Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1377/2021 29.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədirliyi Bayramov Tural Ural oğlunun katibliyi, İnzibati Protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayədəsi X1, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «xxxx» MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «xxxx» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 347-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «xxxx» MMC barəsində AP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «xxxx» MMC tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan Hyundai minik markalı, 99AV109 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxsin barəsində məlumatı bu günə kimi təqdim etməmişdir.Bununla da, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «xxxx» MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tələblərini pozmaqda təqsirləndirilir.Ona görə də, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «xxxx» MMC barəsində AP ******* saylı inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında çıxış edən İnzibati Protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsi X3 izahatında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «xxxx» MMC barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «xxxx» MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 MMC tərəfindən avtomobili idarə edən sürücü barəsində məlumat vaxtında DYP-yə təqdim olunduğundan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati protokolu tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayədələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «xxxx» MMC nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Lakin, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «xxxx» MMC tərəfindən DYP-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əsasən məlum olur ki, MMC ilin əvvəlində balansında olan bütün avtomobillər və onların sürücüləri barədə məlumat vermişdir.. Hesab edirəm ki, MMC tərəfindən avtomobili idarə edən sürücü barəsində məlumat vaxtında DYP-yə təqdim olunduğundan və bu fakt iş materiallarında olan məktubuna əsasən təsdiq olunduğundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «xxxx» MMC-nin əməlində inzibati xəta tərkibi olması qənaətinə gəlmək mümkün deyildir ki, belə olan halda iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görəvəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 53, 109, 110, 114-117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «xxxx» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirsiz hesab edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardadı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1377/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1377/2021
29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver