Məhkəmə qərarları › İş №3(001)-1365/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1365/2021

18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1365/2021 18.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi X1 iclas katibliyi ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, ünvan 1 B, mənzil 13 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair iş üzrə Bakı şəhəri Yasamal RPİ tərəfindən verilmiş vəsatət üzrə inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərara əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsində təqsirli bilinib cərimə edilib. Həmin qərarı icra etmədiyi üçün onun barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2020-ci il tarixdə İXP ******* saylı protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001) - 2005/2020 saylı qərarı ilə o, İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Hazırda Bakı şəhəri Yasamal RPİ tərəfindən məhkəməyə daxil olmuş vəsatətində həmin qərarın xitam edilməsini xahiş edilmişdir. Vəsatətə əlavə edilmiş iş materiallarında olan Daxili İşlər Nazirliyinin internet saytındakı portaldan çıxarışa əsasən nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına səbəb olmuş barəsində olan əvvəllər qəbul edilmiş cərimə qərarını tam icra edərək dövlət büdcəsinə ödəmişdir. Həmin nömrəli protokol üzrə ödənilməmiş cərimə mövcud olmamışdır. İXM-nin 145.1.4-cü maddəsinə əsasən həmin Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim qərarın icrasına xitam verir. İXM-nin 145.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə İXM-nin 152.5-ci maddəsinə əsasən hesab edir ki, bu qərara xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 114, 145, 152-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 ay müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001) - 2005/2020 saylı qərarına xitam verilsin və nəqliyyat vasitələrini idarə etmə hüququ bərpa edilsin, sürücülük vəsiqəsi ona geri qaytarılsın. Sədrlik edən: Aygün Qurbanoova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar