Məhkəmə qərarları › İş №3(001)-138/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-138/2021

23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-138/2021 23.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinn hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi X2 iclas ktibliyi, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, Cavad Xan, ev 4 ünvanda yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 09.11.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC tərəfindən 21.10.2020-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan “Mercedes Benz E200 CDİ minik” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxsin barəsində məlumatı bu günə kimi təqdim etməmişdir. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, 09.11.2021-ci il tarixdə Şəxs MMC barəsində AP ******* saylı inzibati protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası protokol tərtib etmiş səlahiyyətli orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi izahatında bildirdi ki, 12.10.2020-ci il tarixdə Şəxs MMC tərəfindən Binəqədi RPİ DYPŞ-nə müraciət edilərək Bakı şəhəri, Binəqədi rayonu, Cavad Xan, ev 4 mənzil 185 ünvanda qeydiyyatda olan Şəxs MMC-nin faktiki olaraq ünvan 1 ünvanda yerləşdiyi, Şəxs MMC-yə çatacaq məktubları faktiki ünvana göndərilməsi xahiş edilmiş, məktub Binəqədi RPİ DYPŞ-də qəbul edilmişdir. Buna baxmayaraq 21.10.2020-ci il tarixdə qəbul edilmiş sorğu cəmiyyətin ünvan 3 ünvan başqa olduğu üçün cəmiyyət bundan məlumatsız olmuşdur. Buna görə də Şəxs MMC barəsində Binəqədi Rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş 09.11.2021-ci il tarixli, AP ******* saylı protokolu əsassız hesab edərək icraata xitam verilməsini xahiş edir. Məhkəmə Şəxs MMC-nin nümayəndəsinin çıxışını və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxsn əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 09.11.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan **-PH-*** nömrəli, “Mercedes Benz E200 CDİ minik” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 16.10.2020-ci il tarixdə inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməmişdir. Poçt xəbərnaməsi və reyestrdən görünür ki, Binəqədi rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən Şəxs MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Cavad Xan, ev 4 ünvanına sorğu göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 3(001)- 138/2021 saylı qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1612/2021 saylı, 09.07.2021-ci il tarixli qərarı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 3(001)-138/2021 saylı qərarı ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. 12.10.2020-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC Binəqədi RPİ DYPŞ-nə həmin tarixdə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Cavad Xan, ev 4 mənzil 185 ünvanda qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN:**********) faktiki olaraq ünvan 5 ünvanda yerləşdiyi, Şəxs MMC-yə çatacaq məktubları faktiki ünvana göndərilməsi xahiş edilmiş, məktub Binəqədi Rayon Polis İdarəsi DYPŞ-də qəbul edilmişdir. İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, qanunvericilik İXM-in 347-ci maddəsi ilə olan inzibati xətanı yalnız səlahiyyətli orqanın sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətində vəzifəli şəxs tərəfindən sorğu verənə göndərilməməsinə görə nəzərdə tutmuşdur. İş materiallarından da görünür ki, Şəxs MMC-yə çatacaq məktubların faktiki ünvana göndərilməsi barədə cəmiyət tərəfindən 12.10.2020-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsi DYPŞ-yə məktub göndərilməsinə baxmayaraq 21.10.2020-ci il tarixdə qəbul edilmiş sorğu məktubda qeyd edilən ünvana göndərilməmişdir. Qeyd edilən hal Şəxs MMC-in Binəqədi Rayon Polis İdarəsi DYPŞ-in 21.10.2020-ci il tarixli sorğusundan məlumatsız olduğunu sübut edir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 53, 105, 110, 114-117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş 09.11.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardadı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar