilmiş şəxs tərəfindən imzalanmaqdan imtina edildikdə bu barədə protoklda müvafiq qeydlər aparılmalı olduğu halda həmin qeydlər aparılmamışdır; barəsində protokolun tərtib edilməsi barədə xəbərdar olunmamışdır. Qeyd olunan pozuntularla Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa inzibati xəta faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib ediliəlidir. İşin hallarına görə əlavə araşdırılma tələb olunduğu hallarda inzibati protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətinə tərtib edilir. Vəzifəli şəxsin əsaslandırılmış qərarı ilə bu müddət bir ayadək müddətə uzadıla bilər. Lakin xx xxxxxx 2019-cu il tarixli protokol hadisənin baş verdiyi gündən 4 ay 25 gün sonra tərtib edilmişdir. Bu da Azərbaycan Respublikası İXM-nin 101-ci və 102.5-ci maddələrinin tələbləri pozulması kimi qiymətləndirilir. xx xxxxxx 2019-cu il tarixli MN ******* №-li protoklol və onun əsasında qəbul olunmuş xx xxxxxx 2019-cu il tarixli MN ******* qərarda olan ən ciddi nöqsan hadisənin baş vermə günün düzgün qeyd olunmamasıdır. İş materiallarından və baş vermiş inzibati xətaya görə xx.xx.2019-cu il tarixdə tərtib olunmuş MN ******* №-li inzibati xəta haqqında protokolda hadisənin baş vermə vaxtı xx xxxxxx 2019-cu il tarix göstərildiyi halda xx xxxxxx 2019-cu il tarixli MN ******* №-li protoklol və onun əsasında qəbul olunmuş xx xxxxxx 2019-cu il tarixli MN ******* qərarda hadisənin baş vermə tarixi kimi xx xxxxxx 2019-cu il tarix göstrilmişdir. Bu da İXM-nin 100-cü maddəsinin tələbinin pozulması kimi qiymətləndirilir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən ətraf mühütün qorunması qaydalırı əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir keçənədək verilə bilər. Laikn iş materiallarından müəyyən olunur ki, X12 törətdiyi inzibati xətadan bir il keçəndən sonra inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat işə baxılarkən müəyyən edilmiş hallar göstərilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəllləsinin 115.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda həmin Məcəllənin 135.1.1-ci və 135.1.6ci maddələrində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hesab edirəm ki, X12 tərəfindən Altıağac Milli Parkının direktoru Musayev Göycə Oqtay oğlu tərəfindən ******* nömrəli xx.xx.2019-cu il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar Azərbaycan Respublikası İXM-nin bir sıla maddələrinin pozulması ilə qəbul edildiyi üçün şikayət təmin edilməli, X12 barəsində inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X12 tərəfindən verilmiş şikayət təmin edilsin. X12 barəsində Altıağac Milli Parkının direktoru Musayev Göycə Oqtay oğlunun ******* nömrəli xx.xx.2019-cu il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin. İnzibati icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar