Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1335/2021 21.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X3 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ilə müraciət edərək Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarix saat 20:30 radələrində Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Faiq İsmayılov küçəsində qəflətən yanında ağ rəngli “Hunday” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı bir avtomobil dayanmışdır. Maşında iki nəfər vardı, yan tərəfdə əyləşmiş bir polis zabiti ondan sənədlərini tələb etmişdir. Sənədləri üstündə olmadığından o şəxsi məlumatlarını özü bildirmişdir. Bundan sonra polis əməkdaşları özlərini təqdim etmədən, hətta avtomobildən enmədən, vəziyyəti araşdırmadan ona protokol yazacaqlarını bildirərək yanından uzaqlaşmağa başlamışlar. O, qaçaraq onlardan hansı bölmə olduğunu və ona hansı əsaslarla cərimə yazacaqlarını soruşsa da, polis zabiti onu dinləmədi, avtomobilindən ona tərəf “4-cü bölmə” deyərək tam uzaqlaşdılar. Bundan sonra həmin bölməyə gedərək barəsində protokol olub-olmadığını maraqlanmışdır. Orada ona protokol ilə bərabər inzibati tənbeh haqqında qərarı təqdim etmişlər və AR İXM-nin 211.2-ci maddəsinə əsasən cərimə yazmışlar. Onun ağzında maskası olduğu halda polis əməkdaşı özü maskasız idi. Onun düşüncəsinə görə polis əməkdaşı pul qazanmaq üçün hüququndan sui-istifadə etmişdir. Belə ki, onda olan məlumata əsasən hər yazılan cərimənin müəyyən məbləği polis əməkdaşlarına əlavə ödəniş kimi verilir. Qərar və protokol tam qanunsuz və əsassızdır. Belə ki, polis məmuru heç bir araşdırma aparmamışdır. Faktiki olaraq o, vəzifəsindən sui-istifadə etmişdir. Polis əməkdaşı sonradan adını öyrəndiyi X2 onu dinləmədən, onun qoruyucu maskasının olmasına baxmayaraq hansı əsaslarla ona cərimə yazılması tamamilə qanunvericiliyə ziddir. Polis əməkdaşları yazdıqları cərimədədən hər-hansı faiz gəliri götürəcəklərindən protokol tərtib edərkən vətəndaşın şəxsiyyətini, ailə durumunu, işin hallarını nəzərə almırlar. Hazırkı cərimə barəsində əsassız olaraq tətbiq olunduğu üçün ona mənəvi əziyyət verir və maddi zərər vurur. Onun əməlində inzibati xəta tərkibi yoxdur və o heç bir inzibati hadisə törətməmişdir. Cərimlənədiyi yerin videogörüntüləri çıxarıldığı halda haqqlı olduğu öz təsdiqini tapacaqdır. Göstərilənlərə əsasən barəsində qəbul edilən MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X3 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə inspektoru X4 tərəfindən tərtib edilən MN ******* saylı, xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X5 tərəfindən qəbul edilən MN ******* saylı, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə iş materialları araşdıraraq qeyd edir ki, X1 barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə əsas verən heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsində qeyd olunur ki, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qəbul edilmiş qərarların qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda həmin Məcəllənin 135.1.1-ci və 135.1.6ci maddələrində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, sələhiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıb şikayətçini dinləyib belə qənaətə gəlir ki, X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilərək Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şikayət təmin edilsin. X1 inzibati məsuliyyətə cəlb olunmasına dair Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1335/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1335/2021
21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver