Məhkəmə qərarları › İş №3(001)-1384/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1384/2021

21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1384/2021 21.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, «xxxx» ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, «xxxx» ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİdən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-dən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə baxılması üçün «xxxx» ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2021-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, «xxxx» ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsinə («Mitsubishi L200» minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı) dair inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı 5 gün müddətində sorğu göndərmiş Binəqədi RPİ-nin YPŞ-nə göndərməmişdir. Bununla da «xxxx» ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 347-ci maddəsinin tələbləri pozulmuş və xx xxxxxx 2021-ci il tarixdə MMC barəsində AP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə İdarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında «xxxx» ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinin nümayəndəsi X2 izahatında «xxxx» ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinin hüquqi şəxs statusuna malik olmayan qrum kimi fəaliyyət göstərdiyini bildirərək işi adiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən «xxxx» ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinə nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin əsasnaməsindən görünür ki, Nəqliyyat və Xüsusi Texnika İdarəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 68 saylı qərarına və “xxxx” ASC-nin xx.xx.2011-ci il tarixli 156 nömrəli əmrinə əsasən “xxxx” ASC-nin struktur vahidi olaraq yaradılmış, İdarə hüquqi şəxs statusuna malik olmayan qrum kimi fəaliyyət göstərir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, “xxxx” ASC-nin hüquqi ünvanı AZ 1012, ünvan 3al rayonu, Moskva prospekti, ev 67 ünvanıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifdəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə aparıla bilər. Azərbaycan Respublikası İXM-in 114.3-cü maddəsinə əsasən baxılması onun səlahiyyətinə aid olmadıqda inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad qəbul edilir. Məhkəmə inzibati xəta törədən hüquqi şəxsin hüquqi ünvanın ünvan 3al rayonu, Moskva prospekti, ev 67 ünvanı olmasını nəzərə alaraq iş materiallarının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: «xxxx» ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsi barəsində tərtib edilmiş protokol ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar