Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1364/2023 04.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, müvəqqəti olaraq ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru, X4 bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 15217/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Şəxs tərəfindən X5 övladları X2 və X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment ödənilməsi qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1857/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Şəxs tutulan alimentin miqdarı artırılmış, hər ay 308 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. Sözügedən aliment borcu üzrə Şəxs tərəfindən 4464 manat aliment borcu X5 ödənilməmişdir. Həmçinin Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-439/2019 saylı qətnaməsi ilə 11500 manat dəyərində cehiz əşyalarının X5 qaytarılması qət edilmişdir. Sözügedən qətnamə üzrə X5 ödənilməli məbləğ üzrə Şəxs 4914 manat borcu qalmışdır. Göstərilənlərə əsasən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona verilmiş suallara cavab olaraq isə, Şəxs 2022-ci ilin noyabr ayından aliment üzrə aylıq ödənişi həyata keçirmədiyini bildirmişdir. Daha əvvəl isə "xxxx" MMC-də çalışdığından mütəmadi olaraq əmək haqqından aliment məbləği və əlavə olaraq borclu olduğu məbləğdən qanunvericilikdə nəzərdə tutulmuş qaydada tutulmalar həyata keçirilirdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, məhkəmə qətnaməsini icra etməkdən yayınmır, onun barəsində protokol əsassız olaraq tərtib edilmişdir. Belə ki, keçmiş həyat yoldaşı X6 ilə xasiyyətlərinin uyğunlaşmamaları səbəbi ilə ayrılmışdırlar. Birgə nikahdan olan övladları X2 və X3 analarının himayəsində saxlanılması, uşaqları yetkinlik yaşına çatanadək uşaqların saxlanılması üçün onun tərəfindən aliment ödənilməsi məhkəmə qətnaməsi ilə qət edilmişdir. Lakin istər ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyində sürücü olaraq çalışdığı zaman, istərsə də "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində çalışdığı zaman mütəmadi olaraq aliment borcunu və cehiz tələbindən yaranar borcunu mütəmadi olaraq ödəmişdir. Yalnız işdən çıxdığı son bir neçə ayda aliment borcunu ödəyə bilməmişdir. Övladlarına çox bağlı olduğunu, onlara bacardığı qədər gözəl həyat bəxş etməyə çalışdığını bildirmişdir. Həmçinin, özünün ali təhsilli olduğunu, heç vaxt belə çətin vəziyyətə düşərək işsiz qalmadığını, tez bir zamanda işə düzələcəyini və mütəmadi olaraq aliment borcunu hər ay tam şəkildə ödəyəcəyini, yığılmış köhnə borcdan da hissə-hissə ödənişlər edəcəyini bildirərək məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq isə, övladlarının Qəbələ rayonunda olduğundan son aylar ərzində heç övladlarını görmək üçün Qəbələ rayonuna getməyə pul tapmadığını, həmçinin "xxxx" MMC-yə işə qəbul olunarkən özünün könüllü surətdə icra orqanına iş yeri barədə məlumat verərək əmək haqqından övladlarının alimentinin tutulmasını xahiş etdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1857/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə Şəxs tutulan alimentin miqdarı artırılmış, hər ay 308 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şəxs tərəfindən X5 övladları X2 və X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment ödənilməsinə dair 2(001)-1857/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən icraata başlanılmışdır. xx.xx.2019-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, borclu Şəxs cehiz əşyalarının alınaraq tələbkar X5 qaytarılmasına dair 2(001)-439/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən icraata başlanılmışdır. xx.xx.2021-ci il tarixli “Sosial Xidmətlər Agentliyi” PHŞ-ya ünvanlanmış məktubdan görünür ki, icra orqanı tərəfindən borclu Şəxs əmək haqqından hər ay 70 faizinin aliment borcu üzrə tutulması və borc başa çatdıqdan sonra hər ay 308 manat sabit pul məbləğində alimentin tutulması xahiş olunmuşdur. xx.xx.2022-ci il tarixli "xxxx" MMC-yə ünvanlanmış məktubdan görünür ki, icra orqanı tərəfindən borclu Şəxs əmək haqqının hər ay 70 faizinin aliment borcu üzrə tutulması və borc başa çatdıqdan sonra hər ay 308 manat sabit pul məbləğində aliment tutulması xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, tərəfindən borclu Şəxs barəsində olan 62713/2019 saylı və 192343/2019 saylı icra işləri bir icraatda birləşdirilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə əsassız olaraq inzibati protokol tərtib edilmişdir, onun əməlində qeyd edilən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Bakı şəhəri Binəqəqdi rayon Məhkəməsinin 2(001)- 1857/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə, həmçinin Binəqəqdi rayon Məhkəməsinin 2(001)-439/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında yaranmış borcunu ödəməkdən boyun qaçırmadığını, heç bir yerdə işləməməsi səbəbi ilə son bir neçə ayda borcunu ödəyə bilmədiyini, işlədiyi müddət ərzində mütəmadi olaraq təlabkara borclarla bağlı ödəniş etdiyini, yığılmış borcunu da hissə-hissə ödəyəcəyini bildirmişdir. Şəxs işlədiyi müddət ərzində borcunu ödəməsi icra məmurunun izahatı ilə də öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmuru tərəfindən müəyyən icra hərəkətləri aparılmış, lakin aparılmış həmin icra hərəkətləri natamam aparılaraq toplanmış sübutlara düzgün qiymət verilmədən, Şəxs borcunu üzrüsüz səbəbdən ödəməməsini təsdiq edən sübutlar əldə edilmədən inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq protokol tərtib edilmişdir. İcra məmuru qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra sənədinin icrasını qərəzli olaraq icra etməkdən yayınmayan şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan bütün hallar Şəxs təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs sözügedən inzibati xəta hadisəsi ilə əlaqədar əməlində təqsirin olmaması səbəbi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-1364/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1364/2023
04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver