Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1340/2021 18.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi Novruzova Cəmilə Davud qızının katibliyi, Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materiallarının baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Şəxs İXM-in 333.1 və 329.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, inzibati xəta tərtib olunduğu gün içki qəbul etməmişdir. Bir gün əvvəl işdən sonra 100 qram spirtli içki qəbul etmişdir. Ertəsi gün, yəni xx.xx.2021-ci il tarixdə saxlanılan zaman ona içkili olduğu bilirilmiş o isə dünən içdiyi içkinin təsirinin qaldığını güman etmişdir.Buna görə protokolu imzalamışdır. Həmçinin cərimə meydançasına maşını əməkdaşla birlikdə özü sürərək aparmış dərhal da maşın özünə qaytarılmışdır. Şəxs hesab edir ki, içkili olsa idi maşını sürməyə icazə verilməzdi. Lakin sonradan ondan əlavə pul tələb edildiyi üçün sərxoşluq vəziyyətini müəyyən etmək üçün müayinədən keçmişdir. Müayinə saat 11:00-da həyata keçirilmiş və ayıq olduğu müəyyən dilmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Məhkəmə, İXM-nin 112.1.4-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-in 333.1-ci maddəsindəki inzibati xətanı törətməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli protokola əlavə edilmiş xx.xx.2021-ci il tarixli qəbzdən içkinin promilini müəyyən etmək mümkün deyildir. Həmçinin protokolda xüsusi texniki vasitədən istifadə edilməsi və nəticəsinə dair hər hansı bir qeyd yoxdur. Halbuki Azərbaycan Respublikası İXM-nin 81.3cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan Şəxs təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi görünmür və İXM-in 333.1 və 329.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törədilməmişdir. İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 2) Bundan əlavə həmin protokol üzrə sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. Halbuki, İXM-in 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. 3) Bundan əlavə protokolda qeyd edilən maddə üzrə inzibati xətaya baxmaq səlahiyyəti İXM-in 43.1-ci maddəsinə əsasən yalnız 333-cü maddə üzrə məhkəmələrə aid edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan nömrəsiz sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi vasitədən istifadə edilməsi haqqında protokoldan görünür ki, Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi üçün barəsində İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işə əlavə olunan xx.xx.2021-ci il tarixli, 2/4874 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs ayıq vəziyyətdə olmuşdur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmədə müəyyən edildi ki, Şəxs barəsində əsassız olaraq İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmədə tədqiq edilərək iş materiallarına əlavə edilmiş həkim rəyindən də müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2021-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. Bununla yanaşı, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi vasitədən istifadə edilməsi haqqında protokol ilə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı arasında ziddiyyət mövcuddur. Qanunvericiliyin tələbinə görə də, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Odur ki, məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədi. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-1340/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1340/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver