Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1346/2021 18.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi X1 iclas katibliyi ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ot.97, 97 A, məhəllə 3123 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair iş üzrə Bakı şəhəri Binəqədi RPİ tərəfindən verilmiş vəsatət üzrə inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında qərara əsasında yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsində təqsirli bilinib cərimə edilmişdir. Həmin qərarı icra etmədiyi üçün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2021-ci il tarixdə AP ******* saylı protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Hazırda Bakı şəhəri Binəqədi RPİ tərəfindən məhkəməyə daxil olmuş vəsatətində inzibati xəta haqqında protokola baxıllıb tədbir görülməsini xahiş edilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2021-ci il tarixli, 16895 saylı qəbzə əsasən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokol tərtib edilməsinə səbəb olmuş barəsində olan əvvəllər qəbul edilmiş cərimə qərarını tam icra edərək 32 manatı dövlət büdcəsinə ödəmişdir. Hazırda həmin protokol üzrə ödənilməmiş cərimə mövcud deyildir. İXM-in 529.3-cü maddəsinin Qeydinə əsasən bu məcəllənin 529.1 və ya 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İXM-in 145.1.4.-cü maddəsinə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan üzərinə qoyuluş cərimə öhdəliyini yerinə yetirməmişdir. Bununla da, İXM-in 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, Şəxs tərəfindən xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında qərar üzrə ona təyin edilmiş cərimə və üzərinə hesablanmış dəbbə pulu tam şəkildə ödənilmişdir. Beləliklə məhkəmə, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X2 İXM-in 529.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş X2 cərimə borcunu tam olaraq ödədiyindən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-1346/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1346/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver