Məhkəmə qərarları › İş №3(001)-1347/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1347/2023

12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1347/2023 12.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bayramov Tural Ural oğlunun katibliyi, şikayət vermiş şəxs X3 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11253980 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11253980 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilərək, inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Toyota Prius markalı, 10FY828 dvlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi zaman barəsində elektron qaydada xx.xx.2022-ci il tarixli, EQ 11253980 saylı inzibati tənbeh vermə haqqında Qərar tərtib edilmişdir. Qərardan narazı olduğu üçün məhkəməyə müraciət etmiş və Binəqədi rayon məhkəməsinin 3(001)- 3243/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına görə, şikayəti təmin edilərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11253980 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra qarşı tərəfdən heç bir addım atılmadan xx.xx.2023-cü il tarixli, EQ 11253980 saylı İnzibati tənbeh vermə haqqında Qərar tərtib edilərək ona SMS ilə bildirilmişdir. Qərarın surəti ona rəsmi qaydada göndərilməmişdir. xx.xx.2022-ci il tarixdə whatsapp vasitəsilə qərarın şəkli ona təqdim edilmişdir. Şikayətçi göstərmişdir ki, o, həmin qərarın əsassız olduğunu və ləğv edilməli olduğunu hesab edir. xx.xx.2023-cü il tarixli, EQ 11253980 saylı İnzibati tənbeh vermə haqqında Qərar qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Binəqədi rayon məhkəməsinin qərarına görə, qərar yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilməsinə baxmayaraq ona materiallara yenidən baxilma və ya yenidən araşdırma haqqında məlumat təqdim edilməmişdir.Halbuki, məhkəmənin qərarına görə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11253980 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. X7 əməkdaşları məhkəmənin qərarını əldə etdikdən sonra 15 gün ərzində materiallara yenidən baxmalı, onun əməlinə yenidən hüquqi qiymət verməli, ən pis halda onun təqsirini sübut etməli və barəsində yeni qərar qəbul etməli idi. Çünki İXM-in 137.3-cü maddəsinə görə, bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Həmçinin İXM-İn 111-ci maddəsinə (İnzibati xətalar haqqında işlərə baxılması müddətləri) görə, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Şikayətçi şikayətində göstərilənləri əsas göstərək, qeyd etmişdir ki, xx.xx.2022-ci ildə qəbul edilmiş qərarı əldə edən Baş Dövlət YPİ 2 ay yarım sonra heç bir araşdırma aparılmadan, onun təqsiri sübut olunmadan EQ 11253980 saylı inzibati tənbehvermə haqqında qərar qəbul etmişdir. DYP-nin əməkdaşı nəninki təqsirini araşdırmamış, heç qərar qəbul etdiyi barədə onu məlumatlandırmamışdır. xx.xx.2023-cü il tarixdə ona “Sizin barənizdə tərtib edilmiş EQ/11253980 nömrəli inzibati xəta haqqında protokol üçün xx.xx.2023 tarixindən İnzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə minir.” məzmunlu elektron məktub və sms göndərilmişdir. Həmin qərar ləğv edildiyi üçün ləğv edilmiş qərarın necə qanuni qüvvəyə minə biləcəyindən şikayət ərizəsi ilə DİN-ə müraciət etmişdir. Artıq yeni qərar qəbul edilməsi barədə yalnız ərizənin icraçısı şifahi olaraq zəng edib həmin sms-in (xx.xx.2023-cü il tarixli, EQ 11253980 ) məhz yeni qərar olduğunu izah etdikdən sonra ona məlum olmuşdur. Qərarın surəti hələ də qanunvericiliyin tələb etdiyi şəkildə ona göndərilməmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixli, EQ 11253980 saylı inzibati tənbeh vermə haqqında qərarla təqsiri sübuta yetirilmir. xx.xx.2022-ci il tarixdə sahibliyində olan Toyota Prius markalı, 10FY828 dövlət qeydiyyat nişanlı avtomobillə Biləcəri qəsəbəsinə Natavan küçəsi ilə üzü Avtovağzal istiqamətində hərəkət edərkən Daxili qoşunların qarşısındakı svetofora çatana yaxın hərəkəti davam edib-etməmək üçün svotofora baxmış, yaşıl işıq sönmüş, amma qırmızı və ya sarı işıq heç biri yanmamışdır. Bu anda ondan qarşıda olan ağ rəngli taksi və qara çalarlı “Kia” markalı avtomobil sürətini dəyişmədən svetofordan keçib getmişdirlər. O isə qırmızı işıq yanmadığı üçün sürətini azaldaraq, hərbi hissədən avtomobil çıxıb çıxmadığına, piyada keçidinin yanında piyadanın olmadığını yoxlamışdır. Əmin olanda ki, heç biri yoxdur və svetoforun işıqlarının işləmədiyini görəndə asta-asta hərəkətini davam etdirərək yoluna davam etmişdir. Həmin anda ondan qarşıda başqa avtomobil yox idi, nə də ki əks istiqamətdən başqa avtomobil gəlmirdi ki, onun qarşısındakı svetoforun işıq siqnalına uyğun şəkildə addım atsın. Həmin qeyd edilən hərbi hissənin qarşısı avtomobillər üçün yol ayırıcı deyil. Yolların kəsişməsi və ya birləşməsi yoxdur. 2 istiqamətli, 2 zolaqlı düz yoldur. Həmin svetofor bir qayda olaraq avtomobillərin yol ayrıcını keçməsini tənzimləmir. Həmin svetoforun əhəmiyyəti svetofor qarşısındakı piyada keçidini və Daxili qoşunlar hərbi hissəsindən çıxan avtomobil və texnikaların yola çıxmasını tənzimləmək üçündür. Bu isə manual qaydada həyata keçirilir. Yəni ki, keçidə yaxınlaşan piyada, yaxud da hərbi hissənin əməkdaşı svetoforun üzərindəki müvafiq düyməni sıxmaqla qırmızı işığı yandırır. Bundan başqa şikayətçi göstərmişdir ki, protokolun tərtib edilməsinin əsasını təşkil edən Asanpay.az elektron kabinetinə əlavə edilmiş video görüntü isə onun qarşısındakı svetoforun deyil, əks istiqamətli hərəkət zolağının qarşısındakı (üzü 6-cı Polis Bölməsi, Biləcəri Meydanı istiqamətində) svetoforun görüntüsüdür. Onun xx.xx.2022-ci il tarixdə Biləcəri qəsəbəsi Natavan küçəsi Daxili qoşunlar hərbi hissəsinin qarşısında yerləşən svetoforun (üzü Avtovağzal istiqamətində) qırmızı işığında keçməyini sübut edəcək heç bir əsas yoxdur. Məhkəməyə müraciət etməzdən əvvəl 2 dəfə DYP-ə müvafiq qaydada şikayət ərizəsi ilə müraciət etsə də, təqsiri sübuta yetirilə bilinməmişdir. DYP-dən verilən şifahi məlumata görə, NİİM-ə də müraciət edilmişdir. Lakin onun qarşısındakı svetoforun videogörüntüsü əldə edilməmişdir. Şikayətdə göstərilmişdir ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinin İİ hissəsinə görə, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Şikayətçi bildirmişdir ki, inzibati orqan isə onun qarşısındakı svetoforun qırmızı işığının yanmasını sübut edə bilmir. O, yolu keçərkən svetoforda qırmızı işıq yanmamışdır. Qeyd edilənlərə əsasən şikayətçi Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11253980 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayət vermiş X4 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11253980 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X3 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11253980 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli, EQ 11253980 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Natavan küçəsi, Daxili Qoşunların qarşısında xx.xx.2022-ci il tarixdə, saat 08:34-də X4 tərəfindən sveteforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmiş, nəticədə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 60 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-3243/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən şikayət təmin edilərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11253980 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin gəldiyi həmin qənaət iş üzrə təsvir edilmiş və toplanmış sübutlara əsaslanır.Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadan eləcə də qanunvericiliklə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müşahidə edilən araşdırma aparılmaqla şəxs barəsində yekun qərar qəbul edilmişdir.Çünki, X2 tərəfindən məhkəmə təqdim edilən video görüntülərdən aydın olur ki, sürücü Səbinə Əliyeva avtomobili idarə etdiyi yolda həmin vaxt svetofor işləməmişdir.Bununla da, şikayətçi barəsində aparılan inzibati xəta haqqında iş obyektiv araşdırılmadan və təqdim etdikləri sübutlara düzgün hüquqi qiymət verilmədən şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilmişdir.Habelə qeyd edilməlidir ki, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılması məqsədi ilə zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya səlahiyyətli orqan tərəfindən heç bir cavab verilməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Habelə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bundan əlavə, X3 müraciəti əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 3243/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına ilə xx.xx.2022-ci il tarixli, EQ 11253980 saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə göndərilmiş, lakin inzibati xəta haqqında işə baxılarkən şikayət vermiş X3 iştirakı təmin edilmədən, xx.xx.2022-ci il tarixli, EQ 11253980 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar düzgün araşdırılmamış və sonuncu barəsində aparılmış icraat üzrə qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X3 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X4 inzibati tənbeh olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11253980 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. X3 inzibati tənbeh olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11253980 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar