Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1339/2021 10.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, X1 nümayəndəsi X4, Müdafiəçi Göygöl rayon Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1957-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, M ü ə y y ə n e t d i m: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1787/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 78000 ABŞ dolları X3 xeyrinə tutulmalıdır. Borclu borc məbləğindən qalan 113065 manat məbləğində pulu ödəməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Qeyd olunanlara əsasən icra məmuru Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X5 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Şəxs icra məmurunun icra vərəqəsindən irəli gələn qanuni tələblərini üzürsüz səbəbdən təmin etmir. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yarandığından məhkəməyə bu barədə protokolla müraciət etməli olmuşdur və məhkəmədən onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında X1 nümayəndəsi X7 Bakı şəhəri Binəqədi Rayon 2(001)-1787/2019 saylı, xx.xx.2019-cu il tarixli məhkəmə qərarının icra edilmədiyini bildirərək, borclu tərəfindən borcun ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala baxarkən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tələbdən yayınmadığını, yaşlı olduğunu, pensiya aldığını bildirərək, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə xitam verilməsini xahiş etmişdir. Müdafiəçi Göygöl rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdayiə etdiyi Şəxs əməlində qərəzli olaraq borcunu ödəməkdən yayınmasına dair inzibai xəta tərkibinin olmamasını, yaşlı olmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1787/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, ödəniş gününə məzənnə üzrə 78000 (yetmiş səkkiz min) ABŞ dolları məbləğində vəsait Azərbaycan manatı ilə cavabdeh Şəxs və 1000 (min) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan manatı ilə cavabdeh X6 tutularaq iddiaçı X3 xeyrinə verilməlidir. İş materiallarında olan Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ə.Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.20109-cu il tarixli “İcraata başlamaq haqqında” qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, iş üzrə icraata başlanılması, borclu Şəxs icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır və ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İnzibati xəta haqqında materialda olan sübutlarla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1940/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədini icra etməməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə, Şəxs borcunu ödəmək niyyətində olmasını, qadın olmasını, yaşlı olmasını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Cərimə cəzasının icrası Şəxs yaşayış yeri İcra Qurumuna həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1339/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1339/2021
10.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver