Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1359/2022 28.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun s ədrliyi, X9 iclas katibliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı X10, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçilər Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X11 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, rəsmi olaraq işləməyən, evli, himayəsində 01 (bir) azyaşlı övladı olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2022-ci ilin müxtəlif vaxtlarında, sonuncu dəfə isə 18.04.2022-ci il tarixdə işə götürmə adı ilə ünvan 1 ünvanında qeydiyyatda olmaqla “tap.az”, “tut.az”, “boss.az”, “ejob.az”, “rabota.az” kimi saytlarda elan yerləşdirərək Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində, Heydər Əliyev adına X13 işlə təmin olunacaqlarını vəd vermiş və özünü Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının koordinatoru Emin Hüseynov, həmçinin Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin əməkdaşı Tural Hüseynov kimi təqdim etmiş, daha sonra ona məxsus olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrə müraciət edən X17, X2, X3, X18, X4, X12, X5 özünə məxsus Kapital Bank ASC-dəki 5239 1515 1127 7595 və 5239 1515 1255 2475 nömrəli debet kart hesablarına rüsum kimi hər bir vətəndaşdan 58 manat pul atmaqlarını tələb etmiş və buna nail olmuşdur.Sonuncu dəfə isə X19 18.04.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 3- cü mikrorayonda yerləşən “eManat” ödəmə terminalı vasitəsilə 58 manat pulu Şəxs məxsus plastik bank kartına göndərmişdir.Beləliklə də, Şəxs ayrı-ayrı vətəndaşlara məxsus 58 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Bu əməli ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 28.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı X20 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2022-ci ilin müxtəlif vaxtlarında, sonuncu dəfə isə 18.04.2022-ci il tarixdə işə götürmə adı ilə çoxsaylı vətəndaşlara məxsus 58 manat pulu ələ keçirmişdir.Qeyd edilən faktlar Şəxs öz izahatı və zərərçəkmiş şəxslərin izahatları ilə təsdiq edilir.Bununla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq, Şəxs barəsində İXM-nin 227-ci maddədə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir.Hal-hazırda, o, həmin protokolu müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin əməli ağır maddi vəziyyəti ilə bağlı etdiyini, hal-hazırda isə təqsirini etiraf etdiyini, əməlindən peşman olmasını, himayəsində 1 (bir) azyaşlı övladının olmasını, il ərzində ilk dəfə inzibati xəta törətməsini, ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq inzibati qaydada ona həbslə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçiləri - Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X21 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X6 təmsil etdikləri şəxs Şəxs təqsirini etiraf etdiyini, əməlindən peşman olmasını, himayəsində 1 (bir) azyaşlı övladının olmasını, il ərzində ilk dəfə inzibati xəta törətməsini, ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq inzibati qaydada ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdilər. İş üzrə zərərçəkmiş şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər.Buna görə də, məhkəmə zərərçəkmiş şəxslərin iştirakı olmadan inzibati xəta haqqında protokola baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, onun müdafiəçilərinin çıxışını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən qəbul edilmiş 28.04.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X8 müraciəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir.Həmin qərara əsasən məlum olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs “tap.az”, “tut.az”, “boss.az”, “ejob.az”, “rabota.az” kimi saytlarda elan yerləşdirərək Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində, Heydər Əliyev adına X13 işlə təmin olunacaqlarını vəd vermiş və özünü Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının koordinatoru Emin Hüseynov, həmçinin Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin əməkdaşı Tural Hüseynov kimi təqdim etmiş, daha sonra ona məxsus olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrə müraciət edən X17, X2, X3, X18, X4, X12, X5 özünə məxsus Kapital Bank ASC-dəki 5239 1515 1127 7595 və 5239 1515 1255 2475 nömrəli debet kart hesablarına rüsum kimi 58 manat pul atmaqlarını tələb etmiş və buna nail olmuşdur. Sonuncu dəfə isə X19 18.04.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 3-cü mikrorayonda yerləşən “eManat” ödəmə terminalı vasitəsilə 58 manat pulu Şəxs məxsus plastik bank kartına göndərmişdir. Ona görə də Şəxs vətəndaşlara məxsus 58 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirilməsi faktı öz təsdiqini tapmışdır.Araşdırma materiallarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, 177.1 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçilərinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.Hazırki material üzrə ərizəçilərə vurulmuş maddi ziyanın məbləği hər bir zərərçəkmiş şəxs üzrə 58 (əlli səkkiz) manat məbləğindədir.Buna görə də, vətəndaşların dələduzluq yolu ilə pul vəsaitlərini ələ keçirən Şəxs hərəkətlərində AR Cinayət Məcəlləsinin 178-ci madddəsinin tərkib əlamətləri müəyyən olunmur.Odur ki, material üzrə Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.1 -ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilməlidir.Eyni zamanda, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan, o, inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəzasını yüngülləşdirən hallar kimi təqsirini etiraf etdiyini, əməlindən peşman olmasını, himayəsində 1 (bir) azyaşlı övladının olmasını, il ərzində ilk dəfə inzibati xəta törətməsini, ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, çoxsaylı vətəndaşlara qarşı talama faktının olduğunu, vurulmuş ziyanların böyük qisminin ödənilmədiyini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, inzibati xətanın xarakteri və dərəcəsi, əməlin çoxsaylı vətəndaşlara qarşı törədilməsi nəzərə alınaraq onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu və 227-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və 02 (iki) ay müddətində inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada tutulmasının əvvəli onun tutulduğu tarixdən, yəni 28 aprel 2022-ci il tarixdən hesablansın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1359/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1359/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver