Məhkəmə qərarları › İş №3(001)-134/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-134/2023

25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-134/2023 25.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X12 katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi rayon DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis leytenantı X2, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin X14 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokolun və onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin X14 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokolun və onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Bakı Binəqədi yolunda Binəqədi Rayon Dövlət X13 inzibati təcrübə üzrə inspektoru, polis leytenantı X3 tərəfindən idarə etdiyi “Vaz 21063” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa görmə işıqlarının zavod buraxılışlı olmaması əsas gətirilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edir ki, protokol və qərar əsassız olaraq tərtib edilmişdir. Belə ki, yol polisi tərəfindən iddia edilir ki, avtomobilin arxa görmə işığı zavod buraxılışına uyğun deyil, əlavə quraşdırıldığından normativlərə cavab vermir. Bildirmək istəyir ki, arxa görmə işığı avtomobili arxa istiqamətə hərəkət etdirərkən istifadə edilən, avtomobilin günün qaranlıq saatında arxa hissəsinin işıqlandırılması üçün nəzərdə tutulmuş olduğuna görə bu səbəbdən onun üçün heç bir formada məhdudiyyət və ya qadağa yoxdur. Avtomobildə əlavə işıqlandırma cihazları və paneli deyil, avtomobilin zavod buraxılışlı işıqlandırma panelində olan işığın forma və qaydası, hazırki işığın beyəlxalq standart və normalara cavab verməməsi barədə də yol polisi tərəfindən izah verilməyərək, onun fikri dinlənilməyərək hazırki protokol qəbul edilmişdir. Həmin işıq digər işıqlardan seçilməmiş, ümumi işıqlandırma parametrlərinə tam şəkildə uyğundur. Məhkəmə iclasında şikayətçi X7 şikayətin məzmununa uyğun çıxış edərək, əlavə olaraq bildirmişdir ki, ona məxsus olan avtomobilin arxa işıqlarında problem yarandığı üçün o ustaya müraciət etmiş, usta isə onun avtomobilinin arxa işığını təmir edərək işləməyən işığın yerinə digər işıq quraşdırmışdır. O, avtomobili uzun müddət elə idarə etmiş, yalnız polis əməkdaşı onu saxlayan zaman həmin ışığın texniki parametrlərə uyğun olmadığını əsas gətirərək onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir, belə ki, avtomobilin arxa işıqlarının yanıb-sönməsi onun təqsiri üzündən baş verməmişdir, polis əməkdaşı onun barəsində inzibati xəta haqqında protokol tərtib etdikdən dərhal sonra o, avtomobili təmir edən ustanın yanına getmiş, usta avtomobildə nasazlıq yarandığını, bu səbəbdən arxa hissədə quraşdırılmış işığın yanıb söndüyünü bildirmiş, həmin nasazlığı aradan qaldırmışdır. Hazırda avtomobilin arxa hissəsində olan işıqlar qadasındadır. Bundan əlavə bildirmək istəyir ki, onun idarə etdiyi həmin “Vaz21063” markalı avtomobil 1989-cu il istehsalıdır, videogörüntüdən də göründüyü kimi həmin avtomobil tamamilə köhnədir. Belə olan halda onun tərəfindən həmin avtomobilin arxa işıqlarına onun tərəfindən müdaxilə edilməsi inandırıcı görünmür. Göstərilənlərə əsasən, Binəqədi Rayon Polis İdarəsinin X14 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokolun və ona əsasən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi rayon DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis leytenantı X3 çıxış edərək məhkəməyə şikayətçi X5 məxsus olan “Vaz 21063” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılan zaman qeydə alınmış videogörüntüsünü təqdim edərək bildirmişdir ki, həmin videogörüntüdən də göründüyü kimi avtomobilin arxa işıqları «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanuna 1 saylı Əlavənin №-cü hissəsinin 5-ci bəndinə zidddir, belə ki, sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmamışdır. Bu səbəbdən hesab edir ki, X7 tərəfindən verilmiş şikayət ərizəsi əsassızdır. Belə ki, onun tərəfindən İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və ona 150 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bu səbəbdən, X7 tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X7 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X7 barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin X14 Şöbəsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Binəqədi rayon DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqında qərardan görünür ki, X7 İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 (yüz əlli) manat məbləğində cərim edilmişdir. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən göründüyü kimi, “Vaz 21063” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə quraşdırılmış işıq açıq sarı rəngdə olmaqla yanıb-sönür. İş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, “Vaz 21063” minik markalı, 10-DZ 475 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X5 məxsusdur. Binəqədi rayon DYPŞ-si tərəfindən X7 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə X7 İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilən zaman onun təqsiri müəyyən edilməmiş, yəni inzibati xəta hesab edilən əməli təqsirli olaraq qəsdən və ya ehtiyatsızlıqdan törətməsi araşdırılmamışdir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı iş materialları ilə əlaqəli şəkildə araşdırılarkən müəyyən olunmuşdur ki, X4 idarə etdiyi “Vaz 21063” minik markalı, 10-DZ 475 dövlət qeydiyyat nişanlı avtomobil 1989-cu ilin istehsalıdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi rayon DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis leytenantı X3 verdiyi izahatında avtomobildə quraşdırılan işığın sayrışan işıq olduğunu və həmin sayrışan işıqların standartın tələblərinə uyğun olmadığını bildirərək məhz bu səbəbdən inzibati məsuliyyətə cəlb olunduğunu bildirmişdir. Lakin, bu zaman avtomobilin arxa hissəsinə quraşdırılan işığın sayrışan işıq olub-olmaması, eyni zamanda şəxs tərəfindən həmin işıqların qəsdən quraşdırılıb-quraşdırılmaması, həmin işıqların yanıb-sönməsinin avtomobildə olan hansısa bir texniki nasazlıq nəticəsində yaranması məsələsi araşdırılmadan 16 dekabr 2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu səbəbdən, inzibati xəta haqqında protokol tərtib edilən zaman ilk öncə tərəfin təqsiri müəyyən edilməli, yəni inzibati xəta hesab edilən əməlin texniki nasazlıq səbəbi ilə və yaxud şəxs tərəfindən təqsirli olaraq qəsdən və ya ehtiyatsızlıqdan törətməsi kimi hallar nəzərə alınmalı idi. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X7 barəsində “VAZ 21063” minik markalı, 10-DZ 475 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin X6ytarılmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına- normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə, məhkəmə hesab edir ki, X7 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X7 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin X14 Şöbəsi tərəfindən X7 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol və onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar