Məhkəmə qərarları › İş №3(001)-1328/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1328/2023

03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1328/2023 03.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin sahə inspektoru Anar İmanovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Fövqəladə Hallar Nazirliyində xilasedici sürücü vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin sahə inspektoru Anar İmanov izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nin 13 saylı avtopatrul marşrutunda xidmət aparan YPX əməkdaşları tərəfindən avtovağzal istiqamətində köməklik lazım olduğu barədə Post Patrul Xidmətinə məlumat verilmişdir. Belə ki, vətəndaş Şəxs barəsində YPX əməkdaşı tərəfindən İXM-in 342.2.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və texniki müayinədən keçirilməsi üçün avtomobilin cərimə meydançasına yerləşdirilməsi barədə sürücüyə məlumat verilmişdir. Buna baxmayaraq, vətəndaş avtomobilin cərimə meydançasına yerləşdirilməsinə etiraz edərək, tabesizlik göstərmişdir. Daha sonra həmin vətəndaşı polis bölməsinə gətirmişlər və bölmədə onun Şəxs olması müəyyən olunmuşdur. Nəticədə, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə idarə etdiyi ** KS *** dövlət qeydiyyat nişanlı, “Lada Vesta” markalı nəqliyyat vasitəsi Bakı-Quba yolunun 6,6 km-də saxlanılmışdır. Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən ona nəqliyyat vasitələrinin işıq cihazlarının led tipli lampalarla əvəz edilməsi, arxa yaylarının sport tipli yaylar ilə dəyişdirilməsi bildirilmişdir. O, razılaşmadığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir və ondan maşının cərimə meydançasına aparılması tələb edilmişdir. O, isə polis əməkdaşlarına inzibati xəta haqqında protokol tərtib edildiyi üçün avtomobilin cərimə meydançasına getməməli olduğunu bildirmişdir. Evlidir və himayəsində 3 azyaşlı övladı var. Bu səbəbdən, məhkəmədən barəsində daha yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona verilən suallara cavab olaraq 01 aprel 2023-cü il tarixdə saat təxminən 16:10 radələrindən tutulduğunu bildirmişdir. Məhkəmə iclasında şahid Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yolpatrul Xidməti Alayının Xüsusi tağımı yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nin 13 saylı avtopatrul marşrutunda xidmət aparan zaman ** KS *** dövlət qeydiyyat nişanlı, “Lada Vesta” markalı nəqliyyat vasitəsi Bakı-Quba yolunun 6,6 km-də tərəflərindən saxlanılmışdır. Sürücüyə nəqliyyat vasitələrinin işıq cihazlarının led tipli lampalarla əvəz edilməsi, arxa yaylarının sport tipli yaylar ilə dəyişdirilməsi bildirilmişdir. Sürücü razılaşmadığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir və ondan maşının texniki müayinədən keçməsi üçün cərimə meydançasına aparılması tələb edilmişdir. Buna baxmayaraq, vətəndaş avtomobilin cərimə meydançasına yerləşdirilməsinə etiraz edərək, tabesizlik göstərmişdir. Bu zaman Post Patrul Xidməti bölüyünün əməkdaşları köməyə çağırılmış və vətəndaş Binəqədi RPİ-nin 40-cı PB-nə aparılmışdır. Məhkəmə iclasında şahid Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yolpatrul Xidməti Alayının Xüsusi tağımı yol patrul xidməti baş inspektoru, polis kapitanı X10 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nin 13 saylı avtopatrul marşrutunda xidmət aparan zaman ** KS *** dövlət qeydiyyat nişanlı, “Lada Vesta” markalı nəqliyyat vasitəsi Bakı-Quba yolunun 6,6 km-də tərəflərindən saxlanılmışdır. Sürücüyə nəqliyyat vasitələrinin işıq cihazlarının led tipli lampalarla əvəz edilməsi, arxa yaylarının sport tipli yaylar ilə dəyişdirilməsi bildirilmişdir. Sürücü razılaşmadığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir və ondan maşının texniki müayinədən keçməsi üçün cərimə meydançasına aparılması tələb edilmişdir. Buna baxmayaraq, vətəndaş avtomobilin cərimə meydançasına yerləşdirilməsinə etiraz edərək, tabesizlik göstərmişdir. Bu zaman Post Patrul Xidməti bölüyünün əməkdaşları köməyə çağırılmış və vətəndaş Binəqədi RPİ-nin 40-cı PB-nə aparılmışdır. Məhkəmə iclasında şahid Binəqədi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X11 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nin 13 saylı avtopatrul marşrutunda xidmət aparan YPX əməkdaşları onları köməyə çağırmışlar. Hadisə yerinə gələn zaman aşkar olunmuşdur ki, ** KS *** dövlət qeydiyyat nişanlı, “Lada Vesta” markalı nəqliyyat vasitəsi Bakı- Quba yolunun 6,6 km-də saxlanılmışdır. Sürücüyə nəqliyyat vasitələrinin işıq cihazlarının led tipli lampalarla əvəz edilməsi, arxa yaylarının sport tipli yaylar ilə dəyişdirilməsi bildirilmişdir. Sürücü razılaşmadığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir və ondan maşının texniki müayinədən keçməsi üçün cərimə meydançasına aparılması tələb edilmişdir. Buna baxmayaraq, vətəndaş avtomobilin cərimə meydançasına yerləşdirilməsinə etiraz edərək, tabesizlik göstərmişdir. Məhkəmə iclasında şahid Binəqədi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı X3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nin 13 saylı avtopatrul marşrutunda xidmət aparan YPX əməkdaşları onları köməyə çağırmışlar. Hadisə yerinə gələn zaman aşkar olunmuşdur ki, ** KS *** dövlət qeydiyyat nişanlı, “Lada Vesta” markalı nəqliyyat vasitəsi Bakı Quba yolunun 6,6 km-də saxlanılmışdır. Sürücüyə nəqliyyat vasitələrinin işıq cihazlarının led tipli lampalarla əvəz edilməsi, arxa yaylarının sport tipli yaylar ilə dəyişdirilməsi bildirilmişdir. Sürücü razılaşmadığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir və ondan maşının texniki müayinədən keçməsi üçün cərimə meydançasına aparılması tələb edilmişdir. Buna baxmayaraq, vətəndaş avtomobilin cərimə meydançasına yerləşdirilməsinə etiraz edərək, tabesizlik göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli AZA 019199 nörməli “inzibati qaydada tutma” protokolundan görünür ki, Şəxs həmin gün, saat 16:10-da inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli, AZA 007860 nömrəli “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama” haqqında protokoldan görünür ki, Şəxs üzərində qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati törədilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nin polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək, polisin iş fəaliyyətini pozmuş və onların qanuni tələblərinə tabe olmayaraq, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİ-nin 40-cı PB tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi etirafedici izahatı ilə onun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə göndərilmiş sorğudan müəyyən olunur ki, xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 Kamil Zeynəddin oğlunun övladlarıdır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını, evli və himayəsində 3 yetkinlik yaşına çatmayan övladı olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını, inzibati qaydada tutulmasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar