Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1321/2021 05.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlu sədrliyi X4 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-cı il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ünvan 1 ünvanında yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə İXMnin) 327.8-ci və 327.6-cı maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi Rayon P daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin polis mayoru Namiq Abdullayev tərəfindən xx.xx.2021-ci il tarixli, İXP ******* saylı saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir.Həmin protokola və ona əlavə edilmiş sənədələrə əsasən müəyyən edilir ki, xx xxxxxx 2020-ci il tarixdə “Chevrolet Cruze” markalı, 99 CL 597 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan X1 yüngul bədən xəsarəti yetirməklə nəticələnən yolnəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etdiyini, səmimi peşmançılığını, il ərzində ilk dəfə inzibati xəta törətdiyini nəzərə alaraq ona inzibati qaydada yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası DİN Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər.Buna görə də, məhkəmə Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 327.8-ci və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törtəmkədə təqsirli bilinməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı İlkin Almazovun xx.xx.2020-ci il tarixli qərarına əsasən məlum olur ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 17:00 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar araşdırma aparılaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin müvafiq maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır.Belə ki, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs oğlu izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17.00 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Chevrolet Cruze» markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə şəxsi işləri ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ilə Binəqədi qəsəbəsi istiqamətində hərəkət edirmiş.Həmin vaxt avtomobildə tək olmuş və ondan başqa avtomobilin içərisində hər hansı bir sərnişin və ya yük olmamışdır.Öz hərəkət istiqaməti ilə normal sürətlə hərəkətdə imiş.Hərəkətdə olduğu yolda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli olmuş, hər hərəkət istiqamətində isə 2 hərəkət zolağı olmuşdur.Binəqədi şossesi istiqamətində yolun hərəkət hissəsinin sağdan 1-ci hərəkət zolağı ilə hərəkətdə olarkən işıqforun qırmızı işığı yandığına görə avtomobilin hərəkətini dayandırmışdır. İşıqforun yaşıl işığı yandıqdan sonra hərəkətini saatda təxminən 40-45 km sürətlə düzünə istiqamətdə davam etdirmək istəyirmiş ki, sol istiqamətdə tıxaca görə dayanmış vəziyyətdə olan markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin qarşısından piyada qadın iti yerişlə sağdan sola doğru keçərkən idarə etdiyi avtomobilin qarşısına çıxmışdır.Həmin an idarə etdiyi avtomobillə piyada qadın arasında məsafə çox az olduğundan dərhal tormozlama əməliyyatı aparsa da, avtomobilin hərəkətini dayandıra bilməmiş və idarə etdiyi avtomobilin qabaq tərəfi ilə həmin piyada qadını bədəninin sağ tərəfi istiqamətində vurmuşdur.Zərbənin təsirindən piyada qadın əvvəlcə avtomobilin qabaq kapotuna, daha sonra isə yol örtüyünə yıxılmışdır.Dərhal avtomobilin hərəkətini dayandırıb sükan arxasından düşərək piyada qadına yaxınlaşmışdır.Piyada qadın təxminən 45-50 yaşlarında olan, hündür boylu qadın imiş.Ona yaxınlaşıb səhhəti ilə maraqlanmışdır.Həmin qadın sağ qolunda ağrılar olmasını bildirmişdir.Daha sonra sə həmin piyada qadını idarə etdiyi avtomobilə əyləşdirib ilkin tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmaq qərarına gəlmişdir.Piyada qadını idarə etdiyi avtomobilin arxa oturacağına əyləşdirib yoluna davam etmişdir.Bir az məsafə qət etdikdən sonra qadın özü ondan avtomobilin hərəkətini dayandırmağı xahiş etmişdir.O isə bir daha həmin qadına onu xəstəxanaya aparmağı təklif etsə də, qadın bundan imtina etmişdir.Buna görə də, avtomobili yolun hərəkət hissəsinin kənarında saxlayıb qadını avtomobildən düşürmüşdür. Araşdırma zamanı izahatı alınmış X5 göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində DSK yolu istiqamətində yolun hərəkət hissəsini «15 sutka» deyilən ərazi istiqamətində keçməyə hazırlaşırmış. İşıqforun qırmızı işığı yandığına görə piyada keçidinin üzəri ilə sərbəst hərəkət etməyə başlamışdır. Yolun hərəkət hissəsində 1-ci və 2-ci zolaqda dayanmış avtomobillər ona yolun hərəkət hissəsini keçməyə şərait yaratmışdırlar.3-cü hərəkət zolağına doğru adi yerişlə hərəkət etmişdir ki, bədəninin sağ tərəfi istiqamətində nəyinsə zərblə dəyməsini hiss etmişdir.Zərbənin təsirindən yol örtüyünə yıxılmışdır. Yol örtüyünə yıxılarkən naməlum marka və dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulduğunu anlamışdır.Onu vuran avtomobilin sürücüsü isə hərəkətini dayandırmadan oradan uzaqlaşmışdır. Ətrafda dayanmış taksi sürücülərindən biri ona köməklik göstərib yerdən qaldırmışdır. Daha sonra isə birtəhər özünə gəlib qonşuluqda yaşayan Adıgözəl şəxsin istifadəsində olan mobil nömrəyə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir.Bir neçə dəqiqədən sonra Adıgözəl özü idarə etdiyi avtomobillə hadisə yerinə gələrək onu idarə etdiyi avtomobillə yaşadığı evə gətirmişdir. Özünə gəldikdən sonra Adıgözəl DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barəsində məlumat vermişdir. Həmin qərara əsasən müəyyən edilir ki, 1910 nömrəli, xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizasının tibbi müayinə barədə rəyində göstərilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 qısa müddətə pozulmasına səbəb olan yüngül zərər almışdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin İ bəndinə əsasən, yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindən biridir. Həmin Qanunun 51-ci maddəsinin İ bəndinə görə, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaqdır. Göründüyü kimi, təqdim olunmuş materialları təhlil edərək belə nəticəyə gəlmək olar ki, Şəxs oğlu xx xxxxxx 2020-ci il tarixdə “Chevrolet Cruze” markalı, 99 CL 597 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan X1 yüngul bədən xəsarəti almışdır. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, yüngülləşdirici hallar kimi təqsirini etiraf etməsini, səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətdiyini, habelə onun məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 327.8-ci və 327.6-cı maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 110, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1321/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1321/2021
05.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver