Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1381/2024 14.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X8 katibliyi ilə, İnzibati tənbehvermə haqqında qərarı qəbul etmiş Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi Nümayəndə, X1 iştirakları ilə, X3 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə qeydə alınmış İXM-in 346.1-ci maddəsi ilə cərimə edilməyi ilə bağlı xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə qeydə alınmış İXM-in 346.1-ci maddəsi ilə cərimə edilməyi ilə bağlı xx.xx.2024cü il tarixli, EQ 19512493 nömrəli elektron qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X4 şikayətini onunla əsaslandırmışdır ki, 17 fevral 2024-cü il tarixdə saat 18 radələrində idarə etdiyi “Kia Picanto" markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Məsən Əliyev küçəsindəki “Tonqal” restoranın qarşısında digər avtomobillərin sırasında park etmişdir. Bir müddət sonra guya İXM-nin 346.1-ci maddəsi ilə dayanma qaydasını (X7 Qanunun 3.27 nişan tələbini) pozmağı ilə bağlı “Asanpay” kabinetinə məlumat (xx.xx.2024-cü il tarixli, EQ19512493 saylı protokol), fotoşəkillər və həmin protokolun eyni tarixdən qərarlı olması barədə məlumat yerləşdirilmişdir. Həmin fotoşəkillərdə avtomobilinin qadağan edilən yol nişanın təsiri hissəsində dayanması görsənmir. Qərara əlavə edilən fotoşəkillərin təhlili müzakirəsi nəticəsində “X7” Azərbaycan Respublikası Qanununun 64-cü (qadağan nişanları) maddəsinin Vİ-cı hissəsində qeyd edilən 3.16. 3.20, 3.22, 3.24, 3.26 — 3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşaya., məntəqəsinin qurtaracağına qədər olması ilə tələblərinin inspektor tərəfindən pozulması məlum olur. Belə olan halda 3.27 yol nişanından bir qədər irəlidə yeni yolayrıcı mövcuddur və bu nişan həmin yolayrıcınadək qüvvədədir, yolayrıcının başlanğıcında isə dayanmanı qadağan edən yeni 3.27 yol nişanı yoxdur. Ümumiyyətlə avtomobilinin qadağan edən yol nişanların təsiri hissəsində dayanması qərara əlavə edilmiş fotoşəkildə (sübutda) aydın görsənməlidir. Hazırkı vəziyyətdə isə 3.27 yol nişanına münasibətdə avtomobilinin yolun hansı hissəsində, hansı məsafədə və ya ümumiyyətlə fotonun həmin küçədə və ya digər yerdə çəkilməsi bilinmir. Yəni, Qanuna əsasən inspektor bu qayda pozuntusunu sübut etmək üçün avtomobilin fotoşəklini qadağanedici nişanla birgə çəkməli idi. Lakin o, İXM-nin və “X7” Azərbaycan Respublikası Qanunun tələblərini pozmaqla protokol tərtib edib qərar çıxarmışdır. Odur ki, İXM-nin 346.1-ci maddəsi ilə xəta hadisəsi olmadığı halda ona qanunsuz cərimə tətbiq edilmişdir. “X7” Qanunun 52-ci maddəsinə görə nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Ona görə də, hər hansı inzibati xəta törətmədiyindən DİN BDYPİ tərəfindən İXM-nin 346.1-ci maddəsi ilə barəsində 17 fevral 2024-cü il tarixli, EQ19512493 saylı protokol əsasında çıxarılmış eyni tarixli elektron qərar İXM-nin 53.1.1-ci maddəsinə əsasən ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək, barəsində İXM-in 346.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli elektron qərarın qərarın ləğv edilməsi və barəsində başlanan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi Nümayəndəçıxış edərək, , X4 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuni və ədalətli olduğunu, şikayətin dəlillərinin əsassız olduğunu, belə ki, 1.4 nişanlanma xətti 3.27 yol nişanı ilə bir yerdə və ya müstəqil quraşdırılır. Həmçinin X7 qanunun 52-ci maddəsinə əsasən 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında dayanmaq qadağandır. Buna görə də X4 barəsində qəbul edilmiş xx.xx.20234-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunidir. Həmçinin yol hərəkəti qanununa əsasən yolayrıcı dedikdə, yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazinin başa düşdüldüyünü, həyat yanı sahələrin və bu sahələrə girişin yolayrıcı hesab edilmədiyini, yəni hazırki iş üzrə həyətə giriş hissəsinin yolayrıcı olmadığını, 3.27 yol nişanı ilə birgə tətbiq edilmiş 1.4 nişanlanma xəttinin təsir dairəsinin çəkildiyi bütün əraziyə şamil olunduğunu bildirmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: DİN BDYPİ-nin X2 qeydə alınmış xx.xx.2024-cü il tarixli, EQ 19512493 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-in 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X3 barasində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, X4 etibarnamə əsasında idarə etdiyi “KİA Picanto” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair “X7” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qadağan edilən yerdə dayandığı üçün Azərbaycan Respulikası İXM-nin 346.1-ci maddəsi ilə barəsində elektron qaydada inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillər tədqiq edilərkən müəyyən olunmuşdur ki, həmin fotoşəkillərdən birində “KİA Picanto” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil və digərində isə avtomobilin içərisində sürücünün olmaması əks olunmuşdur. Digər fotoşəkildə isə 3.27 nişanının quraşdırılması göstərilsə də, şikayətçinin nəqliyyat vasitəsinin həmin nişanın təsir dairəsinin əhatə etdiyi ərazidə olmasını müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsinə görə, bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının X2 yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Bundan başqa, iş materiallarında olan fotoşəkillərlə müəyyən olunur ki, şikayətçi X4, “KİA PİCANTO” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun sağ tərəfində saxlamışdır. Hazırki halda iş materiallarında olan fotoşəkillərdə “KİA PİCANTO” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dayanma və ya durmanı qadağan edən nişanın təsir dairəsində dayanıb dayanmamasını müəyyən etmək mümkün deyil. Məhkəmə qeyd edir ki, belə olan halda, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddələri pozulmaqla sənədləşdirildiyindən sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş EQ seriyalı 19512493 nömrəli 17 fevral 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə qeydə alınmış xx.xx.2024-cü il tarixli, EQ 19512493 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və X4 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-1381/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1381/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver