Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1362/2021 09.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakı ilə xx.xx.1979-cu il tarixdə Naxçıvan MR,Şərur rayonu, Alşar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində 10 mart 2021-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3887/2016 saylı, 20.05.2016-cı il tarixli icra sənədinə əsasən, Şəxs hər ay iki uşağın saxlanılması üçün Salmanova (Gülməmmədova) Arzu Tahir qızının xeyrinə 234 (iki yüz otuz dörd) manat aliment tutulması qət edilmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3887/2016 saylı, 20.05.2016-cı il tarixli icra sənədinə əsasən, Şəxs hər ay iki uşağın saxlanılması üçün Salmanova (Gülməmmədova) Arzu Tahir qızının xeyrinə 234 (iki yüz otuz dörd) manat aliment tutulması qət edilmişdir.İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir.Lakin, sözügedən icra sənədini icra etməməsi səbəbi ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir.Qeyd olunanlara əsasən Şəxs barəsində inzbati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3887/2016 saylı, 20.05.2016-cı il tarixli icra sənədinə əsasən, ondan hər ay iki uşağın saxlanılması üçün Salmanova (Gülməmmədova) Arzu Tahir qızının xeyrinə 234 (iki yüz otuz dörd) manat aliment tutulması qət edilmişdir. O, hazırki vaxta qədər aliment borcunu borclu şəxsə həm rəsmi qaydada, həm də özünə əlbəəl pulu vermək yolu ilə ödəmişdir.Həmçinin, uşaqlar müəyyən müddət məhz onun yanında qalmış və bütün zəruri maddi ehtiyaclarını qarşılamışdır.Protokolla razı deyil.Yekun olaraq onu qeyd edir ki, o, heç bir məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmır. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən tələbkar Salmanova (Gülməmmədova) Arzu Tahir qızı izahat verərək bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3887/2016 saylı, 20.05.2016-cı il tarixli icra sənədinə əsasən, Şəxs hər ay iki uşağın saxlanılması üçün Salmanova (Gülməmmədova) Arzu Tahir qızının xeyrinə 234 (iki yüz otuz dörd) manat aliment tutulması qət edilmişdir.Hazırda borcun tam şəkildə ödənilməsini tələb edir. Borclu şəxs Şəxs tərəfindən qeyd edilən məsələlərə etiraz edir və borcun tam şəkildə ödənilməməsini bildirmişdir. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X2, tələbkarın və barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyib, sübutları məcmu halında qiymətləndirib aşağıdakı göstərilənlərə əsasən hesab edir ki, Şəxs inzibati qaydada cəzalandırılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3887/2016 saylı, 20.05.2016-cı il tarixli icra sənədinə əsasən məlum olur ki, Şəxs hər ay iki uşağın saxlanılması üçün Salmanova (Gülməmmədova) Arzu Tahir qızının xeyrinə 234 (iki yüz otuz dörd) manat aliment tutulması qət edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 04.08.2016-cı il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3887/2016 saylı, 20.05.2016-cı il tarixli icra sənədinə əsasən icraata başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında 04.08.2016-cı tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3887/2016 saylı, 20.05.2016-cı il tarixli icra sənədinə əsasən göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs vaxt verilmişdir. İş materiallarında olan tələbkar Salmanova (Gülməmmədova) Arzu Tahir qızı tərəfindən Binəqədi rayon Məhkəməsinə verilmiş iddia ərizəsindən müyyən olunmuşdur ki, tələbkar şəxs öz ərizəsində borclu şəxsin 2016-cı il tarixdən etibarən 5 il ərzində uşaqların alimenti ödəməsini qeyd etmişdir.Lakin son 1 il ərzində alimenti ödəmədiyini göstərmişdir. İş materiallarında olan tələbkar Salmanova (Gülməmmədova) Arzu Tahir qızı tərəfindən verilmiş 26.02.2021-ci il tarixli ərizəsindən müəyyən olunmuşdur ki, tələbkar şəxs öz ərizəsində borclu şəxsin öz aralarında razılığa əsasən 2019-cu il yanvar ayından tarixdən etibarən 350 manat sabit məbləğdə pulu 2020-ci il fevral ayı daxil olmaqla alimenti ödəməsini qeyd etmişdir.Lakin 2020-ci il fevral ayından sonra koronavirus yolxuması ilə əlaqədar əsassız olaraq alimentin ödənilməsinin dayanıdırlmasını göstərmişdir. İş materiallarında olan tələbkar Salmanova (Gülməmmədova) Arzu Tahir qızı tərəfindən verilmiş 26.02.2021-ci il tarixli ərizəsinə əsasən müyyən olunmuşdur ki, tələbkar şəxs öz ərizəsində borclu şəxsin 2019-cu il yanvar ayı da daxil olmaqla alimenti ödəməsini qeyd etmişdir.Lakin 2020-ci il oktyabr ayının 20-dən etibarən 06.02.2021-ci il tarixədək uşaqlar ataları Şəxs ilə birgə yaşamışlar. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 3(001)-1362/2021 saylı, 10.03.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.12-ci maddəsi ilə tərtib edilmiş 10 mart 2021-ci il tarixli, MN seriyalı 046824 saylı inzibat xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməsi qərara alınmışdır. Həmçinin iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(001)-1002/2021 saylı, 06.05.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, tələbkar X5 apellyasiya şikayətinin qismən təmin edilməsi, Binəqədi Rayon Məhkəməsinin 3(001)-1362/2021 saylı, 10.03.2021-ci il tarixli qərarının ləğv edilməsi, inzibati xəta haqqında işin yenidən baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır.İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməlidir.Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 3(001)-1002/2021 saylı, 06.05.2021-ci il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, icra vərəqəsinə əsasən Şəxs hər ay iki uşağın saxlanılması üçün Salmanova (Gülməmmədova) Arzu Tahir qızının xeyrinə 234 (iki yüz otuz dörd) manat aliment tutulması qət edilməsinə baxmayaraq işə birinci dəfə baxan birinci instansiya məhkəməsi 10 mart 2021-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibinin olmadığı qənaətinə gəlmiş, birinci instansiya məhkəməsinin hakiminin mövqeyi inzibati xətalar qanunvericiliyinin tələbləri baxımından kifayət qədər əsaslı olmamış və Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə müəyyən olunan inzibati xəta tərkibinə (yəni icra sənədinin üzürsüz səbəbdən icra edilib-edilməməsi, icra olunubsa hansı həddəmiqdarda, olunmayıbsa nə səbəbdən icra olunmayıb və sair) hallar tam qiymətləndirilməmiş, ödənilmiş vəsaitə dair rəsmi qəbzlər əldə olunmamış, bununla da tələblərə riayət edilməmiş, tərəflərin yarana bilən hüquqi nəticələrinə dair münasibətləri təhil olunmadan inzibati xəta haqqında iş üzrə icraata əsassız olaraq xitam verilmişdir. Məhkəmə tərəfindən işə yenidən baxılarkən tərəflərin izahatlarına və icra işinə dair toplanmış sənədlərə əsasən müəyyən edilmişdir ki, borclu şəxsin 2016-cı il tarixdən etibarən 5 il ərzində uşaqların alimenti vaxtlı-vaxtında ödəmişdir.Lakin 2020-ci il fevral ayından başlayaraq borclu aliment ödənilməsini dayandırmışdır.Qeyd edilən tarixlərdə aliment ödənilməsi barədə borclu məhkəməyə hər hansı tutarlı rəsmi sənəd (qəbz və sair) təqdim edə bilməmişdir. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, məhkəmə qərarının tam icra olunmadığını və bunun aliment almalı olan uşağı maddi sıxıntıya məruz qoyduğunu, nəticədə bunun tələbkarın çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğunu, son dövrlər aliment borclarının öədənilməsindən borcluların müxtəlif bəhanələrlə əsassız yerə imtina etdiklərini, nəticədə alimentə dair icra sənədlərinin icrası ilə bağlı çoxsaylı problemlərin yarandığını nəzərə alaraq, bu sahədə dönüş yaradılması məqsədilə məhkəmə bu kateqoriyadan olan işlərə baxılmasında daha diqqətli olmağı məqsədəuyğun hesab edir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, aliment borcunu qismən ödədiyini, maddi və ailə vəziyyətini nəzərə alaraq o, inzibati qaydada cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə təqsirli bilinsin və inzibati tənbeh olaraq 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1362/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1362/2021
09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver